“Xəzər Lənkəran”ın baş məşqçisi Yunis Hüseynovun Qol.Az saytına müsahibəsi
- Avroliqanın ikinci təsnifat mərhələsinin ilk oyununda evdə Polşanın “Lex” komandasıyla 1:1 hesabıyla bərabərə qaldınız. Bu nəticə sizi qane etdimi?
- Matça futbolçularımız pis başlamadı. Qol buraxdıqdan sonra hər zamankı kimi, bir az həvəsdən düşdülər. Lakin sonradan özlərinə gəldilər. Xeyli real qol imkanımız oldu. Sizi inandırım ki, ikinci topu rəqib qapısından keçirsəydik, fərqli bir şey olardı. Belə götürəndə komandamın çıxışından narazı qalmadım. Uşaqlar sona qədər mübarizə apardılar. Düşünürəm ki, komandamız oyundan-oyuna artırır. Çalışmalıyıq ki, səfərdəki qarşılaşmada yaxşı nəticə göstərək. Mən isə buna çox inanıram.
- “Lex” əvvəlki illərə nisbətən güclüdür, yoxsa?
- Rəqibimizin Avropa səviyyəli bir komandadır. Açığı, keçənilki çıxışlarını izləyə bilməmişdim. Yalnız “İnter”lə bir oyunlarına baxmışdım. Sonrakı oyunlarını izləyərkən həqiqətən də səviyyəli və güclü bir klub olduğuna əmin oldum.
- Komandanızın aparıcı futbolçularından olan Adrian Pitin oyunu dünən heç alınmırdı. Bunun səbəbini özündən soruşdunuzmu?
- Deyərdim ki, pis oynamadı. Meydançada xeyli işlədi. Oyundan sonra Pit mənə yaxınlaşaraq, yağışdan sonra özün yaxşı hiss etmədiyini dedi. Mənə izah etdi ki, yağış ona pis təsir göstərmişdi.
- Komandanızda səfər öncəsi zədəli futbolçular var?
- Yox, hər şey qaydasındadır.
- “Xəzər Lənkəran”ın üçüncü mərhələdə potensial rəqibi bəlli olub. Komandanız növbəti mərhələyə adlasa, AİK (İsveç) – “Hafnarfyordur” (İslandiya) cütünün qalibiylə qarşılaşacaq.
- İlk əvvəl biz gərək, “Lex”lə qarşılaşmada uğur qazanaq, sonra digər rəqiblər haqda söhbət edək. Lakin mən hər zaman demişəm ki, indi zəif rəqib yoxdur. Təki biz “Lex”i keçək... Hər halda, belə güman edirəm ki, mərhələ adlasaq, rəqib AİK olacaq.
- “Lex”lə səfər oyununda şanslarınızı necə dəyərləndirirsiniz?
- Niyə də bu klubu keçə bilməyək ki? Mən də daxil olmaqla, bütün komandamız buna ürəkdən inanır.
Əli HƏYATİ
Dünyanın ən yaxşı "tək klublu" futbolçuları kimlərdir?
“Barselona” bir matça görə 10 milyon qazana bilər
Klub futbolçusuna görə yığmanı FİFA-ya şikayət etdi
Çempionşip klubunun apellyasiya şikayəti rədd edildi
"Yuventus" "Liverpul"un qapıçısına göz dikdi
“Cəbrayıl”ın 3 qollu qələbəsindən - Video
AVRO-2032 Türkiyədə keçirilə bilər
Millinin baş məşqçisi istefa verdi
Noyer pley-off tarixinə düşdü
"Arsenal" bu göstəricidə Avropada liderdir
“Ayaks” Avstriya klubu ilə əməkdaşlıq edəcək
Daha az maaşla klubunda qaldı
"Millini çalışdırmaq istəsə, onu dəstəkləyərdim"
“Bakı Sportinq” və “Cəbrayıl” tura qələbə ilə başladı
14 illik həsrət bitdi
Azərbaycan millisinin İspaniyadakı ilk məşqindən - Şəkillər
Matçın ən yaxşısı seçilən 40 yaşlı Noyerdən açıqlama
Daha 4 il üçün federasiya prezidenti seçildi
Növbəti mövsüm ÇL-də İngiltərənin 5 klubu iştirak edəcək
"Barselona" bu hücumçunu satacaq
"Marsel"in baş məşqçisinin evi qarət olundu
"Qarabağ"da iclas keçirildi - Şəkillər
Çempionlar Liqasında rekord qırdı
Avrokubokların oyunlarını yayımlayacaq kanallar
Son 4 mövsümün ən böyük hesabı
Azərbaycan çempionatlarının 21-ci əsrdəki rekordu yeniləndi
Azərbaycandakı amerikalıların 10-cu het-triki
Bəxtiyar Həsənalızadə: “Qələbədən başqa yolumuz yoxdur”
Arbeloa: "Münhendə "Real" qalib gələcək"
65 il sonra qayıtdılar
"Bavariya"nın Madrid zəfəri - Video
"Quba" "Şəki Siti" ilə üz-üzə
"Bavariya" "Real"a, "Arsenal" "Sportinq"ə qalib gəldi
6 qol və "Sabah"ın qələbəsi - Video
“Liverpul” "təmizləmə" işləri aparacaq
Mirça Luçesku vəfat etdi
Bu dəfə planşeti Ayxan Abbasov qırdı - Video
"Əgər qərar verirsənsə, VAR-a baxmalısan"
Azərbaycan millisindən ardıcıl ikinci qələbə
Misli Premyer Liqasında 26-cı tur yekunlaşdı
“Beşiktaş”ın futbolçusu sıradan çıxdı