Dünən Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyunu çərçivəsində Lənkəranda Polşanın “Lex” klubunu qəbul edən “Xəzər Lənkəran”ın bolqarıstanlı müdafiəçisi Radomir Todorov Qol.Az-a müsahibə verib.
- Əvvəlcə oyunla bağlı fikirlərini öyrənək...
- Oyuna yaxşı başladıq, artıq 4-cü dəqiqədə hesabı açdıq ki, bu da çox yaxşı başlanğıc idi. Hər şeyin yaxşı getdiyi bir vəziyyətdə məntiqsiz qol buraxdıq. İkinci hissədə çalışıdıq ki, ikinci, üçüncü qolları vuraq, amma alınmadı.
- Rəqibi necə dəyərləndirərdin?
- “Lex” güclü komandadır, amma 4 il əvvəllki “Lex”lə müqayisə edə bilmərəm.
- Yəni, 4 il bundan əvvəllki komanda daha güclü idi?
- Əlbəttə. Onda komandada Levandovski kimi futbolçu oynayırdı, heyət daha güclü idi. İndiki komandanı isə keçmək olar. Sadəcə, toparlanmaq lazımdır.
- Ümumiyyətlə, çox sadə vəziyyətlərdən qollar buraxırsınız. “Nomme Kalyu” ilə oyunda da bu cür olmuşdu. Bunun səbəbi nədir?
- Bəli, razıyam. Rəqibin bir qol epizodu oldu, onda da qol vurdu. Heç buna qol epiozdu da deməzdim. Qapıya zərbə oldu, qolla nəticələndi. Düşünürəm ki, bunun üzərində işləməliyik ki, bu cür asan qollar buraxmayaq.
- “Nomme Kalyu” ilə Lənkərandakı matçdan fərqli olaraq, bu dəfə start heyətində meydançaya çıxmışdın...
- Düzdür, “Nomme Kalyu” ilə Lənkərandakı görüşdə əsas heyətində oynamadım, amma Estoniyada start onbirlikdə idim. Nə deyə bilərəm, baş məşqçi seçimi bu cür edir, mən də əlimdən gələni edirəm ki, komandama faydam toxunsun.
- Skarlataki açıqlamasında bildirib ki, artıq şanslar 60/40-a “Lex”in xeyrinədir, çünki onlar səfərdə qol vurub. Sən necə düşünürsən?
- Prinsipcə, düzdür. Səfərdə vurulan qol böyük üstünlük sayılır. Ancaq mən düşünürəm ki, əgər “Lex” burda bizə qol vura bilirsə, biz də Polşada onlara vura bilərik. Yenə deyirəm, “Lex” 4 il bundan əvvəlki komanda deyil və onları rahat keçmək olar.
- Yeri gəlmişkən, baş məşqçiniz Yunis Hüseynov da “Lex”i keçəcəyinizə əmindir...
- Mən də bu cür düşünürəm. Düzü, bilmirəm Skarlataki niyə bu qədər həvəsdən düşüb (gülür). Bu oyun arxada qaldı, artıq yeni gün başlayır və cavab oyununda da yeni bir futbol oynanılacaq. Hər şey 50/50-dən başlanacaq.
Anar XANLAROV
Azərbaycan təmsilçilərinin ilk rəqibləri məlum oldu
Toral Bayramov oynadı, komandası “Şaxtyor”la heç-heçə etdi
Dzeko qalır
Messi komanda yoldaşlarına xüsusi hədiyyə verib
"Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
"Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
"Real" onunla razılaşdı
"Napoli" yetirməsi ilə yeni müqavilə bağladı
“Sabah” Finlandiyadadır
Türkiyə millisi Millətlər Liqasının qalibi oldu
"Qəbələ"dən ayrılan futbolçu Cənubi Koreya klubunda
Pirlo ilə bağlı araşdırma tələb olundu
PSJ-nin ulduzu yeni müqavilədən imtina etdi
Ərəblər onun üçün 132 milyon avro ödəməyə hazırdır
De Brüyne bu yay “Napoli”ni tərk edə bilər
Osimhen "Qalatasaray" rəhbərliyini sərt tənqid etdi
“Sabah”a KuPS-dan mesaj - Hələ hər şey bitməyib
Ferran Torresin hansı şərtlə satılacağı açıqlandı
Nəriman ehtiyatda qaldı
Messi “MLS ulduzlar matçı”nın heyətindən çıxarıldı
"Bayer"dən yeni transfer
"Bəzi yeni oyunçuların yolunu gözləyirik" - Kaxaber Sxadadze
"KuPS" "Sabah"la oyundan əvvəl qələbə qazandı
Mourinyo Vinisiusun gedişinə qarşı çıxdı
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
"Kəpəz"də zambiyalı futbolçu - Rəsmi
"Qəbələ" "Şəfa" ilə heç-heçə etdi
Azərbaycan klubu kamerunlu yarımmüdafiəçi aldı
"Əl-Hilal"dan 64 milyon avroluq transfer
Lukaş Fabianski karyerasını başa vurdu
Kamilo Duran "Milan"a da qol vurdu
Tanınmış hücumçu bu kluba keçdi
"Real"ın 100 milyonluq təklifi rədd edildi
Rəqibi təpiklədi, 5 illik cəza aldı
"Mançester Siti" Xusanovla müqaviləni uzatdı
Rodri "Real"la razılaşdı
"Everton" Qeyeni yola saldı
PSJ-dən "Atletiko"ya