Bakının “İnter” klubunun müdafiəçisi Valeri Abramidze Avropa Liqasında Yunanıstan “Asteras”ına qarşı oyunla (1:1) bağlı Qol.Az saytının suallarını cavablandırıb.
- “Asteras”la qarşılaşmada qeydə alınan nəticə haqda nə deyərdin?
- İlk hissədə pis oynamadıq. Çalışırdıq ki, hücumları daha təhlükəli quraq. Bir neçə real qol imkanımız oldu. Lakin bunları dəyərləndirə bilmədik. Hesabı qoruyaraq qələbə qazana bilərdik. Təəssüf ki, üstünlüyümüzü sonadək davam etdirə bilmədik.
- Nəticənin oyuna görə olduğunu söyləmək olar?
- Matç ən azı bizim minimal hesablı qələbəmizlə başa çatmalıydı. Lakin çox sadə vəziyyətdən yersiz qol buraxdıq. Mən qapımızdan belə top buraxacağımızı gözləmirdim.
- Ola bilərmi ki, yunanların sonuna qədər pressinq etməsi sizə öz oyununuzu ortaya qoymağa imkan vermədi?
- Sözsüz ki, pressinq zamanı istədiyin kimi sərbəst çıxış edə bilmirsən. Ancaq biz də rəqibə qarşılıqlı olaraq cavab verirdik. Bir şey də var ki, onlar Yunanıstanın Super Liqasında çıxış edən klublardan biridir. Hər kəs yunan komandalarının avrokuboklardakı uğurlu çıxışlarından xəbərdardır. Lakin “Asteras” “İnter”lə bərabər səviyyəli komandadır.
- Səncə, qələbə qazanmağınıza nə mane oldu?
- İlk növbədə “İnter”in bəxti gətirmədi. Onların ilk hissədə qol vurmaq üçün cəmi bir imkanları olmuşdu. Sadəcə, ikinci yarıda bir az faəllaşmışdılar. Həmçinin heç nədən yersiz yerə qapımızdan top buraxdıq.
- Rəqibiniz öz çıxışı ilə sizi təəccübləndirdi?
- Onların ifasında qeyri-adi oyun görmədik. “Asteras”dan elə belə oyun gözləyirdik.
- Bir az təzyiq olan kimi, müdafiənizdə bir çaşqınlıq yaranır. Elə qolu da bu səbəbdən buraxdığınızı söyləmək olar?
- Deməzdim ki, müdafiəmizdəki hansısa kobud səhv ucbatından qol buraxdıq. Məncə, bir az ehtiyatı əldən verdiyimiz üçün rəqib qol vurdu.
- Necə düşünürsən, Yunanıstanda sizə çox çətin olmayacaq ki?
- Əslində, dünənki matçda da bizim üçün çox çətin oldu. Düşünürəm ki, səfər qarşılaşması da gərgin keçəcək. Ona görə də ciddi hazırlaşmalıyıq. Artıq rəqibimizi ilk oyuna əsasən yaxşı tanıdıq. Bir sözlə, hər şey öz əlimizdədir.
- Mərhələ adlamaq şanslarınızı necə görürsən?
- Düzdü, üstünlük yunanların tərəfindədir. Səfərdə top vurduqları üçün ən azı nəticəni qorumağa çalışacaqlar. Biz ilk növbədə çalışmalıyıq ki, səfərdəki oyundan tez bir zamanda qol vurub, üstünlük əldə edək. Məncə, öz meydanımızda nümayiş etdirdiyimiz oyunu səfərdə də göstərə bilsək, mərhələ adlaya bilərik.
Əli HƏYATİ
Dünyanın ən yaxşı "tək klublu" futbolçuları kimlərdir?
“Barselona” bir matça görə 10 milyon qazana bilər
Klub futbolçusuna görə yığmanı FİFA-ya şikayət etdi
Çempionşip klubunun apellyasiya şikayəti rədd edildi
"Yuventus" "Liverpul"un qapıçısına göz dikdi
“Cəbrayıl”ın 3 qollu qələbəsindən - Video
AVRO-2032 Türkiyədə keçirilə bilər
Millinin baş məşqçisi istefa verdi
Noyer pley-off tarixinə düşdü
"Arsenal" bu göstəricidə Avropada liderdir
“Ayaks” Avstriya klubu ilə əməkdaşlıq edəcək
Daha az maaşla klubunda qaldı
"Millini çalışdırmaq istəsə, onu dəstəkləyərdim"
“Bakı Sportinq” və “Cəbrayıl” tura qələbə ilə başladı
14 illik həsrət bitdi
Azərbaycan millisinin İspaniyadakı ilk məşqindən - Şəkillər
Matçın ən yaxşısı seçilən 40 yaşlı Noyerdən açıqlama
Daha 4 il üçün federasiya prezidenti seçildi
Növbəti mövsüm ÇL-də İngiltərənin 5 klubu iştirak edəcək
"Barselona" bu hücumçunu satacaq
"Marsel"in baş məşqçisinin evi qarət olundu
"Qarabağ"da iclas keçirildi - Şəkillər
Çempionlar Liqasında rekord qırdı
Avrokubokların oyunlarını yayımlayacaq kanallar
Son 4 mövsümün ən böyük hesabı
Azərbaycan çempionatlarının 21-ci əsrdəki rekordu yeniləndi
Azərbaycandakı amerikalıların 10-cu het-triki
Bəxtiyar Həsənalızadə: “Qələbədən başqa yolumuz yoxdur”
Arbeloa: "Münhendə "Real" qalib gələcək"
65 il sonra qayıtdılar
"Bavariya"nın Madrid zəfəri - Video
"Quba" "Şəki Siti" ilə üz-üzə
"Bavariya" "Real"a, "Arsenal" "Sportinq"ə qalib gəldi
6 qol və "Sabah"ın qələbəsi - Video
“Liverpul” "təmizləmə" işləri aparacaq
Mirça Luçesku vəfat etdi
Bu dəfə planşeti Ayxan Abbasov qırdı - Video
"Əgər qərar verirsənsə, VAR-a baxmalısan"
Azərbaycan millisindən ardıcıl ikinci qələbə
Misli Premyer Liqasında 26-cı tur yekunlaşdı
“Beşiktaş”ın futbolçusu sıradan çıxdı
Luçesku əməliyyat oluna bilməyəcək