“Xəzər Lənkəran” klubunun baş məşqçisi Yunis Hüseynov Polşanın “Lex” klubuna qarşı sabah keçiriləcək Avropa Liqasının ikinci təsnifat mərhələsinin ilk oyunuyla bağlı Qol.Az saytına müsahibə verib.
- Komandanız sabahkı qarşılaşmaya tam hazırdır?
- Bəli. Bütün komanda tam məsuliyyətlə oyuna hazırlaşır. Allahın köməkliyi ilə qələbə qazanmaq istəyirik.
- Heyətdə zədəli futbolçu varmı?
- Hələ belə bir problemimiz yoxdur. Hər şey öz qaydasındadır.
- “Lex” komandası haqda nə deyə bilərsiniz?
- Düzdü, “ Lex” səviyyəli komandadır və Avroliqa təcrübəsi də bizdən üstündür. Lakin biz rəqibin kimliyindən asılı olmayaraq, öz oyunumuzu oynayacağıq. Bu oyuna futbolçularımız psixoloji cəhətdən hazırdır.
- Polşalı futbolçular mətbuata açıqlamalarında bildiriblər ki, əsas məqsədləri Lənkəranda qol vurmaqdır. Sizin bunları nəzərə alaraq daha çox müdafiəyə diqqət yetirəcəyinizi demək olar?
- Əksinə, biz çalışacağıq ki, qapılarına top vuraq. Bu dəfəki çıxışımız “Nomme Kalyu” komandasına qarşı göstərdiyimiz oyundan fərqli olacaq. Tam fərqli bir taktika qurulacaq. Sabah siz də bunu görəcəksiniz.
- Polşa klubunun hansı üstünlüyü sizi narahat edir?
- Çəkinəsi bir şey yoxdur. Mən hər zaman demişəm ki, heç bir komandadan çəkinmək lazım deyil. Sadəcə olaraq, çıxıb öz futbolumuzu oynamalıyıq. Meydanda sonadək mübarizə aparmaq lazımdır.
- Evdə hansı nəticə sizi qane edə bilər?
- Əlbəttə, bizi yalnız qələbə qane edəcək. Lakin futbolda istənilən nəticə olur. Əlimizdən gələni edəcəyik ki, sərfəli nəticə qazanaq. Ən azı qol buraxmasaq, çox yaxşı olar.
- “Lex”in baş məşqçisi bildirib ki, “Xəzər Lənkəran”ın keçirdiyi 8 oyunun videoyazısını əldə ediblər və buna əsasən rəqibi yaxşı analiz ediblər...
- Mən buna görə narahat deyiləm. Hər bir məşqçi rəqib komandanı yaxşı analiz etməyə çalışır. Eyni şeyi biz də etmişik. “Lex”in həm güclü, həm də zəif tərəflərini yaxşı bilirəm.
- Çempionlar Liqasında ölkəmizi təmsil edən “Neftçi” dünən “Zestafoni”ni böyük hesabla məğlub etdi. Bu haqda nə deyərdiniz?
- Əvvəlcə, gözəl oyun və əla nəticə münasibətilə “Neftçi”ni təbrik edirəm. Açığı, mən “Neftçi”nin qələbəsinə inanırdım.
- Artıq “Neftçi”nin mərhələ adladığını söyləmək olarmı?
- Bəli. Bir şərtlə ki, gərək “Neftçi” arxayınlaşmasın.
Əli HƏYATİ
"Hakimlərin maaşını düşünəndə adamın ürəyi ağrıyır"
"Çelsi"dən iddialı mövsüm hazırlığı - "Bizi ram etmək olmaz"
Azərbaycan klublarının yay transferləri - Yenilənir
İki “Qarabağ”lı ÇL-in ən yaxşıları arasında
Mundialın rekordçusu "Mançester Siti" oldu
"Qalatasaray"ın hücumçusuna göz dikdilər
Keyn yenidən "Barselona"nın hədəfində
"Heç kimi komandanın "beyni" adlandırmırıq" - Breno Almeyda
"Nyukasl" onları göndərdi
"Benfika"nın baş məşqçisi ola bilər
Klub onunla anlaşarsa, hər oyuna görə cərimə ödəyəcək
Ronaldonun 6-cı mundial hazırlığından - Video
Reqlament dəyişmədi, püşkün vaxtı dəqiqləşdi
İordaniya DÇ-2026 heyətini açıqladı
"10 nömrə" Bellinqemə həvalə olundu
"Sumqayıt"dan ayrılan futbolçu Qazaxıstan klubunda
“Ayaks”ın yeni baş məşqçisi müəyyənləşdi
Dante "Bavariya"da məşqçi təyin edildi
Domeniko Tedeskonun yeni klubu - Rəsmi
"Araz-Naxçıvan" 10 futbolçu ilə yolları ayırdı
Milli Avstriya toplanışına başladı - Şəkillər
Cavid İmamverdiyevin yeni klubu müəyyənləşdi
Özbəkistan millisi DÇ-2026-ya bu 26 nəfərlik heyətlə gedir
Kurtua yetirməsi olduğu kluba investor kimi qayıtdı
Türkiyə millisinin DÇ-2026 üçün yekun heyəti açıqlandı
Azər Bağırov rəsmən "Şamaxı"da
"Sabah"ın futbolçusu DÇ-2026 heyətinə daxil edilmədi
"Qəbələ" daha iki futbolçu ilə yolları ayırdı
Finalda penaltini vura bilmədi - Forma satışı 350 faiz artdı
DÇ-2026 öncəsi xüsusi əməliyyat - Video
"Real"a yeni ulduzlar gələcək
Azərbaycan millisi Qazaxıstana belə qalib gəldi - Video
Slot istefa qərarı gözləmirmiş
“O üç futbolçunun oyunundan razıyam” - Montella
Ərəblər Konseysaunu istefaya göndərdi
Modriç 5-ci dünya çempionatına gedir!
Özbəkistan millisindən mundial öncəsi ilk yoxlama oyunu
“Çexiya ilə oyun erkən final olacaq” - Elşad Quliyev
Azərbaycan millisi 1/4 finalda - Avropa çempionatı
Yankoviçdən məhsuldar ötürmə, Monteneqrodan qələbə - Video
“Monako” baş məşqçini göndərdi
Yol qəzasına düşdü, 33 yaşında vəfat etdi
Türkiyə millisindən böyükhesablı qələbə - Yenilənib
Dünyanın ən dəyərli klubları bilindi
"Atletiko" onu buraxmaq istəmir
Paraqvay millisinin DÇ-2026 heyətində kimlər var?