Azərbaycanın əməkdar məşqçisi Ağasəlim Mircavadov Çempionlar Liqasının dünən keçirilən “Neftçi” – “Zestafoni” oyunu (3:0) haqda Qol.Az saytına müsahibə verib
- İlk olaraq “Zestafoni” barədə fikirlərinizi bilmək istərdim. Rəqib doğurdanmı belə zəif idi?
- Mən özüm də onlardan belə çıxış gözləmirdim. Güclü komanda hesab edilirdi. Lakin dünənki oyunda “Neftçi”yə ciddi problem yarada bilmədi. Gürcü komandasında böyük problemlər var. “Neftçi” bu problemlərdən maksimum yararlanıb ilk iki qolu vura bildi. Rəqibin iki müdafiəçisi həddindən artıq ağır tərpənirdi və oyun zamanı bir-birlərini sığortalamırdılar. Məncə, gürcülərin oyunu istədikləri kimi alınmadı.
- Komandamız qələbə qazansa da, müdafiədə səhvlər edirdi. Siz bununla razısınız?
- Bəli. “Neftçi” topa nəzarətdə bir az əziyyət çəkirdi. Heyətdə yeni futbolçuların olması da öz sözünü deyirdi. Lakin nəzərə çarpacaq səhvlər çox olmadı. Dünənki qarşılaşmada “Neftçi”nin yeni transferləri pis təsir bağışlamadılar. Görünürdü ki, öz üzərində çox çalışmışdılar.
- Dünənki oyunun ən yaxşılarından biri - Cavid İmamverdiyev haqda nə düşünürsünüz?
- Bu futbolçu yaxşı təsir bağışladı. Lakin Cavid meydançanın eni boyu daha artıq işləməlidir. Həmçinin bir az çəldliyini artırmağa çalışmalıdır. Əgər Cavid öz üzərində yaxşı çalışsa, daha irəli gedə bilər.
- “Neftçi”nin çox ümid bəslənilən yeni transferi Rəşad Sadiqovun oyunu istədiyi kimi alınmırdı...
- Rəşad çox təcrübəli futbolçudur. Lakin o, daha çox kombinasiyalı oyunu sevir. Açığı, o, meydanda hərəkət edirdi. Lakin gördüyü işin keyfiyyəti aşağı oldu. Bu, yeni transfer olunmuş digər futbolçulara da aid edilməlidir. Onlara müəyyən qədər vaxt lazımdır ki, komandada öz oyunlarını tapsınlar.
- Təkrar qarşılaşmada “Neftçi”nin şanslarını necə dəyərləndirirsiniz?
- “Neftçi”nin taleyi öz əlindədir. Əgər səfərdə müdafiəyə meyilli oynasalar, vəziyyətləri ağır ola bilər. Ən azı “Dalğa Arena”dakı oyunu təkrarlamalıdırlar. Lakin bir az diqqəli olmaq şərtiylə. Əsasən də orta və müdafiə xətlərimiz daha sayıq olmalıdır. Çünki “Zestafoni”nin artıq itirəcəyi heç nəyi qalmayıb.
Əli HƏYATİ
"Hakimlərin maaşını düşünəndə adamın ürəyi ağrıyır"
"Çelsi"dən iddialı mövsüm hazırlığı - "Bizi ram etmək olmaz"
Azərbaycan klublarının yay transferləri - Yenilənir
İki “Qarabağ”lı ÇL-in ən yaxşıları arasında
Mundialın rekordçusu "Mançester Siti" oldu
"Qalatasaray"ın hücumçusuna göz dikdilər
Keyn yenidən "Barselona"nın hədəfində
"Heç kimi komandanın "beyni" adlandırmırıq" - Breno Almeyda
"Nyukasl" onları göndərdi
"Benfika"nın baş məşqçisi ola bilər
Klub onunla anlaşarsa, hər oyuna görə cərimə ödəyəcək
Ronaldonun 6-cı mundial hazırlığından - Video
Reqlament dəyişmədi, püşkün vaxtı dəqiqləşdi
İordaniya DÇ-2026 heyətini açıqladı
"10 nömrə" Bellinqemə həvalə olundu
"Sumqayıt"dan ayrılan futbolçu Qazaxıstan klubunda
“Ayaks”ın yeni baş məşqçisi müəyyənləşdi
Dante "Bavariya"da məşqçi təyin edildi
Domeniko Tedeskonun yeni klubu - Rəsmi
"Araz-Naxçıvan" 10 futbolçu ilə yolları ayırdı
Milli Avstriya toplanışına başladı - Şəkillər
Cavid İmamverdiyevin yeni klubu müəyyənləşdi
Özbəkistan millisi DÇ-2026-ya bu 26 nəfərlik heyətlə gedir
Kurtua yetirməsi olduğu kluba investor kimi qayıtdı
Türkiyə millisinin DÇ-2026 üçün yekun heyəti açıqlandı
Azər Bağırov rəsmən "Şamaxı"da
"Sabah"ın futbolçusu DÇ-2026 heyətinə daxil edilmədi
"Qəbələ" daha iki futbolçu ilə yolları ayırdı
Finalda penaltini vura bilmədi - Forma satışı 350 faiz artdı
DÇ-2026 öncəsi xüsusi əməliyyat - Video
"Real"a yeni ulduzlar gələcək
Azərbaycan millisi Qazaxıstana belə qalib gəldi - Video
Slot istefa qərarı gözləmirmiş
“O üç futbolçunun oyunundan razıyam” - Montella
Ərəblər Konseysaunu istefaya göndərdi
Modriç 5-ci dünya çempionatına gedir!
Özbəkistan millisindən mundial öncəsi ilk yoxlama oyunu
“Çexiya ilə oyun erkən final olacaq” - Elşad Quliyev
Azərbaycan millisi 1/4 finalda - Avropa çempionatı
Yankoviçdən məhsuldar ötürmə, Monteneqrodan qələbə - Video
“Monako” baş məşqçini göndərdi
Yol qəzasına düşdü, 33 yaşında vəfat etdi
Türkiyə millisindən böyükhesablı qələbə - Yenilənib
Dünyanın ən dəyərli klubları bilindi
"Atletiko" onu buraxmaq istəmir
Paraqvay millisinin DÇ-2026 heyətində kimlər var?