“Neftçi”nin sabiq baş məşqçisi Arif Əsədov Çempionlar Liqasının I təsnifat mərhələsinin sabah keçiriləcək “Neftçi” - “Zestafoni” matçı ilə bağlı Qol.Az-a müsahibə verib.
- İlk oyunda “Neftçi”dən nə gözləmək olar?
- Evdə oynadığı üçün ancaq qələbə gözləyirik. İlk oyun olduğundan sərfəli nəticə qazanmaq lazımdır ki, səfərə rahat yollanmaq mümkün olsun.
- Ümumiyyətlə, “Zestafoni” haqqında nə dərəcədə məlumatlısınız. Çünki keçmiş SSRİ ölkəsinin təmsilçisi olduğundan tanımamış olmazsınız.
- “Zestafoni” sovet dövründə o qədər də məşhur komanda deyildi. Bildiyiniz kimi, bizdə “Neftçi” olduğu kimi, Gürcüstanda da Tbilisi “Dinamo”su “flaqman” statusu daşıyırdı. Ancaq müstəqillik dönəmindən sonra yeni-yeni adlar ortaya çıxdı ki, bunlardan biri də “Zestafoni” oldu. Hər halda ard-arda iki il çempion adını qazanması çox şeydən xəbər verir. Hətta ötən il Avropa Liqasında da "play-off" oynamışdılar. Bütün bunlar isə onu göstərir ki, “Zestafoni”nin beynəlxalq təcrübəsi “Neftçi”dən çoxdur.
- Sizcə, bu oyuna hansı taktika ilə çıxmaq daha məsləhətli olardı?
- Bu haqda mənim nəsə deməyim düzgün çıxmaz. Çünki komandanın məqşçilər korpusu var və bu haqda qərarı onlar verəcək. Ancaq istənilən halda qələbə üçün oynamaq lazımdır. Top buraxmamaq şərti ilə 1-2 top vurmaq vacibdir.
- Komandaya eyni zamanda yeni futbolçular da cəlb olunub. Sizcə, onlar gedənlərin yerini doldura biləcək?
- “Neftçi” rəhbərliyinin transfer məsələsində tutduğu yol tamam fərqlidir. Burada heç kimi tez-tələsik transfer edib heyətə buraxmırlar. Bəzən bir futbolçunun oyununu 2-3 ay izləyib sonra qərar verirlər. Çünki özüm də o komandada işlədiyimdən bunları bilirəm. Bu mənada düşünürəm ki, yeni gələnlər gedənlərin yerini doldura biləcək. Həm də bir şeyi nəzərə alaq ki, bu dəfəki transferlər daha gəncdir.
- Konkret Slavko Georgievski haqqında soruşmaq istəyirəm. Çünki bu futbolçu məhz sizin dövrünüzdə komandaya transfer olunmuşdu. Çoxları onun gedişini “Neftçi” üçün ciddi itki sayır. Elə bu futbolçunun “İnter”dəki çıxışı da bunu deməyə əsas verir.
- Tək Georgievski yox, “Neftçi”dən gedən hər futbolçunun özünəməxsus yeri var idi. Ruslan Abışovun, Rəşad Abdullayev və digərlərinin də. Ancaq mən konkret hansı səbəbdən getdiklərini bilmirəm. Səhv eləmirəmsə, müqavilələri bitdiyindən klubdan ayrılıblar ki, bu da normaldı.
- Sizcə, onlara yeni müqavilə təklif etmək olmazdı?
- Bəlkə də ediblər ancaq şərtlərdə razılaşa bilməyiblər. Çünki mən klub prezidenti Sadıq Sadıqovun Ruslan Abışovla bağlı verdiyi açıqlamasını da oxumuşdum və o da demişdi ki, maddi məsələlərdə razılığa gələ bilmədik. Ola bilsin ki, gedənlər çox pul istəyib və bu da “Neftçi”nin büdcəsinə uyğun olmayıb. Bununla belə inanıram ki, gələnlər gedənlərin yerini doldura biləcək. Sonda sabahkı oyunda mən də öz adımdan “Neftçi”yə uğurlar arzulayıram.
"Hakimlərin maaşını düşünəndə adamın ürəyi ağrıyır"
"Çelsi"dən iddialı mövsüm hazırlığı - "Bizi ram etmək olmaz"
Azərbaycan klublarının yay transferləri - Yenilənir
İki “Qarabağ”lı ÇL-in ən yaxşıları arasında
Mundialın rekordçusu "Mançester Siti" oldu
"Qalatasaray"ın hücumçusuna göz dikdilər
Keyn yenidən "Barselona"nın hədəfində
"Heç kimi komandanın "beyni" adlandırmırıq" - Breno Almeyda
"Nyukasl" onları göndərdi
"Benfika"nın baş məşqçisi ola bilər
Klub onunla anlaşarsa, hər oyuna görə cərimə ödəyəcək
Ronaldonun 6-cı mundial hazırlığından - Video
Reqlament dəyişmədi, püşkün vaxtı dəqiqləşdi
İordaniya DÇ-2026 heyətini açıqladı
"10 nömrə" Bellinqemə həvalə olundu
"Sumqayıt"dan ayrılan futbolçu Qazaxıstan klubunda
“Ayaks”ın yeni baş məşqçisi müəyyənləşdi
Dante "Bavariya"da məşqçi təyin edildi
Domeniko Tedeskonun yeni klubu - Rəsmi
"Araz-Naxçıvan" 10 futbolçu ilə yolları ayırdı
Milli Avstriya toplanışına başladı - Şəkillər
Cavid İmamverdiyevin yeni klubu müəyyənləşdi
Özbəkistan millisi DÇ-2026-ya bu 26 nəfərlik heyətlə gedir
Kurtua yetirməsi olduğu kluba investor kimi qayıtdı
Türkiyə millisinin DÇ-2026 üçün yekun heyəti açıqlandı
Azər Bağırov rəsmən "Şamaxı"da
"Sabah"ın futbolçusu DÇ-2026 heyətinə daxil edilmədi
"Qəbələ" daha iki futbolçu ilə yolları ayırdı
Finalda penaltini vura bilmədi - Forma satışı 350 faiz artdı
DÇ-2026 öncəsi xüsusi əməliyyat - Video
"Real"a yeni ulduzlar gələcək
Azərbaycan millisi Qazaxıstana belə qalib gəldi - Video
Slot istefa qərarı gözləmirmiş
“O üç futbolçunun oyunundan razıyam” - Montella
Ərəblər Konseysaunu istefaya göndərdi
Modriç 5-ci dünya çempionatına gedir!
Özbəkistan millisindən mundial öncəsi ilk yoxlama oyunu
“Çexiya ilə oyun erkən final olacaq” - Elşad Quliyev
Azərbaycan millisi 1/4 finalda - Avropa çempionatı
Yankoviçdən məhsuldar ötürmə, Monteneqrodan qələbə - Video
“Monako” baş məşqçini göndərdi
Yol qəzasına düşdü, 33 yaşında vəfat etdi
Türkiyə millisindən böyükhesablı qələbə - Yenilənib
Dünyanın ən dəyərli klubları bilindi
"Atletiko" onu buraxmaq istəmir
Paraqvay millisinin DÇ-2026 heyətində kimlər var?