“Bakı” klubunun yarımmüdafiəçisi Elvin Məmmədovun Qol.Az saytına müsahibəsi
- Komandanızın Avroliqada “Mura”ya məğlubiyyətinə nə səbəb oldu?
- Bu haqda danışmağa heç dilim də gəlmir. Bu məğlubiyyət, sadəcə olaraq, biabırçılıqdır. Düzdü, həmin oyunda rəqibin cəmi iki real qol imkanı oldu. Lakin ikisindən də yararlanmağı bacardılar. “Mura”ya zəif də demək düzgün olmazdı. Özlərinə görə bir komandadılar. Məncə, onlar bizi yaxşı təhlil etmişdilər. Top daim bizdə olsa da, son nöqtəni qoya bilmədik.
- “Mura”ya hansı göstəricilərdə uduzurdunuz?
- Rəqib kompakt oyun və əks-hücumda bizi üstələdi. Bu, onlarda daha yaxşı alındı. İki futbolçu bizim altı futbolçumuzla mübarizədən qalib ayrılaraq qol vurmağı bacardı.
- Bəs, məğlubiyyətdə arxayınçılıq nə dərəcədə rol oynadı?
- Hardasa xəttlər arası əlaqədə problemlər vardı. İnanırsınız, oyundan qabaq “Mura”nı məğlub edəcəyimizə inamımız həddindən çox idi. Bəlkə də bu inamımız bizi “yandırdı”.
- Sən ilk hissədə əsas heyətdə yer almışdın. Ümumiyyətlə, öz oyunun səni qane etdimi?
- Meydanda olduğum müddətdə əlimdən gələni etməyə çalışırdım. Lakin istər, mən istərsə də komanda yoldaşlarım yüzfaizli qol epizodlarına girə bilmirdik. Bizi elə analiz etmişdilər ki, lazımı anda zərərsizləşdirməyi bacarırdılar. Çox qaçmağımıza, çox çalışmağımıza baxmayaraq, işi keyfiyyətsiz görürdük. Bu məğlubiyyərdə günahkarlardan biri də mənəm. Biz gərək daha aqressiv oynayardıq. Meydanda hər şey etsək də, top rəqib qapısından keçmək istəmirdi. Sanki qapıları tilsimlənmişdi. Yoldaşlıq görüşündə “Mura”nı elə günə qoymuşduq ki... Amma rəsmi oyunda açiz qaldıq.
- Yeri gəlmişkən, hücumda Parks və Verpakovskis üzərinə düşən işin öhdəsindən gələ bilmədilər.
- Bütün mövqelərdə çıxış edən futbolçular işə məsulliyyətlə yanaşmalıydılar. Xüsusən də hücumçular. Amma bu məğlubiyyətə görə hər kəs günahkardır.
- Oyundan sonra rəhbərlikdən tərəfindən sizə irad bildirilib?
- Hələ belə bir şey olmayıb. Çünki komanda səfərdən sonra hələ bu gün məşqə çıxacaq. Birdə ki, rəhbərlik bizə desə, haqlıdır. Şəxsən mən bunu normal qarşılayacağam. Biz səviyyəmizə uyğun çıxış edə bilmədik. Normalda biz “Mura”dan güclü komandaydıq.
- Necə düşünürsən, bundan sonra komandada köklü islahatlar aparılmalı və yeni futbolçular gətirilməlidirmi?
- Digər xəttlərdə çox futbolçular var. Lakin hücum xəttimiz çox “dişsiz”dir. Yəqin ki, rəhbərlik və baş məşqçi bu problemi yaxın zamanda aradan götürəcək. Qarşıda “Bakı”nı güclü çempionat oyunları gözləyir. İslahatalar barəsində isə rəhbərlik necə məsləhət bilirsə, elə də edəcək.
- Uzun müddət zədəli qaldın. Sonradan formanı bərpa edib yenidən milli komandaya çağırıldın. Hazırkı formandan razısan?
- Uzun müddət futbolsuz qalmaq futbolçu üçün çox ağırdır. Hətta karyerasına son qoyulacaq qədər təhlükəli olur. Lakin mən bu çətinliyin öhdəsindən gələ bildim. Ancaq mən hələ əvvəliki kimi formamda deyiləm. Lakin bunun üzərində hər gün çox çalışıram. Yəqin ki, çempionat oyunlarına formamı tam bərpa edəcəyəm.
- Əsgərlik məsələn nə yerdə qaldı? Məlumata görə, səninlə yanaşı komanda yoldaşın Aqil Məmmədov da hərbi xidmətə çağırılıb.
- Bəli, həm Aqil Məmmədov, həm də mənim belə bir problemim var. Lakin rəhbərlik söz verib ki, bu işi həll edəcəklər.
Əli HƏYATİ
"Hakimlərin maaşını düşünəndə adamın ürəyi ağrıyır"
"Çelsi"dən iddialı mövsüm hazırlığı - "Bizi ram etmək olmaz"
Azərbaycan klublarının yay transferləri - Yenilənir
İki “Qarabağ”lı ÇL-in ən yaxşıları arasında
Mundialın rekordçusu "Mançester Siti" oldu
"Qalatasaray"ın hücumçusuna göz dikdilər
Keyn yenidən "Barselona"nın hədəfində
"Heç kimi komandanın "beyni" adlandırmırıq" - Breno Almeyda
"Nyukasl" onları göndərdi
"Benfika"nın baş məşqçisi ola bilər
Klub onunla anlaşarsa, hər oyuna görə cərimə ödəyəcək
Ronaldonun 6-cı mundial hazırlığından - Video
Reqlament dəyişmədi, püşkün vaxtı dəqiqləşdi
İordaniya DÇ-2026 heyətini açıqladı
"10 nömrə" Bellinqemə həvalə olundu
"Sumqayıt"dan ayrılan futbolçu Qazaxıstan klubunda
“Ayaks”ın yeni baş məşqçisi müəyyənləşdi
Dante "Bavariya"da məşqçi təyin edildi
Domeniko Tedeskonun yeni klubu - Rəsmi
"Araz-Naxçıvan" 10 futbolçu ilə yolları ayırdı
Milli Avstriya toplanışına başladı - Şəkillər
Cavid İmamverdiyevin yeni klubu müəyyənləşdi
Özbəkistan millisi DÇ-2026-ya bu 26 nəfərlik heyətlə gedir
Kurtua yetirməsi olduğu kluba investor kimi qayıtdı
Türkiyə millisinin DÇ-2026 üçün yekun heyəti açıqlandı
Azər Bağırov rəsmən "Şamaxı"da
"Sabah"ın futbolçusu DÇ-2026 heyətinə daxil edilmədi
"Qəbələ" daha iki futbolçu ilə yolları ayırdı
Finalda penaltini vura bilmədi - Forma satışı 350 faiz artdı
DÇ-2026 öncəsi xüsusi əməliyyat - Video
"Real"a yeni ulduzlar gələcək
Azərbaycan millisi Qazaxıstana belə qalib gəldi - Video
Slot istefa qərarı gözləmirmiş
“O üç futbolçunun oyunundan razıyam” - Montella
Ərəblər Konseysaunu istefaya göndərdi
Modriç 5-ci dünya çempionatına gedir!
Özbəkistan millisindən mundial öncəsi ilk yoxlama oyunu
“Çexiya ilə oyun erkən final olacaq” - Elşad Quliyev
Azərbaycan millisi 1/4 finalda - Avropa çempionatı
Yankoviçdən məhsuldar ötürmə, Monteneqrodan qələbə - Video
“Monako” baş məşqçini göndərdi
Yol qəzasına düşdü, 33 yaşında vəfat etdi
Türkiyə millisindən böyükhesablı qələbə - Yenilənib
Dünyanın ən dəyərli klubları bilindi
"Atletiko" onu buraxmaq istəmir
Paraqvay millisinin DÇ-2026 heyətində kimlər var?