Milli komandamızın sabiq baş məşqçisi Şahin Diniyev Qol.Az saytına müsahibəsində Avropa Liqasında “Bakı”nın Sloveniya “Mura”sına qarşı keçirdiyi oyunu dəyərləndirib
- “Bakı”nın “Mura”ya səfərdə uduzacağını gözləyirdiniz?
- Düzü, gözlənilməz oldu. Rəqib birinci görüşdə çox zəif çıxış etmişdi. Təkrar görüşdə də komanda arxadan oyuna başladı. “Bakı” isə irəli atılmaqla tələsdi. Belə götürəndə taktiki gedişlərə əsasən, “Mura” qalib gəldi. Düzdü, “Bakı” həm futbolçuları, həm də oyun baxımından rəqibindən güclü idi. Sadəcə, sloveniyalılar daha ağıllı oynadılar.
- “Bakı” rəqibinə hansı göstəricilərdə uduzdu?
- Onlar diqqətli olmalıydılar. Yəni komanda meydana çıxanda bilirdi ki, necə etməlidir. Ancaq “Bakı”da yaxşı alınmadı. Həmçinin müdafiədə zəif təsir bağışladıq. Arxa xətt oyunçuları üzərlərinə düşən işin öhdəsindən gələ bilmədilər.
- “Mura”nın baş məşqçisi Feri Çifer “Bakı”nı yaxşı analiz etdiklərini və məhz bu üzdən qələbə qazandıqlarını söyləmişdi. Siz bu fikirlə razısınız?
- Mən də belə fikirləşirəm. Ancaq “Bakı” gərək başqa bir taktika seçəydi. Çünki onlar öz futbolçularının və komandanın nəyə qadir olduqlarını yaxşı bilirdilər. Birdə ki, “Bakı” həddindən artıq tələskən oynayırdı.
- “Bakı”nın ilk mərhələdə zəif “Mura”ya uduzmasını biabırçılq adlandırmaq olar?
- Gəlin, hər şeyə real yanaşaq. “Bakı” “Barselona” deyil ki, mütləq udaydı. Bərabər səviyyəli komandaya məğlub oldular. Bəli, razıyam ki, klubumuz hardasa rəqibindən üstün hesab edilirdi. Ancaq çox yox.
- Necə düşünürsünüz, “Bakı”da hansı dəyişikliklər olmalıdır? Axı, bu cür şərait və maddiyyatın qarşılığında bu nəticə olmamalıydı.
- Fikrimcə, klub işlərini düzgün qurmalıdır. Futbolçu seçimində böyük səhvlər var. Əvvəla komandanın necə komplektləşdirilməyinə diqqət yetirilməlidir. Birinci növbədə ulduzlar yığımı yox, komandaya can yandıran futbolçular cəlb edilməlidir. Futbolçular onlara göstərilən bu cür diqqət və maddi qayğının əvəzini verə bilmədilər. 0:2-dən sonra, ümumiyyətlə, heç bir futbolçu canfəşanlıq göstərmədi. Ümumiyyətlə, həmin qarşılaşmada “Bakı”da fərqlənən futbolçu yox idi. Qələbə qazanmaq üçün o qədər də istəkli deyildilər. Sadəcə, şablon hücumlar qurulurdu. Bir çox futbolçu komandaya ürəklərini qoymadı. Klubun onlara verdiyi dəyəri layiqincə qiymətləndirə bilmədi.
Əli HƏYATİ
"Hakimlərin maaşını düşünəndə adamın ürəyi ağrıyır"
"Çelsi"dən iddialı mövsüm hazırlığı - "Bizi ram etmək olmaz"
Azərbaycan klublarının yay transferləri - Yenilənir
İki “Qarabağ”lı ÇL-in ən yaxşıları arasında
Mundialın rekordçusu "Mançester Siti" oldu
"Qalatasaray"ın hücumçusuna göz dikdilər
Keyn yenidən "Barselona"nın hədəfində
"Heç kimi komandanın "beyni" adlandırmırıq" - Breno Almeyda
"Nyukasl" onları göndərdi
"Benfika"nın baş məşqçisi ola bilər
Klub onunla anlaşarsa, hər oyuna görə cərimə ödəyəcək
Ronaldonun 6-cı mundial hazırlığından - Video
Reqlament dəyişmədi, püşkün vaxtı dəqiqləşdi
İordaniya DÇ-2026 heyətini açıqladı
"10 nömrə" Bellinqemə həvalə olundu
"Sumqayıt"dan ayrılan futbolçu Qazaxıstan klubunda
“Ayaks”ın yeni baş məşqçisi müəyyənləşdi
Dante "Bavariya"da məşqçi təyin edildi
Domeniko Tedeskonun yeni klubu - Rəsmi
"Araz-Naxçıvan" 10 futbolçu ilə yolları ayırdı
Milli Avstriya toplanışına başladı - Şəkillər
Cavid İmamverdiyevin yeni klubu müəyyənləşdi
Özbəkistan millisi DÇ-2026-ya bu 26 nəfərlik heyətlə gedir
Kurtua yetirməsi olduğu kluba investor kimi qayıtdı
Türkiyə millisinin DÇ-2026 üçün yekun heyəti açıqlandı
Azər Bağırov rəsmən "Şamaxı"da
"Sabah"ın futbolçusu DÇ-2026 heyətinə daxil edilmədi
"Qəbələ" daha iki futbolçu ilə yolları ayırdı
Finalda penaltini vura bilmədi - Forma satışı 350 faiz artdı
DÇ-2026 öncəsi xüsusi əməliyyat - Video
"Real"a yeni ulduzlar gələcək
Azərbaycan millisi Qazaxıstana belə qalib gəldi - Video
Slot istefa qərarı gözləmirmiş
“O üç futbolçunun oyunundan razıyam” - Montella
Ərəblər Konseysaunu istefaya göndərdi
Modriç 5-ci dünya çempionatına gedir!
Özbəkistan millisindən mundial öncəsi ilk yoxlama oyunu
“Çexiya ilə oyun erkən final olacaq” - Elşad Quliyev
Azərbaycan millisi 1/4 finalda - Avropa çempionatı
Yankoviçdən məhsuldar ötürmə, Monteneqrodan qələbə - Video
“Monako” baş məşqçini göndərdi
Yol qəzasına düşdü, 33 yaşında vəfat etdi
Türkiyə millisindən böyükhesablı qələbə - Yenilənib
Dünyanın ən dəyərli klubları bilindi
"Atletiko" onu buraxmaq istəmir
Paraqvay millisinin DÇ-2026 heyətində kimlər var?