“Qəbələ”nin sabiq polşalı futbolçusu Tomas Stolpa Qol.Az-a müsahibə verib
- Tomas, hazırda hansı klubun şərəfini qoruyursan?
- Vətənim Polşada, yerli “Odra”da oynayıram.
- Azərbaycan futbolu ilə maraqlanırsan?
- İmkan daxilində çalışıram maraqlanım. Hər necə olsa, orada futbol oynamışam, yaxşı günlərim olub.
- O zaman bilməmiş olmazsan, bizim “Xəzər Lənkəran” Avropa Liqasının ikinci mərhələsində Polşa təmsilçisi “Lex”lə üz-üzə gələcək...
- Bəli, bundan xəbərim var. Düzdür, hələ “Lex” rəsmən ikinci mərhələyə keçməyib. Bunun üçün cavab matçında da Qazaxıstan klubunu məğlub etmək lazımdır. Ancaq mən də inanmıram ki möcüzə olsun və yəqin ki, bu iki komanda ikinci mərhələdə münasibətlərini aydınlaşdıracaqlar.
- Şansları necə görürsən?
- “Lex” daha təcrübəli komandadır. Bundan başqa, Polşa futbolu və çempionatı ilə Azərbaycan futbolu və çempionatı arasında da böyük fərq var. Bu məqamları nəzərə alsaq, “Lex” favoritdi. Ancaq “Xəzər Lənkəran”ı da tanıdığımdan deyə bilərəm ki, pis komanda deyil.
- Yəni, Lənkəran klubu “Lex”i keçə bilər?
- Futbolda hər şey mümkündü. Məsələn, ötən il sizin “İnter” az qala “Lex”i keçmişdi. Yalnız oyunsonrası penaltilərdə uduzdular.
- Bəlkə bizə kömək edəsən, “Lex”in ən üstün və ən zəif cəhətləri hansılardı?
- İlk növbədə onu deyim ki, mərkəzi “Lex”ə vermək olmaz. Çünki mərkəzi ələ keçirsələr, cinahlara ötürmələrlə təhlükəli hücumlar quracaqlar. Həm də “Lex” futbolçuları başla yaxşı oynayırlar. Odur ki, “ikinci mərtəbə”də də son dərəcə diqqətli oynamaq lazımdır.
- Özün bu oyunu izləyəcəksən?
- Çalışacağam. İmkan tapsam, mənim üçün də bu matçı stadiondan izləmək maraqlı olardı.
Qeyd: Stolpa 2009-10-cu illərdə Ramiz Məmmədovun rəhbərliyi altında “Qəbələ”də çıxış etmiş, meydançaya çıxdığı 31 oyunda 7 qola imza atmışdı.
"Hakimlərin maaşını düşünəndə adamın ürəyi ağrıyır"
"Çelsi"dən iddialı mövsüm hazırlığı - "Bizi ram etmək olmaz"
Azərbaycan klublarının yay transferləri - Yenilənir
İki “Qarabağ”lı ÇL-in ən yaxşıları arasında
Mundialın rekordçusu "Mançester Siti" oldu
"Qalatasaray"ın hücumçusuna göz dikdilər
Keyn yenidən "Barselona"nın hədəfində
"Heç kimi komandanın "beyni" adlandırmırıq" - Breno Almeyda
"Nyukasl" onları göndərdi
"Benfika"nın baş məşqçisi ola bilər
Klub onunla anlaşarsa, hər oyuna görə cərimə ödəyəcək
Ronaldonun 6-cı mundial hazırlığından - Video
Reqlament dəyişmədi, püşkün vaxtı dəqiqləşdi
İordaniya DÇ-2026 heyətini açıqladı
"10 nömrə" Bellinqemə həvalə olundu
"Sumqayıt"dan ayrılan futbolçu Qazaxıstan klubunda
“Ayaks”ın yeni baş məşqçisi müəyyənləşdi
Dante "Bavariya"da məşqçi təyin edildi
Domeniko Tedeskonun yeni klubu - Rəsmi
"Araz-Naxçıvan" 10 futbolçu ilə yolları ayırdı
Milli Avstriya toplanışına başladı - Şəkillər
Cavid İmamverdiyevin yeni klubu müəyyənləşdi
Özbəkistan millisi DÇ-2026-ya bu 26 nəfərlik heyətlə gedir
Kurtua yetirməsi olduğu kluba investor kimi qayıtdı
Türkiyə millisinin DÇ-2026 üçün yekun heyəti açıqlandı
Azər Bağırov rəsmən "Şamaxı"da
"Sabah"ın futbolçusu DÇ-2026 heyətinə daxil edilmədi
"Qəbələ" daha iki futbolçu ilə yolları ayırdı
Finalda penaltini vura bilmədi - Forma satışı 350 faiz artdı
DÇ-2026 öncəsi xüsusi əməliyyat - Video
"Real"a yeni ulduzlar gələcək
Azərbaycan millisi Qazaxıstana belə qalib gəldi - Video
Slot istefa qərarı gözləmirmiş
“O üç futbolçunun oyunundan razıyam” - Montella
Ərəblər Konseysaunu istefaya göndərdi
Modriç 5-ci dünya çempionatına gedir!
Özbəkistan millisindən mundial öncəsi ilk yoxlama oyunu
“Çexiya ilə oyun erkən final olacaq” - Elşad Quliyev
Azərbaycan millisi 1/4 finalda - Avropa çempionatı
Yankoviçdən məhsuldar ötürmə, Monteneqrodan qələbə - Video
“Monako” baş məşqçini göndərdi
Yol qəzasına düşdü, 33 yaşında vəfat etdi
Türkiyə millisindən böyükhesablı qələbə - Yenilənib
Dünyanın ən dəyərli klubları bilindi
"Atletiko" onu buraxmaq istəmir
Paraqvay millisinin DÇ-2026 heyətində kimlər var?