Avroliqanın ikinci təsnifat mərhələsində “İnter”in potensial rəqibi olan Yunanıstanın “Asteras Tripolis” klubunun baş məşqçisi Sakis Çiolis Qol.Az saytına ekszlüziv müsahibə verib
- Avropa Liqasının II təsnifat mərhələsində böyük ehtimalla Bakının “İnter” klubu ilə üz-üzə gələcəksiniz. Rəqib haqqında nə dərəcədə məlumatlısınız?
- “İnter”in Estoniyanın “Trans” klubu ilə ilk oyununu izlədim. Fikrimcə, çox yaxşı komandadır. Mən deyərdim ki, onlar qarşısında çətinlik çəkəcəyik.
- Komandamız “Trans”la oyunda sizə necə təsir bağışladı?
- Hiss olunur ki, Avroliqaya çox yaxşı hazırlaşıblar. Qarşımızda çox güclü rəqib var. Müasir futbola yaxşı bələddirlər. “İnter” komanda halında gözəl oyun nümayiş etdirir. Futbolçular bir-birləri ilə vəhdət təşkil edirlər. Çox ağır matç bizi gözləyir.
- Ümumiyyətlə, Azərbaycan futbolu haqqında hansı məlumata maliksiniz?
- Eşitdiyimə görə, çox səviyyəli komandalarınız var. “Bakı” klubu haqda eşitmişəm. Maliyyə baxımından da komandalarınızın büdcəsi qənaətbəxşdir. Bilirəm ki, “İnter” Avroliqada qarşısına yüksək nailiyyətlər qazanmağı məqsəd qoyub.
- “İnter”lə ilk oyununuzun harada keçiriləcəyi hələlik müəyyənləşməyib. Bunun sizin üçün hansısa əhəmiyyəti var?
- Doğrudur ki, ilk oyunun keçiriləcəyi yer hələ bəlli deyil. Amma görünür ki, ilk matç Bakıda olacaq. Bunun bizim üçün önəmi yoxdur. Hər halda bir deyil, iki matç oynanılacaq.
- “İnter” ev oyunlarını süni örtüklü meydançada keçirir. Bu, sizin üçün hər hansı bir problem yarada bilər?
- Sözsüz ki, bu bizə çətinlik yaradacaq. Bu haqda artıq mənə məlumat veriblər. Amma başqa çarəmiz yoxdur. İstənilən vəziyyətdə biz oyuna tam şəkildə hazır olacağıq.
- Sirr deyilsə, “Asteras”ın büdcəsi nə qədərdir?
- Bizim büdcəmiz heç 1 milyon avronu keçmir. Amma eşitmişəm ki, “İnter”in büdcəsi 10 milyona çatır.
- “İnter”ə məğlub olsanız, bunu özünüz üçün faciə kimi qəbul edəcəcəksiniz ya necə?
- Biz əlimizdən gələni edəcəyik ki, bu mərhələdən keçək. Avropa Liqası bizim ölkə və azarkeşlərimiz üçün də böyük önəm daşıyır. Heç kəs məğlubiyyəti sevmir. Hansı yolla olursa olsun, biz bu mərhələdən keçməyi qarşımızda məqsəd qoymuşuq.
- Araz Abdullayevi tanıyırsınızmı? O keçən mövsüm Yunanıstan çempionatında “Panionios” klubunda oynayırdı.
- Araz Abdullayev haqda heç bir məlumatım yoxdur.
- Bakı şəhəri haqda nə bilirsiniz? Ölkəmiz haqda nə dərəcədə məlumatınız var?
- Azərbaycanın zəngin mədəniyyətə malik dövlət olduğunu bilirəm. Bakı isə çox gözəldi deyirlər. Hər halda gəlib görəcəyik (gülür). Orasıda var ki, bizi indi Bakını görməkdən çox növbəti tura qazanmağın yolları maraqlandırır.
Təhminə NAMAZOVA, Afina
Xüsusi olaraq, Qol.Az saytı üçün
"Hakimlərin maaşını düşünəndə adamın ürəyi ağrıyır"
"Çelsi"dən iddialı mövsüm hazırlığı - "Bizi ram etmək olmaz"
Azərbaycan klublarının yay transferləri - Yenilənir
İki “Qarabağ”lı ÇL-in ən yaxşıları arasında
Mundialın rekordçusu "Mançester Siti" oldu
"Qalatasaray"ın hücumçusuna göz dikdilər
Keyn yenidən "Barselona"nın hədəfində
"Heç kimi komandanın "beyni" adlandırmırıq" - Breno Almeyda
"Nyukasl" onları göndərdi
"Benfika"nın baş məşqçisi ola bilər
Klub onunla anlaşarsa, hər oyuna görə cərimə ödəyəcək
Ronaldonun 6-cı mundial hazırlığından - Video
Reqlament dəyişmədi, püşkün vaxtı dəqiqləşdi
İordaniya DÇ-2026 heyətini açıqladı
"10 nömrə" Bellinqemə həvalə olundu
"Sumqayıt"dan ayrılan futbolçu Qazaxıstan klubunda
“Ayaks”ın yeni baş məşqçisi müəyyənləşdi
Dante "Bavariya"da məşqçi təyin edildi
Domeniko Tedeskonun yeni klubu - Rəsmi
"Araz-Naxçıvan" 10 futbolçu ilə yolları ayırdı
Milli Avstriya toplanışına başladı - Şəkillər
Cavid İmamverdiyevin yeni klubu müəyyənləşdi
Özbəkistan millisi DÇ-2026-ya bu 26 nəfərlik heyətlə gedir
Kurtua yetirməsi olduğu kluba investor kimi qayıtdı
Türkiyə millisinin DÇ-2026 üçün yekun heyəti açıqlandı
Azər Bağırov rəsmən "Şamaxı"da
"Sabah"ın futbolçusu DÇ-2026 heyətinə daxil edilmədi
"Qəbələ" daha iki futbolçu ilə yolları ayırdı
Finalda penaltini vura bilmədi - Forma satışı 350 faiz artdı
DÇ-2026 öncəsi xüsusi əməliyyat - Video
"Real"a yeni ulduzlar gələcək
Azərbaycan millisi Qazaxıstana belə qalib gəldi - Video
Slot istefa qərarı gözləmirmiş
“O üç futbolçunun oyunundan razıyam” - Montella
Ərəblər Konseysaunu istefaya göndərdi
Modriç 5-ci dünya çempionatına gedir!
Özbəkistan millisindən mundial öncəsi ilk yoxlama oyunu
“Çexiya ilə oyun erkən final olacaq” - Elşad Quliyev
Azərbaycan millisi 1/4 finalda - Avropa çempionatı
Yankoviçdən məhsuldar ötürmə, Monteneqrodan qələbə - Video
“Monako” baş məşqçini göndərdi
Yol qəzasına düşdü, 33 yaşında vəfat etdi
Türkiyə millisindən böyükhesablı qələbə - Yenilənib
Dünyanın ən dəyərli klubları bilindi
"Atletiko" onu buraxmaq istəmir
Paraqvay millisinin DÇ-2026 heyətində kimlər var?