“Xəzər Lənkəran”ın futbolçusu Ruslan Abışov Qol.Az-a müsahibə verib
- Nəhayət, “Xəzər Lənkəran” tilsimi qırdı və avrokuboklarda ilk qələbəsini qazanmaqla bərabər həm də mərhələ keçdi. Ancaq etiraf edək ki, ilk oyunda müqavimətini qıra bilmədiyiniz rəqibinizi bu dəfə rahat məğlub etməyiniz bir qədər gözlənilməz oldu...
- Biz bu qələbəni qazanmağı çox istəyirdik. Beynimizdə bir fikir var idi: qələbə qazanıb mərhələ keçmək. Çox şadam ki, istədiyimiz nəticəni əldə etdik.
- İlk qol çox vacib idi ki, həmin qola da sən imza atdın. Epizodu bizim üçün qısaca şərh edə bilərsən?
- Adrian Pit cərimə zərbəsindən ötürmə verdi. Mən də düzgün mövqe seçərək, topu qapıdan keçirdim.
- Lənkərandakı matçdan fərqli olaraq, bu dəfə sonuncu müdafiəçi yox, dayaq yarımmüdafiəçisi mövqeyində oynadın. Halbuki daha əvvəllər də bu mövqeydə özünü rahat hiss etmədiyini demisən...
- Sırf taktika ilə bağlı bu mövqeydə oynamalı oldum. Çünki rəqibi mərkəzdə sıxmalıydıq ki, rahat oynamasınlar.
- Növbəti rəqib “Lex”di. Razılaş ki, “Lex” “Nomme Kalyu” deyil.
- Təbii, “Lex” güclü komandadır. Amma keçilməz deyil. Yəqin ki, məşqçilər korpusu rəqibi dərindən analiz edib buna uyğun tapşırıqlarını verəcəklər. Hər halda əlimizdən gələni edəcəyik ki, ikinci mərhələni də keçək.
- Lənkəran azarkeşləri komandanın hücum xəttindən narazılıq edirlər. Səncə, bu mövqeyə yeni oyunçu almağa ehtiyac var?
- Bu mövqeydə oynayan Subaşiç heç də pis təsir bağışlamır. Lənkəranda da qol vurdu, Estoniyada da. Yeni hücumçuya ehtiyac olub-olmaması ilə bağlı məsələ isə komandanın baş məşqçisinin səlahiyyətində olan məsələdir.
- Klubunuzun fəxri prezidenti Mübariz Mənsimov oyudan sonra nə dedi?
- Mübariz müəllimin orada olması bizə böyük ruh verdi. Çünki o, son vaxtlar komandanın səfər oyunlarına getmirdi. Bu dəfə gəldi və qarşılaşmadan əvvəl də bizimlə görüşüb ruh verdi. Ancaq oyundan sonra düzü, görmədik. Deyəsən, işlərinin çoxluğu səbəbindən bir qədər tez getdi.
- Mərhələni keçən ilk komanda siz oldunuz. “İnter” də demək olar ilk mərhələ səddini dəf edib. Növbə “Bakı” və “Neftçi”nindi. Nə düşünürsən, onlar da sizin uğurunuzu təkrarlaya biləcək?
- Tam səmimi deyirəm, “İnter”ə də “Neftçi”yə də, “Bakı”ya ürəkdən azarkeşlik edəcəyəm. İnanıram ki, onlar da növbəti mərhələyə vəsiqə qazanacaqlar.
- Yeri gəlmişkən, necə düşünürsən, vurduğun dünənki qola “Neftçi” azarkeşləri hansı reaksiyanı verər?
- Artıq reaksiya veriblər (gülür). “Neftçi” və onun azarkeşləri ilə heç vaxt problemim olmayıb və ola da bilməz. İnanırsınız, dünən ard-arda 10-12 nəfər “Neftçi” azarkeşi zəng edib məni təbrik edib və bu uğuruma sevindiklərini bildiriblər. Mən də burdan dəstəklərinə görə, onlara öz minnətdarlığımı çatdırıram.
- Bəs, “Xəzər Lənkəran” azarkeşləri haqqında nə düşünürsən?
- Bir kəlmə deyim, “Nomme Kalyu” ilə Lənkərandakı oyunda 15 min azarkeşin bir ağızdan “Ruslan, Ruslan” deyib alqışlaması mənə böyük ruh verdi. Burdan onlara da “sağ ol” deyirəm. Düşünürəm ki, elə dünən vurduğum qolla həm də “Xəzər Lənkəran” azarkeşlərinin dəstəyini cavablandırmış oldum. Bundan sonra da çalışacam ki, oyunum və qollarımla onların inamını, dəstəyini doğruldum.
- Səhv etmiriksə, “Xəzər Lənkəran”la müqaviləndə belə bir bənd var ki, əgər hansısa səviyyəli əcnəbi klub səni istəsə, Lənkəran klubu gedişinə problem yaratmayacaq...
- Bəli, düzdür, müqavilədə elə bir bənd nəzərdə tutulub. İnşallah, yaxşı təklif olarsa və daha güclü çempionatda oynamaq şansı yaranarsa, “XəzərLənkəran” rəhbərliyi gedişimə problem yaratmayacaq.
- Dünənki oyundan sonra verdiyin açıqlamada “bizi istəməyənlər uduzmağımızı arzulayırdılar” ifadəsini işlətmisən. Yetərincə, ciddi ittihamdı. Yəni, elə azərbaycanlı tapıla bilər ki, “Xəzər Lənkəran”ın məğlubiyyətini arzulasın?
- Gəlin, bu haqda danışmayaq.
Anar XANLAROV
"Hakimlərin maaşını düşünəndə adamın ürəyi ağrıyır"
"Çelsi"dən iddialı mövsüm hazırlığı - "Bizi ram etmək olmaz"
Azərbaycan klublarının yay transferləri - Yenilənir
İki “Qarabağ”lı ÇL-in ən yaxşıları arasında
Mundialın rekordçusu "Mançester Siti" oldu
"Qalatasaray"ın hücumçusuna göz dikdilər
Keyn yenidən "Barselona"nın hədəfində
"Heç kimi komandanın "beyni" adlandırmırıq" - Breno Almeyda
"Nyukasl" onları göndərdi
"Benfika"nın baş məşqçisi ola bilər
Klub onunla anlaşarsa, hər oyuna görə cərimə ödəyəcək
Ronaldonun 6-cı mundial hazırlığından - Video
Reqlament dəyişmədi, püşkün vaxtı dəqiqləşdi
İordaniya DÇ-2026 heyətini açıqladı
"10 nömrə" Bellinqemə həvalə olundu
"Sumqayıt"dan ayrılan futbolçu Qazaxıstan klubunda
“Ayaks”ın yeni baş məşqçisi müəyyənləşdi
Dante "Bavariya"da məşqçi təyin edildi
Domeniko Tedeskonun yeni klubu - Rəsmi
"Araz-Naxçıvan" 10 futbolçu ilə yolları ayırdı
Milli Avstriya toplanışına başladı - Şəkillər
Cavid İmamverdiyevin yeni klubu müəyyənləşdi
Özbəkistan millisi DÇ-2026-ya bu 26 nəfərlik heyətlə gedir
Kurtua yetirməsi olduğu kluba investor kimi qayıtdı
Türkiyə millisinin DÇ-2026 üçün yekun heyəti açıqlandı
Azər Bağırov rəsmən "Şamaxı"da
"Sabah"ın futbolçusu DÇ-2026 heyətinə daxil edilmədi
"Qəbələ" daha iki futbolçu ilə yolları ayırdı
Finalda penaltini vura bilmədi - Forma satışı 350 faiz artdı
DÇ-2026 öncəsi xüsusi əməliyyat - Video
"Real"a yeni ulduzlar gələcək
Azərbaycan millisi Qazaxıstana belə qalib gəldi - Video
Slot istefa qərarı gözləmirmiş
“O üç futbolçunun oyunundan razıyam” - Montella
Ərəblər Konseysaunu istefaya göndərdi
Modriç 5-ci dünya çempionatına gedir!
Özbəkistan millisindən mundial öncəsi ilk yoxlama oyunu
“Çexiya ilə oyun erkən final olacaq” - Elşad Quliyev
Azərbaycan millisi 1/4 finalda - Avropa çempionatı
Yankoviçdən məhsuldar ötürmə, Monteneqrodan qələbə - Video
“Monako” baş məşqçini göndərdi
Yol qəzasına düşdü, 33 yaşında vəfat etdi
Türkiyə millisindən böyükhesablı qələbə - Yenilənib
Dünyanın ən dəyərli klubları bilindi
"Atletiko" onu buraxmaq istəmir
Paraqvay millisinin DÇ-2026 heyətində kimlər var?