“Xəzər Lənkəran “klubunun icraçı direktoru Höccət Hacıyevin Qol.Az saytına müsahibəsi
- Estoniyanın “Nomme Kalyu” komandasıyla Avropa Liqasındakı səfərdəki qarşılaşmanı stadiondan izləyirdiniz. Komandanızın çıxışı barədə nə deyə bilərsiniz? Ümumiyyətlə, futbolçularınızdan razı qaldınızmı?
- Mən Lənkərandakı ilk qarşılaşmadan sonra da demişdim ki, komandamızdan səfərdə qələbə gözləyirəm. Bu inam təkcə məndə deyil, komandanın bütün üzvlərində var idi. Dünən “Xəzər Lənkəran” əsl döyüşkənlik nümayiş etdirdi. Təəssüf ki, belə bir matçı Azərbaycan futbolsevərləri televiziya vasitəsilə canlı izləyə bilmədi.
- Bir çoxları “Xəzər Lənkəran”ın ilk qarşılaşmada qeydə alınan 2:2 hesablı nəticədən sonra mərhələ keçə bilməyəcəyini düşünürdü...
-İlk qarşılaşmada komandamızın necə çıxış etdiyi göz qabağında idi. Sadəcə, hakimin qərəzli idarəçiliyinin qurbanı olduq. Bir az da bəxtimiz gətirmədi. Elə dirəklərdən dönən toplar buna sübut idi. Mən demişdim ki, “Xəzər Lənkəran” səfərdə də ilk oyundakı kimi çıxış etsə, mərhələni adlayacaq. Çünki komanda özünə inanırdı, futbolçuların ruh yüksəkliyi həddindən artıq yüksək idi. Ürəyimdə 2:0 hesabıyla qalib gələcəyimizi düşünürdüm. Elə belə də oldu.
- Klubunuzun rəhbərliyi Ruslan Abışovu böyük məbləğdə pul qarşılığında “Xəzər Lənkəran”a gətirdiyi üçün tənqid olunurdu. Buna cavab olaraq nə deyə bilərsiniz?
- Hər iki oyunda yeni transfer etdiyimiz futbolçular – Abışov və Skarlatake komandasının vacib qollarına imza atdılar. Bu futbolçuların çıxışı həm rəhbərliyi, həm də baş məşqçini qane etdi. Bu isə o deməkdir ki, klubun transfer siyasəti düzgün istiqamətdədir. Biz ağıllı transfer siyasətimizi davam etdirməyə çalışacağıq.
- Artıq ilk mərhələni keçə bildiniz. Bundan sonra transferlərlə bağlı işinizin daha sürətli olacağını gözləmək olarmı? Ümumiyyətlə, neçə futbolçu almağı planlaşdırmısınız?
- Hardasa 4-5 futbolçunun transferi nəzərdə tutulub. Sadəcə, çalışacağıq ki, onların səviyyəsi çox yüksək olsun. Xüsusən də, komandanın bu gün səviyyəli hücumçu və yarımmüdafiəçiyə ehtiyacı var.
- Baş məşqçi Yunis Hüseynovun gördüyü işlərdən klub rəhbərliyi razıdırmı?
- Yunis müəllim buna qədər də, “Karvan”da işləyəndə avrokuboklarda bir mərhələ keçmişdi. Bu isə onun ikinci uğuru oldu. Yunis müəllimin mərhələ adlaması onu göstərdi ki, Azərbaycanda səviyyəli məşqçilər var. Ancaq onların işləyib uğur qazanması üçün şərait yaratmaq lazımdır. Sualınıza gəlincə, biz onun fəaliyyətindən razıyıq.
- Növbəti rəqibinizin böyük ehtimalla Polşanın “Lex” komanda olacaq. Rəqib komanda barəsində nə düşünürsünüz?
- “Lex” özünü Avropada sübut edən klub olmaqla yanaşı, köklü bir komandadır. Onların avrokuboklarda güclü komandalara necə başağrısı olduğunun şahidini olmuşuq. Lakin futbolun bir gözəl tərəfi də var ki, keçilməyən rəqib yoxdur. İstənilən rəqibə qarşı oynamaq olar. Bunun üçün gərək komanda çox istəkli olsun. “Nomme Kalyu” üzərindəki inamlı qələbə futbolçularımızda ruh yüksəkliyini, özünəinamı daha da artırdı. Düşünürəm ki, bu amil “Lex”lə oyunda bizə çox kömək olacaq. İnşallah, ikinci mərhələni də keçərik. Mən şansları 50-50-yə dəyərləndirirəm. “Lex” nə qədər köklü bir klub olsa da, “Xəzər Lənkəran” bir o qədər mərhələ adlamaqda istəklidir.
Əli HƏYATİ
"Hakimlərin maaşını düşünəndə adamın ürəyi ağrıyır"
"Çelsi"dən iddialı mövsüm hazırlığı - "Bizi ram etmək olmaz"
Azərbaycan klublarının yay transferləri - Yenilənir
İki “Qarabağ”lı ÇL-in ən yaxşıları arasında
Mundialın rekordçusu "Mançester Siti" oldu
"Qalatasaray"ın hücumçusuna göz dikdilər
Keyn yenidən "Barselona"nın hədəfində
"Heç kimi komandanın "beyni" adlandırmırıq" - Breno Almeyda
"Nyukasl" onları göndərdi
"Benfika"nın baş məşqçisi ola bilər
Klub onunla anlaşarsa, hər oyuna görə cərimə ödəyəcək
Ronaldonun 6-cı mundial hazırlığından - Video
Reqlament dəyişmədi, püşkün vaxtı dəqiqləşdi
İordaniya DÇ-2026 heyətini açıqladı
"10 nömrə" Bellinqemə həvalə olundu
"Sumqayıt"dan ayrılan futbolçu Qazaxıstan klubunda
“Ayaks”ın yeni baş məşqçisi müəyyənləşdi
Dante "Bavariya"da məşqçi təyin edildi
Domeniko Tedeskonun yeni klubu - Rəsmi
"Araz-Naxçıvan" 10 futbolçu ilə yolları ayırdı
Milli Avstriya toplanışına başladı - Şəkillər
Cavid İmamverdiyevin yeni klubu müəyyənləşdi
Özbəkistan millisi DÇ-2026-ya bu 26 nəfərlik heyətlə gedir
Kurtua yetirməsi olduğu kluba investor kimi qayıtdı
Türkiyə millisinin DÇ-2026 üçün yekun heyəti açıqlandı
Azər Bağırov rəsmən "Şamaxı"da
"Sabah"ın futbolçusu DÇ-2026 heyətinə daxil edilmədi
"Qəbələ" daha iki futbolçu ilə yolları ayırdı
Finalda penaltini vura bilmədi - Forma satışı 350 faiz artdı
DÇ-2026 öncəsi xüsusi əməliyyat - Video
"Real"a yeni ulduzlar gələcək
Azərbaycan millisi Qazaxıstana belə qalib gəldi - Video
Slot istefa qərarı gözləmirmiş
“O üç futbolçunun oyunundan razıyam” - Montella
Ərəblər Konseysaunu istefaya göndərdi
Modriç 5-ci dünya çempionatına gedir!
Özbəkistan millisindən mundial öncəsi ilk yoxlama oyunu
“Çexiya ilə oyun erkən final olacaq” - Elşad Quliyev
Azərbaycan millisi 1/4 finalda - Avropa çempionatı
Yankoviçdən məhsuldar ötürmə, Monteneqrodan qələbə - Video
“Monako” baş məşqçini göndərdi
Yol qəzasına düşdü, 33 yaşında vəfat etdi
Türkiyə millisindən böyükhesablı qələbə - Yenilənib
Dünyanın ən dəyərli klubları bilindi
"Atletiko" onu buraxmaq istəmir
Paraqvay millisinin DÇ-2026 heyətində kimlər var?