Xəbər verdiyimiz kimi, Avstriyada hazırlıq prosesində olan “Neftçi” bu gün hazırlıq prosesi çərçivəsində son oyununu keçirib. Zaqreb “Dinamo”suyla matçda görüş “Neftçi”nin 1:0 hesablı qələbəsilə başa çatıb. Güclü yağış səbəbindən 68-ci dəqiqədə yarımçıq dayandırılan bu oyunda “Neftçi”ni meydana baş məşqçinin köməkçisi Tərlan Əhmədov çıxarıb. B.Hacıyev xəstələndiyi üçün oyuna gəlməyib.
“Dinamo”yla oyundan sonra T.Əhmədov Qol.Az saytının suallarını cavablandırıb
- Oyunla bağlı fikirləriniz necədir?
- Doğrudan da, gözəl, maraqlı oyun alındı. Hər iki komanda yaxşı kombinasiyalar qururdu. Heyf ki, möhkəm yağan yağışa görə oyun yarımçıq dayandırıldı. Futbolçularımızın əzmkarlığını qeyd etmək istərdim. Xətlərarası əlaqələr yerində idi. Keçən oyunla müqayisədə bu gün səhvlər çox nəzərə çarpmadı.
- Artıq yoxlama oyunlarını başa vurdunuz. Növbəti görüşünüz isə Çempionlar Liqasında «Zestafoni»yə qarşı olacaq. Komandanızın həmin oyuna tam hazır sayırsınız?
- Tam olmasa da, 70-80 faiz hazırıq. O vaxta qədər isə taktiki gedişlərlə bağlı müəyyən tapşırıqlarımız olacaq. Düşünürəm ki, oyuna qədər komandanı yüz faiz hazır vəziyyətə gətirəcəyik.
- «Neftçi»nin bugünkü oyununda kimi fərqləndirmək istərdiniz? «Dinamo»nun baş məşqçisi Cavid İmamverdiyevlə Julius Vobayın adını xususi çəkib.
- Mən fərdi olaraq kiminsə adını çəkmək istəməzdim. Ümumən onu təkrar edə bilərəm ki, futbolçularımız çox qəşəng oyun göstərib, verilən tapşırıqları yerinə yetirdilər. Hər şey öz qaydasındaydı. Vobayla Cavid, eləcə də Rəşad Sadiqov texnikası yüksək olan oyunçulardır.
- Bu yoxlama görüşlərindən sonra komandanızın «Zestafoni»ylə oyunda şanslarını necə görürsünüz?
- Bütün bunları oyunda görəcəyik. Bu matçın əhəmiyyəti, məsuliyyəti böyükdür. İndidən desəm ki, mərhələni adlayacağıq, doğru olmazdı. Rəqib güclü komandadır. Təsadüfi deyil ki, iki il ardıcıl Avropa Liqasının pley-off mərhələsində oynayıb. Unutmamalıyıq ki, Çempionlar Liqasında zəif komanda yoxdur. Lakin əlbəttə, bizim məqsədimiz mərhələni adlamaqdır.
- Artıq hazırlıq prosesini yekunlaşdırdınız. «Neftçi» Bakıya nə vaxt qayıdır?
- İnşallah, sabah axşam komanda Bakıda olacaq.
"Hakimlərin maaşını düşünəndə adamın ürəyi ağrıyır"
"Çelsi"dən iddialı mövsüm hazırlığı - "Bizi ram etmək olmaz"
Azərbaycan klublarının yay transferləri - Yenilənir
İki “Qarabağ”lı ÇL-in ən yaxşıları arasında
Mundialın rekordçusu "Mançester Siti" oldu
"Qalatasaray"ın hücumçusuna göz dikdilər
Keyn yenidən "Barselona"nın hədəfində
"Heç kimi komandanın "beyni" adlandırmırıq" - Breno Almeyda
"Nyukasl" onları göndərdi
"Benfika"nın baş məşqçisi ola bilər
Klub onunla anlaşarsa, hər oyuna görə cərimə ödəyəcək
Ronaldonun 6-cı mundial hazırlığından - Video
Reqlament dəyişmədi, püşkün vaxtı dəqiqləşdi
İordaniya DÇ-2026 heyətini açıqladı
"10 nömrə" Bellinqemə həvalə olundu
"Sumqayıt"dan ayrılan futbolçu Qazaxıstan klubunda
“Ayaks”ın yeni baş məşqçisi müəyyənləşdi
Dante "Bavariya"da məşqçi təyin edildi
Domeniko Tedeskonun yeni klubu - Rəsmi
"Araz-Naxçıvan" 10 futbolçu ilə yolları ayırdı
Milli Avstriya toplanışına başladı - Şəkillər
Cavid İmamverdiyevin yeni klubu müəyyənləşdi
Özbəkistan millisi DÇ-2026-ya bu 26 nəfərlik heyətlə gedir
Kurtua yetirməsi olduğu kluba investor kimi qayıtdı
Türkiyə millisinin DÇ-2026 üçün yekun heyəti açıqlandı
Azər Bağırov rəsmən "Şamaxı"da
"Sabah"ın futbolçusu DÇ-2026 heyətinə daxil edilmədi
"Qəbələ" daha iki futbolçu ilə yolları ayırdı
Finalda penaltini vura bilmədi - Forma satışı 350 faiz artdı
DÇ-2026 öncəsi xüsusi əməliyyat - Video
"Real"a yeni ulduzlar gələcək
Azərbaycan millisi Qazaxıstana belə qalib gəldi - Video