Rza Cəfərov icarə əsasında oynadığı “Qəbələ”dən ayrılıb.
QOL.az xəbər verir ki, müqavilə ilə “Neftçi”yə məxsus olan futbolçu bu barədə özünün sosial şəbəkə hesabındakı paylaşımında məlumat verib.
Futbolçu yazıb: “Bəzən qısa müddətdə yaşananlar uzun illər yadda qalır…
“Qəbələ”də keçirdiyim bu 6 ay mənim üçün həm futbol, həm də şəxsi inkişaf baxımından çox dəyərli oldu. Qış transfer dönəmində böyük motivasiya ilə qoşulduğum bu komandada hər gün daha yaxşı olmaq və komandama fayda vermək üçün çalışdım. Mövsüm ərzində keçirdiyim 9 oyunda bu formanı layiqincə təmsil etməyə çalışdım.
Komanda olaraq çətin və məsuliyyətli bir dönəmdən keçdik. Məqsədimiz uğrunda sona qədər mübarizə apardıq və meydanda olduğum hər dəqiqədə əlimdən gələnin ən yaxşısını verməyə çalışdım. Futbol mənə bir daha göstərdi ki, ən vacib şey xarakter, birlik və sona qədər inanmaqdır.
Bu müddətdə mənə güvənən rəhbərliyə, məşqçilər heyətinə, birlikdə meydanı paylaşdığım komanda yoldaşlarıma və bizi hər zaman dəstəkləyən azarkeşlərə təşəkkür edirəm. Burada qazandığım dostluqları, təcrübələri və xatirələri hər zaman xoş şəkildə xatırlayacağam”.
Xatırladaq ki, R.Cəfərov 2026-cı ilin əvvəlində icarə əsasında "Qəbələ"yə transfer olunmuşdu.
"Sabah" TNS-ə qarşı
"Ev sahibidirlər, arxayınlaşa bilmərik" - Valdas Dambrauskas
Mundialın ən çox səyahət edən komandası bəlli oldu
Ronaldonun klubu futbolçuların maaşını ödəyə bilmir
"Neftçi" Xorvatiya klubuna uduzdu
"Şamaxı" portuqaliyalı futbolçu transfer etdi
"Bizə daha çox yeni oyunçu lazımdır"
“İnter”ə bu transferi həyata keçirməyə icazə verilmədi
Argentina FİFA-ya xüsusi müraciət ünvanladı
"Turan Tovuz"un rəqibi bilindi
“Qalatasaray”ın yeni transferi İstanbula yollandı - Video
"Sabah"la matç bu dəfə fərqli olacaq" - TNS-in baş məşqçisi
“Kəpəz"dən bu yayın ilk transferi
Fransa - İspaniya matçından əvvəl bir dəqiqəlik sükut olacaq
"Onları necə məğlub edəcəyimizi bilirik"
"Mançester Yunayted" "Çelsi"nin futbolçusunu transfer etdi
Messi DÇ-də 40 ilin rekordunu təkrarladı
“Qəbələ”də oynayırdı, Kipr klubuna keçdi
Dibala “Roma” ilə müqaviləni yenilədi