“MKT-Araz”ın ukraynalı sabiq futbolçusu Dmitri Parxomenko Qol.Az-a müsahibə verib
- Dmitri, hazırda futbolçu karyeranı davam etdirirsən?
- Bəli, Ukrayna I Divizionunda yarışan "Odessa" komandasının heyətində çıxış edirəm. Son mövsümü pis keçirdik və yalnız sonanda I Divizionda qala bildik.
- “MKT-Araz”dan ayrıldıqdan sonra karyeranda ciddi bir dəyişiklik baş verib?
- Demək olar ki, 1 il vaxtımı boşa keçirdim. 2007-ci ildə “Dnestr”ə keçdim. Yeri gəlmişkən, həmin komandanın baş məşqçisi mənim böyük qardaşım idi. Bundan sonra oyunumda irəliləyiş oldu, daha çox oyun praktikası qazanmağa başladım. 2008-ci ildən isə "Odessa"dayam.
- Səhv etmiriksə, “Dnestr”dən əvvəl Ermənistanda oynamısan, 2008-ci ildə "Banans"da forma geyinmisən. Azərbaycan çempionatı ilə Ermənistan çempionatı arasında hansı müqayisəni aparmaq olar?
- Siz nə danışırsınız? Ümumiyyətlə, müqayisə aparmaq olmaz. Ermənistanda meydançalar elə gündədir ki, orada ancaq kartof əkmək olar. Bir sözlə, meydança yox, bostana bənzəyirdi. Qaça-qaça kartof, soğan yığırdıq (gülür). Oyun öncəsi məşqə gələndə qazonu görüb dəhşətə gəlirdik. Necə ola bilərdi ki, yüksək liqada oynayan komanda belə meydançada məşq edir.
- Azərbaycanla bu dəqiqə əlaqələrin var?
- Orada dostlarım var arada əlaqə saxlayırıq. Amma ayrıldıqdan sonra siz tərəflərə yolum düşməyib.
- Azərbaycan xatirində necə qalıb?
- Xatirələrim müsbətdi. O vaxt bizim gözəl, mehriban komandamız var idi. Düzdür, çempion ola bilmədik, amma, iddialılarla başa-baş oynamağı bacarırdıq. Hətta bir dəfə kuboku qazanmağa da yaxın idik. Lakin təəssüf ki, son dəqiqələrdə qol buraxıb məğlub olduq (2007-ci il "Xəzər Lənkəran"la final oyunu (0:1) nəzərdə tutulur - red.).
- Amma avrokuboklarda iştirak eləmişdiniz...
- Düzdür, 2 dəfə avrokuboklarda oynamışdıq. Bir dəfə İntertoto kubokunda, bir dəfə isə UEFA kubokunda. Ancaq təəssüf ki, orada uğurlu çıxış edə bilmədik.
- “MKT-Araz” legionerlərin bolluğu ilə seçilirdi və buna görə tənqid də olunurdu...
- Niyə ki, bizdə azərbaycanlı futbolçular da oynayırdı. O ki qaldı legionerlərin çoxluğuna, həmin dövrdə digər komandalarda da kifayət qədər legionerlər oynayırdı.
- “MKT-Araz”ın sonrakı taleyindən xəbərin oldu?
- 2007-ci ildə çempionatın startına 1 həftə qalmış bizə dedilər ki, komanda artıq dağılır. Rəhbərlik komandanı saxlamaq niyyətində deyil. Bunun ardından mən də Ukraynaya qayıtmalı oldum.
- Azərbaycanda ən çox yaddaşında qalan nə oldu?
- Azərbaycanda yaxşı günlərim keçdi. Azərbaycanlılar qonaqpərvər, istiqanlı xalqdı. Düzdür, bəzən olurdu ki, mağazada ya taksidə gəlmə olduğumuzu görüb bizdən daha çox pul alırdılar.
- Sabiq baş məşqçiniz İqor Nakoneçni ilə əlaqəniz var?
- O, bir ara Moldovada işlədi sonra Ukraynaya qayıtdı. Hazırda Ukraynada I Divizionda çalışır, imkan daxilində əlaqə saxlayırıq.
- Azərbaycan futbolunu izləyirsən?
- İnternetdən imkan daxilində izləməyə çalışıram.
Anar XANLAROV
Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bilindi
"PSJ-yə uyğunlaşmaq çox çətindir"
Yamal zirvədə, Arda Güler 2-ci yerdə
Mourinyonun "qara" siyahısına düşdülər
UEFA klubların yeni reytinqini açıqladı
Bölgə klubunda yeni təyinat
DÇ-2026: Türkiyə millisinin oyun təqvimi
İran yığması DÇ-2026 üçün viza aldı
La Liqanın ən yaxşı baş məşqçisi bəlli oldu
"Bayer" Arbeloanın təklifini geri çevirdi
Ştegenə "Ayaks"dan maraq var
Klub 9 aydan sonra onu göndərdi
Vlahoviç "Yuventus"dan gedir
AFFA-dan "Turan Tovuz"la bağlı növbəti açıqlama
UFC turniri Ağ Evdə!
DÇ-2026-da oynaya bilməyəcək
"Mançester Yunayted"dən "Napoli"yə - Rəsmi
Aleksandr Səmədov klubdan ayrılır
"Nyukasl" Fabian Şerlə müqaviləni uzatdı
Türkiyə millisi ABŞ-a çatdı, alqışlarla qarşılandı - Video
Azərbaycanın U-20 millisinin növbəti rəqibi müəyyənləşdi
"Qarabağ"ın sabiq futbolçusu 41 yaşında vəfat etdi
Milli komandalarda ən çox qol vuran 5-ci futbolçu oldu
"Real"dan seçki qalmaqalına cavab
Makron milli komandanın düşərgəsində - Şəkil
Azərbaycan – Macarıstan matçının hakimləri bilindi
"Turan Tovuz" İdman Arbitraj Məhkəməsinə müraciət edəcək
UEFA "Turan Tovuz"u avrokuboklardan kənarlaşdırdı - Rəsmi
"Real"dan yayın ilk transferi
“Qəbələ”dən ayrıldı, bu paylaşımı etdi
Ebola virisuna görə DÇ-2026 iştirakçısının oyunu ləğv edildi
“Barselona”nı Sequndada görmək istəyirəm”
Azərbaycan millisi yarımfinalda - Avropa çempionatı
"Ayaks" baş məşqçi təyinatını açıqladı
"Hakimlərin maaşını düşünəndə adamın ürəyi ağrıyır"
"Çelsi"dən iddialı mövsüm hazırlığı - "Bizi ram etmək olmaz"