Bir vaxtlar mövcud olmuş Sumqayıtın “Gənclərbirliyi” klubunun baş məşqçisi işləmiş fransalı mütıxəssis Adel Amruş Qol.Az-a müsahibə verib.
- Cənab Amruş, hazırda hardasınız, nə işlə məşğulsunuz?
- Hazırda Belçikadayam, dincəlirəm.
- Səhv etmiriksə, elə orada da yaşayırsınız...
- Elədir. Amma, belə götürəndə mən 4 ölkənin vətəndaşıyam (gülür)
- Azərbaycan yaddaşınızda necə qalıb?
- Ölkə kimi gözəl. İnsanlarınız qonaqpərvərdi, Azərbaycan özü də gözəl, səfalı ölkədir. O ki qaldı futbola... Ümumiyyətlə, bu haqda danışmasaq, yaxşıdır.
- Niyə? Xatirələriniz bu qədər pisdir?
- Mən Azərbaycana gələndə başımda bir dənə ağ tük yox idi. Mənim saçım Azərbaycanda ağardı. İndi vəziyyət necədir, bilmirəm. Amma, o vaxt hər şey bərpad idi. Meydançalar, hakimlik, futbolçuların peşəkarlığı. Təsəvvür edin, oyuna bir gün qalmış futbolçuların hərəsi bir yerini tuturdu ki, mənim zədəm var. Halbuki heç nələri yox idi, sadəcə, oynamamaq üçün bəhanə axtarırdılar.
- Siz Afrikada CAR klubu ilə Çempionlar Kubokunu qazanmış məşqçiydiniz. Necə oldu ki, Azərbaycana, “Gənclərbirliyi” kimi autsayder komandaya gəldiniz?
- Tanınmış türkiyəli menecer Adnan Dəmirin vasitəsilə Azərbaycana gəldim. Mənə dedilər ki, “Gənclərbirliyi” yeni yaranıb, bazası, stadionu var, gələcəyin komandası qurulur və gəlim kömək edim. Gəldim, hər şeyin əksini gördüm. Düzdür, baza, infrastruktur olsa da, yaxşı vəziyyətdə deyildi. Yardımçı meydançanın ot örtüyü çox bərbad idi. Futbolçular da dediyim kimi, peşəkar deyildilər. Bir sözlə, o şəraitlə, o futbolçularla yüksək nəticə qazanmaq mümkün deyildi. Həmin dövrdə əsas hədəfimiz elitada qalmaq idi ki, bunu da bacardıq.
- Heç o vaxtdan bəri Azərbaycana gəlmisiniz?
- “Gənclərbirliyi”ndə inzibatçı işləyirdi, gedəndə söz vermişdim ki, onun toyunda mütləq iştirak edəcəyəm. Məhz bir neçə il bundan qabaq həmin oğlanın toyunda iştirak etmək üçün Azərbaycana gəlmişdim. Gəldim, həm də dostlarımla görüşdüm.
- Azərbaycan futbolunu izləyirsiniz?
- İnternet vasitəsilə xəbər tutmağa çalışıram.
- Azərbaycandan getməmişdən öncə “Neftçi”- “Xəzər Lənkəran” arasındakı “qızıl oyun”la bağlı proqnoz vermişdiniz və “Neftçi”nin qələbə qazanacağını demişdiniz. Proqnozunuz özünü doğrultmuşdu.
- Doğrudan da, həmin mövsüm “Neftçi” super futbol oynayırdı. Ona görə çempionluğu məhz onların qazanacağına əmin idim.
Anar XANLAROV
Azərbaycan təmsilçilərinin ilk rəqibləri məlum oldu
Toral Bayramov oynadı, komandası “Şaxtyor”la heç-heçə etdi
Dzeko qalır
Messi komanda yoldaşlarına xüsusi hədiyyə verib
"Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
"Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
"Real" onunla razılaşdı
"Napoli" yetirməsi ilə yeni müqavilə bağladı
“Sabah” Finlandiyadadır
Türkiyə millisi Millətlər Liqasının qalibi oldu
"Qəbələ"dən ayrılan futbolçu Cənubi Koreya klubunda
Pirlo ilə bağlı araşdırma tələb olundu
PSJ-nin ulduzu yeni müqavilədən imtina etdi
Ərəblər onun üçün 132 milyon avro ödəməyə hazırdır
De Brüyne bu yay “Napoli”ni tərk edə bilər
Osimhen "Qalatasaray" rəhbərliyini sərt tənqid etdi
“Sabah”a KuPS-dan mesaj - Hələ hər şey bitməyib
Ferran Torresin hansı şərtlə satılacağı açıqlandı
Nəriman ehtiyatda qaldı
Messi “MLS ulduzlar matçı”nın heyətindən çıxarıldı
"Bayer"dən yeni transfer
"Bəzi yeni oyunçuların yolunu gözləyirik" - Kaxaber Sxadadze
"KuPS" "Sabah"la oyundan əvvəl qələbə qazandı
Mourinyo Vinisiusun gedişinə qarşı çıxdı
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
"Kəpəz"də zambiyalı futbolçu - Rəsmi
"Qəbələ" "Şəfa" ilə heç-heçə etdi
Azərbaycan klubu kamerunlu yarımmüdafiəçi aldı
"Əl-Hilal"dan 64 milyon avroluq transfer
Lukaş Fabianski karyerasını başa vurdu
Kamilo Duran "Milan"a da qol vurdu
Tanınmış hücumçu bu kluba keçdi
"Real"ın 100 milyonluq təklifi rədd edildi
Rəqibi təpiklədi, 5 illik cəza aldı
"Mançester Siti" Xusanovla müqaviləni uzatdı
Rodri "Real"la razılaşdı
"Everton" Qeyeni yola saldı
PSJ-dən "Atletiko"ya