Bu müsahibə "Unibank"ın sponsorluğuyla hazırlanıb
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Qol.Az-a müsahibəsində "Avro-2012" ilə bağlı fikirlərini bölüşüb.
- Artıq ikinci turun oyunları start götürüb. Bu çempionat əvvəlki çempionatlardan nə ilə fərqlənir, yeni nəsə görə bilmisiniz?
- "Avro-2012" özündən əvvəlki turnirlərdən seçilir. Ümumiyyətlə, müasir futbolda sürət günü-gündən artır. Odur ki, yeniliklər də ortaya çıxır. Məsələn, İspaniya - İtaliya görüşünü izlədim və orada müxtəlif taktiki gedişlərin şahidi oldum. İtaliya üç mərkəz müdafiəçisi ilə oynadı. Müdafiə olunarkən cinahlar da dəstək verməyə gəlincə, avtomatik beş müdafiəçiyə çevrilirdi. Bu, mənim üçün yenilik idi və çox maraqlı gəldi. Komandaların turnirə hazırlığı da yüksək səviyyədədir. Hiss olunur ki, heç kim uduzmaqla barışmır və çalışır ki, daha yüksək yerlər tutsun.
- Nisbətən İrlandiyanı fərqləndirmək olar? Çünki onlar ilk turda xorvatlara müqavimət göstərə bilməməklə sanki, digər komandalarla müqayisədə bir qədər zəif göründülər...
- İrlandiya millisində bir qədər təcrübə çatmır.
- Favoritiniz kimdir?
- İspaniyaya azarkeşlik edirəm. Amma favoritim Almaniya və Fransadır. Hətta Almaniyanın şansını daha yüksək qiymətləndirirəm.
- Niyə məhz Almaniya, hansı xüsusiyyətinə görə?
- Çünki son bir neçə ili götürsək, bu komandanın sabit oynadığını görərik. Hər dəfə ya final oynayırlar, ya da minimum yarımfinala kimi gəlirlər. Bu faktın özü onların bir komanda kimi stabilliyindən xəbər verir.
- Keçmiş potsovet ölkələrinin - Rusiya ilə Ukraynanın oyununu necə dəyərləndirərdiniz?
- Rusiya ilə Ukraynanın oyun tərzi oxşardı. Sadəcə, ruslar daha riskli oynayır. Məsələn, hesabda öndə olanda da hücum edirlər. Düzdür, azarkeşlər üçün bu, çox gözəldi, baxımlı oyun görürlər. Ancaq rusların özləri üçün risklidir. Məsələn, Polşa ilə oyunda hesabda öndə olsalar da, hücum etməkdə davam etdilər və nəticədə qol buraxdılar. Ukrayna isə doğma meydança amilindən yararlanır. İsveçə qarşı həqiqətən, çox istəkli oynadılar. Hətta ilk hissədən sonra mən Ukrayna futbolçularının göstəricilərinə baxdım, aralarında 7 km qaçan da var idi. Görün, nə qədər işləyiblər.
- Andrey Şevçenkonun oyununu necə dəyərləndirərdiniz? Çoxları 35 yaşlı futbolçunu siyahıdan silmişdi...
- Əgər Şevçenko bu cür vacib oyunda iki qol vuraraq, komandasına qələbə qazandırırsa, mən onun nəyini dəyərləndirim? Düzdür, sona yaxın baş məşqçi onu əvəzlədi ki, bu da təbiidir, çünki 35 yaş az deyil. Amma, bu futbolçu bir daha sübut etdi ki, bu yaşında belə o, Ukrayna millisi üçün böyük fiqurdu. Mən çox istərdim ki, bizim gənc futbolçular Şevçenkodan örnək götürsünlər.
- Bu gün keçiriləcək İtaliya - Xorvatiya və İspaniya - İrlandiya oyunlarına hansı proqnozu verərdiniz?
- Proqnoz verməyi xoşlamıram. Deyə bilərəm ki, Xorvatiya yaxşı komandadır, aqressiv oynayır. Amma İtaliyanın oyunu da xoşuma gəlir. Xüsusilə, bir daha deyirəm, 5 müdafiəçi ilə oynamaları yenilik oldu. İspaniya-İrlandiya oyununa gəlincə, kağız üzərində İspaniya favoritdi. Amma irlandlar da sürprizə imza ata bilər.
Anar XANLAROV
Dünyanın ən yaxşı "tək klublu" futbolçuları kimlərdir?
“Barselona” bir matça görə 10 milyon qazana bilər
Klub futbolçusuna görə yığmanı FİFA-ya şikayət etdi
Çempionşip klubunun apellyasiya şikayəti rədd edildi
"Yuventus" "Liverpul"un qapıçısına göz dikdi
“Cəbrayıl”ın 3 qollu qələbəsindən - Video
AVRO-2032 Türkiyədə keçirilə bilər
Millinin baş məşqçisi istefa verdi
Noyer pley-off tarixinə düşdü
"Arsenal" bu göstəricidə Avropada liderdir
“Ayaks” Avstriya klubu ilə əməkdaşlıq edəcək
Daha az maaşla klubunda qaldı
"Millini çalışdırmaq istəsə, onu dəstəkləyərdim"
“Bakı Sportinq” və “Cəbrayıl” tura qələbə ilə başladı
14 illik həsrət bitdi
Azərbaycan millisinin İspaniyadakı ilk məşqindən - Şəkillər
Matçın ən yaxşısı seçilən 40 yaşlı Noyerdən açıqlama
Daha 4 il üçün federasiya prezidenti seçildi
Növbəti mövsüm ÇL-də İngiltərənin 5 klubu iştirak edəcək
"Barselona" bu hücumçunu satacaq
"Marsel"in baş məşqçisinin evi qarət olundu
"Qarabağ"da iclas keçirildi - Şəkillər
Çempionlar Liqasında rekord qırdı
Avrokubokların oyunlarını yayımlayacaq kanallar
Son 4 mövsümün ən böyük hesabı
Azərbaycan çempionatlarının 21-ci əsrdəki rekordu yeniləndi
Azərbaycandakı amerikalıların 10-cu het-triki
Bəxtiyar Həsənalızadə: “Qələbədən başqa yolumuz yoxdur”
Arbeloa: "Münhendə "Real" qalib gələcək"
65 il sonra qayıtdılar
"Bavariya"nın Madrid zəfəri - Video
"Quba" "Şəki Siti" ilə üz-üzə
"Bavariya" "Real"a, "Arsenal" "Sportinq"ə qalib gəldi
6 qol və "Sabah"ın qələbəsi - Video
“Liverpul” "təmizləmə" işləri aparacaq
Mirça Luçesku vəfat etdi
Bu dəfə planşeti Ayxan Abbasov qırdı - Video
"Əgər qərar verirsənsə, VAR-a baxmalısan"
Azərbaycan millisindən ardıcıl ikinci qələbə
Misli Premyer Liqasında 26-cı tur yekunlaşdı
“Beşiktaş”ın futbolçusu sıradan çıxdı
Luçesku əməliyyat oluna bilməyəcək
Qırmızı vərəqə, "Zirə"nin qaçırdığı penalti - Video
"4-5 top fərqi ilə udacağımız oyunda heç-heçə etdik"
"Turan Tovuz"un xal itkisi - Video