Hakimlikdən kənarlaşdırıldığı deyilən Rövşən Əhmədov Qol.Az-a müsahibə verib
- Deyilənə görə, artıq Premyer Liqanın oyunlarına təyinat almayacaqsınız. Necə deyərlər, adınız “qara siyahı”ya düşüb...
- Öncə ondan başlayım ki, UEFA-nın tələblərinə görə, yaş limitim başa çatıb. UEFA-da hakimlər üçün yaş həddi 45-di və mənim də 45 yaşım tamam olub. Ancaq Azərbaycan çempionatının əsasnaməsinə görə, baş hakim üçün yaş həddi 47-dir. Bu isə o deməkdir ki, hələ Azərbaycan çempionatında hakimlik edə bilərəm. Özümü də fiziki cəhətdən hazırlıqlı sayıram. O ki qaldı siz deyən söhbətə, açığı, bu haqda hələ nə AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov, nə də Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev mənə bir söz deyib.
- Ancaq Sloveniyaya toplanışa gedəcək hakimlərin siyahısında yer almamısınız. Bu isə deyilən söhbətlərin həqiqət olma ehtimalını artırır...
- Bəli, Sloveniya toplanışına aparılmayacağam. Yəqin ehtiyac görməyiblər. Amma əvəzində Mingəçevirdən 2 gənc hakim aparacaqlar. Bildiyimə görə, Sloveniyada oyunların sayı da az olacaq və buna görə də Hakimlər Komitəsi daha çox gənc hakimlərə üstünlük verir.
- Növbəti mövsümdə sizə etimad göstərilməsə neyləyəcəksiniz?
- Yenə deyirəm, özümü hakimlik etməyə tam hazır sayıram. Xaqani Məmmədovla da söhbətimiz olub və mənə hələ ki, bir söz deməyib. Təyinat versələr, bacardığım qədər yüksək səviyyədə hakimlik etməyə çalışacağam. Yox, verməsələr, o zaman oyunlara hakim-inspektor kimi gedəcəyəm.
- Deməli, yavaş-yavaş estafeti oğlunuza verməyə hazırlaşırsınız...
- Birincisi, söhbət təkcə mənim oğlumdan getmir. Mingəçevirdən başqa bir neçə gənc hakim də var ki, onları hazırlayıram. O ki qaldı oğluma, onun hələ 20 yaşı var. Hələ o həddə gəlib çatmayıb ki, estafeti ona verəm. Amma inanıram ki, gələcəkdə məndən də yaxşı hakim olacaq. Düzdür, bizim təcrübəli hakimlərə ehtiyacımız var. Ancaq yeni-yeni gənc hakimlər də özlərini sübut etməyə başlayıblar. Elə ölkə kubokunun final matçının gənc hakimə tapşırılması da bunun sübutudur.
- Son mövsümdə idarə etdiyiniz oyunlar heç də birmənalı qarşılanmadı. Bir qrup sizi qərəzli, bir qrup isə sifarişli idarəçilikdə ittiham elədi. Buna münasibətiniz necədir, siz qərəzli hakimlik etmisiniz, ya sifariş yerinə yetirmisiniz?
- Birinci onu deyim ki, mənə qarşı heç vaxt təzyiq edən olmayıb. Nə klublardan, nə də başqa bir yerdən. Heç göstəriş verən də olmayıb. Çıxıb sərbəst hakimliyimi eləmişəm. Səhvsiz insan yoxdur və bu mənada mənim də səhvlərim olub, bunu danmıram, etdiyim hərəkərə görə də cəzalanmışam. Boynuma da alıram ki, bu mövsüm bir neçə kobud səhvim oldu. Amma, mənim ən zəif cəhətim bilirsiniz nədir? Həddindən artıq ürəyi yumşağam. Etiraf edirəm ki, məhz buna görə, millinin üzvlərinə güzəşt etmişəm, onlara qırmızı vərəqə göstərməmişəm. Düşünmüşəm ki, meydançadan qovsam, cəzalı duruma düşəcəklər, oynamayacaqlar və oyun praktikaları azalacaq.
- Belə söhbətlər də gəzirdi ki, sizin arxanızda Ramin Musayev dayanıb və məhz onun dəstəyi sayəsində dəfələtlə cəzalansanız da yenidən hakimliyə qayıdırdınız. Necə deyıərlər, Rövşən Əhmədov Ramin Musayevin adamı olduğuna görə hakimlik edirdi. Həqiqətənmi Musayev sizi bu qədər dəstəkləyib?
- Ramin Musayev PFL-in prezidentidir. O, təkcə mənim yox, bütün hakimlərin arxasında dayanıb, bütün hakimləri dəstəkləyib. Lazım olanda öz məsləhətlərini də verib. Onunla aramızda 1-2 yaş fərq var, dostuq, qardaşıq. Amma elə şey olmayıb ki, mən səhv edəm və Ramin müəllim bu səhvimi mənə bağışlasın. Az öncə dediyim kimi, səhv eləmişəm, buna görə də cəzamı almışam. Bunun özü bir daha sübut edir ki, Ramin müəllim etdiyi səhvə görə hətta öz dostunu da bağışlamır, onu cəzalandırır.
Anar XANLAROV
Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bilindi
"PSJ-yə uyğunlaşmaq çox çətindir"
Yamal zirvədə, Arda Güler 2-ci yerdə
Mourinyonun "qara" siyahısına düşdülər
UEFA klubların yeni reytinqini açıqladı
Bölgə klubunda yeni təyinat
DÇ-2026: Türkiyə millisinin oyun təqvimi
İran yığması DÇ-2026 üçün viza aldı
La Liqanın ən yaxşı baş məşqçisi bəlli oldu
"Bayer" Arbeloanın təklifini geri çevirdi
Ştegenə "Ayaks"dan maraq var
Klub 9 aydan sonra onu göndərdi
Vlahoviç "Yuventus"dan gedir
AFFA-dan "Turan Tovuz"la bağlı növbəti açıqlama
UFC turniri Ağ Evdə!
DÇ-2026-da oynaya bilməyəcək
"Mançester Yunayted"dən "Napoli"yə - Rəsmi
Aleksandr Səmədov klubdan ayrılır
"Nyukasl" Fabian Şerlə müqaviləni uzatdı
Türkiyə millisi ABŞ-a çatdı, alqışlarla qarşılandı - Video
Azərbaycanın U-20 millisinin növbəti rəqibi müəyyənləşdi
"Qarabağ"ın sabiq futbolçusu 41 yaşında vəfat etdi
Milli komandalarda ən çox qol vuran 5-ci futbolçu oldu
"Real"dan seçki qalmaqalına cavab
Makron milli komandanın düşərgəsində - Şəkil
Azərbaycan – Macarıstan matçının hakimləri bilindi
"Turan Tovuz" İdman Arbitraj Məhkəməsinə müraciət edəcək
UEFA "Turan Tovuz"u avrokuboklardan kənarlaşdırdı - Rəsmi
"Real"dan yayın ilk transferi