"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun Qol.Az saytına müsahibəsi
- Ölkə kubokunun 1/2 final mərhələsində səfərdə “Bakı”ya 1:0 hesabıyla qalib gəldiniz. İlk olaraq bu oyun barəsində fikirlərinizi bilmək istərdim.
- Səfərdə minimal hesabla qazandığımız nəticəni yaxşı hesab edirəm. Uşaqlar meydanda sona kimi mübarizə apardılar. Məqsədimiz qapımızın toxunulmazlığını qorumaq idi ki, bunun da öhdəsindən gələ bildik və son dəqiqədə qol vuraraq istəyimizə nail olduq. Kubok qarşılaşmaları çempionat oyunlarından çox fərqlənir. Məncə, bizi hələ Ağdamda ağır görüşlərdən biri gözləyir.
- Qalib gəlməyinizə baxmayaraq, “Bakı”yla görüşdə futbolçularınızın oyununda narazı qaldığınız məqamlar oldu?
- Yox, deyərdim ki, çıxışları pis alınmadı. Meydanda rahat mübarizə apardılar. Hər bir futbolçu verdiyim tapşırıqları yerinə yetirməyə çalışdı və deyərdim ki, nəticə üçün oynamağı bacardılar.
- Çoxları təkrar qarşılaşmada “Qarabağ”ın qələbə qazanaraq finala çıxacağını söyləyir. Siz necə düşünürsünüz?
- Fikrimcə, bizi Quzanlıda Bakıdakından daha ağır qarşılaşma gözləyir. Şansları 50-50-yə dəyərləndirirəm. Çünki qapımıza vurulacaq qol “Qarabağ” üçün problem yarada bilər. Ona görə də evdəki oyunda daha diqqətli olmalıyıq.
- Rəqibinizin xüsusi bir özəlliyi varmı ki, sizi narahat etsin?
- Mütləq var. Çünki son vaxtlar “Bakı” yaxşı çıxışlarıyla seçilir. Güclü komandalarla oyunda inamlı qələbələr qazanıblar. Həmçinin də yaxşı hücum və yarımmüdafiə xəttinə malik komandadır.
- Klub rəhbərliyi qarşınıza kuboku qazanmaq vəzifəsi qoyub?
- Bizim üçün hər bir turnir çox vacibdir. Həm çempionat, həm kubok oyunları. Məhz bu üzdən hər bir matçda meydana maksimum nəticə qazanmaq üçün çıxırıq.
- “Bakı”yla çempionat oyununda da rastlaşacaqsınız. Bu oyunlar arasında fərqi nədə görürsünüz?
- Fikrimcə, oyunların heç biri fərqlənməyəcək. Çünki hər iki qarşılaşma həm rəqib, həm də bizim üçün çox önəmlidir. “Bakı”ya qələbə avrokuboklara vəsiqəni təmin etmək baxımından çox vacibdir. Deyərdim ki, üç xal onlar üçün də hava-su kimi lazımdır.
- Komandanız qələbələr qazansa da, məhsuldarlıq istənilən səviyyədə deyil. Bunu nə ilə əlaqələndirərdiniz?
- Düzdü, qol sarıdan problemlər olsa da, inanıram ki, hər şey yoluna düşəcək.
- Bəs, “Qarabağ”ın əsas hücumçularından olan Rauf Əliyev barəsində nə deyərdiniz? Onun qara zolağa düşdüyünü söyləmək olar?
- Belə problemlər hər bir futbolçunun karyerasında baş verir. Lakin hər kəs yaxşı bilir ki, Rauf meydanda olarkən çox çalışır, komandaya can yandırır. Qol vurmasa belə, ən azı komandasının qələbə qazanması üçün əlindən gələni edir.
- Vaqif Cavadovun oyunu haqda nə deyərdiz? Onun hələ də uyğunlaşma problemi qalmaqdadır.
- Bəli, elədir. Ancaq tədricən bu çatışmazlıqlar da aradan qaldırılacaq. Çünki çempionatda 5-6 qarşılaşmada meydana çıxa bilmədi. Ona görə də, onun üçün adaptasiya keçməsi bir az çətin oldu. İnanıram ki, gələn mövsümdən Vaqif öz oyununu tapacaq.
- Hazırda turnir cəsdvəlinin ikinci pilləsindəsiniz. Komandanızın avrokuboklara vəsiqə qazanmaq şanslarını necə görürsünüz?
- Hələ heç nə məlum deyil. Bizim məqsədimiz hər bir oyunda qələbə qazanmaqdır.
Əli HƏYATİ
“Komandada çox şey yaxşı alındı” - Rəşad Eyyubov
Almaniya Kubokunda püşk atıldı
Azərbaycan millisi Qazaxıstana məğlub oldu
İnamsız çıxışına görə klub yeni qapıçı axtarışına başladı
"Trabzonspor" 11 milyonluq təklifi rədd etdi
DÇ-2026-da azarkeşlərlə bağlı bu qadağa yumşaldıldı
Argentina millisində itki
Azərbaycanın U-21 millisi Bəhreynə 3 qolla qalib gəldi
Belçika yığmasından böyükhesablı qələbə
Alleqri və "Milan" razılığa gələ bilmir
Azarkeşlər stadiona getməkdən imtina edirlər
"O, meydanda əsl canavar kimi idi"
"Mançester Yunayted" 90 milyon ödəməyə hazırdır
Klub rəsmisi istefa verdi
"Arsenal"a keçə bilər
PSJ onunla müqaviləni uzatmayacaq
"Barselona" son iki mövsümdə möhtəşəm çıxış edir"
La Liqada mövsümün oyunçusu seçildi
"Şamaxı"dan gedənlərin sayı 17 oldu
"Bavariya" "Liverpul"un gənc vingerini almaq istəyir
Ayxan Abbasov o futbolçuları millidən kənarlaşdırdı
Azərbaycan millisi Maltaya belə uduzdu - Video
Millimizin gənc futbolçusunun zədəsi ciddidir - Video
Malinovski Türkiyə klubunda - Rəsmi
Alman futbolçu DÇ-2026-nı buraxacaq
"Fiorentina" baş məşqçisi ilə yolları ayırdı
Azərbaycan millisi ilə oyundan əvvəl Banqladeşə uduzdular