Martın 24-də Unibank Premyer Liqasının XXV turunda “Neftçi”nin qonağı olacaq “Xəzər Lənkəran” 24-cü dəfə “Böyük oyun”un iştirakçısı olacaq.
Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, bu dəfəki görüş "Xəzər Lənkəran"ın baş məşqçisi Yunis Hüseynovun prinsipial duellərdəki debütü ilə əlamətdar olacaq.
O, “Xəzər Lənkəran”ı “Böyük oyun”a çıxaracaq 7-ci baş məşqçi kimi tarixə düşəcək. Ona qədər 23 görüşdə komandaya 6 çalışdırıcı rəhbərlik edib. Hüseynovun sələflərindən ən uğurlusu Mirça Rednik, ən uğursuzu isə İqor Ponomaryovla baş məşqçi əvəzi kimi “Böyük oyun”a qatılan Şenol Fidan olub.
“Xəzər Lənkəran”ın “Böyük oyun”lardakı baş məşqçiləri
Mirça Rednik 8 3 4 1 9-11 13
Ağasəlim Mircavadov 8 2 4 2 3-3 10
Rasim Kara 4 1 1 2 5-5 4
Viktor Pasulko 1 0 1 0 2-2 1
İqor Ponomaryov 1 0 0 1 1-2 0
Şenol Fidan 1 0 0 1 0-1 0
Cəmi 23 6 10 7 20-24 28
Hüseynov həm də “Xəzər Lənkəran”ın “Böyük oyun”larda yubiley – 100-cü nümayəndəsi olacaq. Belə ki, ona qədər 6 baş məşqçi ilə yanaşı, 93 futbolçu “Xəzər Lənkəran” formasında “Böyük oyun”a çıxıb. Baş məşqçi ilə yanaşı, ilk dəfə bu prinsipial derbinin həyəcanını yaşayacaq futbolçular bu “99”luğun artmasında pay sahibi olacaq.
Əvvəlki 23 “Böyük oyun”un iştirakçısı olan 93 “Xəzər Lənkəran”lı ilə bağlı maraqlı faktlar da diqqət çəkir.
* Alim Qurbanov 2004/05 mövsümündən başlayan rəqabətin hər mövsümündə heç olmasa 1 matçda “Neftçi”yə qarşı oynayıb. O, 8 mövsümdür ki, “Böyük oyun”da iştirak edir. Rahid Əmirquliyev 6 mövsümdə bu duellərin həyəcanını yaşayıb.
* Lakin Rahid Əmirquliyev hamıdan çox – 17 dəfə “Neftçi”yə qarşı oynayıb. Kamran Ağayev – 13, Alim Qurbanov – 12, indi əks düşərgədə olan Rəşad Abdullayev, həmçinin Emeka Opara hərəyə 10 “Böyük oyun”a “ağ-yaşıl” formada çıxıb.
* Rahidlə Kamran “Böyük oyun”larda 1000-dən artıq dəqiqə keçirib. Əmirquliyev 1190, Ağayev isə 1170 dəqiqə ərzində bu həyəcanı yaşayıb.
* “Xəzər Lənkəran”ın “Neftçi”nin qapısına vurduğu 20 qola 15 futbolçu imza atıb. 1 dəfə “Neftçi”nin üzvü Ruslan Abışov öz qapısına qol vurub.
* “Xəzər Lənkəran”ın heyətində Julius Vobay 3, Uinston Parks, Zaur Ramazanov və Rəşad Abdullayev isə hərəyə 2 dəfə “ağ-qaralar”ı qolla məyus edib.
* “Böyük oyun”larda “Xəzər Lənkəran”ın 39 futbolçusu vərəqə ilə cəzalanıb. Onlar ümumilikdə 57 dəfə qarşısında vərəqə görüb. Emin Quliyev hamıdan çox – 4, Oqtay Dərəlioğlu və Elnur Abdullayev 3 dəfə cəzalanıblar.
* Xəzər Lənkəran" “Böyük oyun”larda 2 dəfə qırmızı vərəqə ilə cəzalanıb. 2007/08 mövsümündə I dövrənin Lənkərandakı görüşünün 88-ci dəqiqəsində Emin Quliyev meydandan qovulub. 2009/10 mövsümündə final mərhələsinin I dövrəsinin yenə Lənkərandakı görüşündə isə qırmızı vərəqə Ruslan Poladova göstərilib. Lakin o meydandan deyil, texniki zonadan kənarlaşdırılıb. Çünki o, qırmızı vərəqəni ehtiyatda oturaraq alıb.
"Real"dan gedəcək?
Messidən sərt tələb
“Komandanın hazırkı vəziyyəti məni qane edir” - Rui Jorje
Qrizmann ilin ən yaxşı futbolçusu seçildi
34 yaşında karyerasını bitirdi
Azərbaycan millisi İraqla qarşılaşdı
Yığmamız Farer adalarına qalib gəldi
Yüksək maaşı İngiltərəyə dönüşünə mane olur
Yalnız ÇL-də çıxış edəcək kluba keçməyə hazırlaşır
"Xankəndi"nin evdəki ilk oyununa maraq necədir?
Azərbaycanın U-21 millisi Omana qalib gəldi
Vinisius baş məşqçidən narazı qaldı
“Mançester Yunayted” onu hədəfə aldı
“Araz-Naxçıvan”ın zədəli futbolçusundan xəbər var
Qazaxıstan millisinin baş məşqçisi ilə müqavilə uzadılmadı
Braziliya Sinqapura 7 qol vurdu
Nurmaqomedovlar həbsdən azad edildilər
Azərbaycan millisi seçmə mərhələdə ilk xalını qazandı
1-ci liqada oyunların saatı açıqlandı
Orsatonun gəlişindən sonra qayda pozuntularının sayı azalıb
Azərbaycanı dünya çempionatında təmsil edəcək şahmatçılar
Dünya çempionu vəfat etdi
Bu gün QOL.az saytının 18 yaşı tamam olur
"Arsenal" onunla razılaşdı
Gəncədə "Qarabağ"la oyuna böyük maraq var
1 qola görə mümkün pley-off-dan kənarda qaldıq
Millidə debüt matçında qol vuran Eşqin: "Çox xoşbəxtəm"
Bugünkü oyunları yayımlayacaq kanallar
Niderland millisindən tarixi antirekord
Başından top zərbəsi alan futbolçu vəfat etdi