“Xəzər Lənkəran”ın yeni baş məşqçisi Yunis Hüseynov Unibank Premyer Liqanın 24-cü turunun “Bakı”ya qarşı dünən keçirilmiş oyunundakı məğlubiyyətlə əlaqədar geniş açıqlama verib.
Qol.Az-ın məlumatına görə, Cənub klubunda debüt oyununa çıxan Hüseynov matç və komandayla bağlı bunları deyib.
«BAKI»YLA OYUN HAQDA
«Bu, mənim «Xəzər Lənkəran»da ilk oyunum idi. Çox arzulayırdım ki, qəbələ qazanım. Komandaya gəldiyim iki gün ərzində futbolçuları dərindən öyrənə bilməmişdim. «Bakı» yaxşı oynadı. Bunun da səbəbi o idi ki, bizim futbolçularımız zəif çıxış etdilər. Qarşıdakı oyunlara yaxşı hazırlaşıb qələbə qazanmalıyıq».
FUTBOLÇULAR HAQDA
«Xəzər Lənkəran»ın bəzi futbolçularını tanımırdım. Qarşıdakı oyunlarda heyətdə dəyişiklik olacaq. Bu gün fiziki cəhətdən də çatdırmadılar».
UDUZMASI HAQDA
«Həqiqətən də məğlubiyyətə görə pis sarsıntı keçirdim. Bilirsiniz ki, 1 il 8 ay idi ki, işləmirdim. Ona görə qələbə qazanmağı çox istəyirdim».
AZARKEŞLƏRƏ VƏDİ
«Komandanı düzəldəcəyik. Azarkeşlər buna əmin olsunlar. Təzə məşqçi gələndə hər bir futbolçu özünü yaxşı tərəfdən göstərməyə çalışır. Bəziləri bunu çox istədiyi üçün oyunları alınmadı. Ola bilsin ki, «Bakı»ya məğlubiyyətdə bu amil lə rol oynadı. Bundan sonra «Neftçi»ylə oyuna ciddi hazırlaşmılıyıq».
QOL İMKANLARI HAQDA
«Yaratdığımız qol imkanları məni qane eləmədi. «Bakı»yla matçda qol imkanlarımız az oldu. Ona görə də mən bunları qol imkanı saymıram. Əgər həddindən artıq olsaydı, o zaman bunları qol imkanı hesab etmək olardı».
NƏDƏN RAZI QALIB?
«Razı qaldığım nəsə oldu ki? Yalnız bir-iki futbolçudan razı qaldım ki, onların da adlarını açıqlamaq istəmirəm. Çalışacağıq ki, komandanı növbəti oyunlara yaxşı hazırlayaq. Gələcək oyunların hamısı ağır olacaq. Bu gün komandanı yaxından tanıdım. İki gün idi gəlmişdim deyə, komandanı yalnız bir məşqdə görə bildim. Razılaşın ki, belə qısa vaxtda futbolçuları yaxından tanımaq çətindir. Amma inanıram ki, komandanı düzəldəcəyik. Sadəcə, vaxt lazımdı».
İSTEFA ŞÜARI HAQDA
«Mən burada məsuliyyəti öz üzərimə götürmüşəm və inanıram ki, işimizin öhdəsindən gələcəyik. Qarşıdakı 2-3 matçda zəif oynaya bilərik. Amma azarkeşlər əmin olsunlar ki, onlar başqa bir «Xəzər Lənkəran» görəcəklər. Buna isə vaxt lazımdı. Hər şey birdən olmur. Azarkeşlərin bu gün istefa qışqırması açığı, mənə xoş gəlmədi».
«XƏZƏR LƏNKƏRAN»DA QRUPLAŞMA VAR?
«Mən olan yerdə qruplaşma mümkün deyil. Komandada qruplaşmanın olduğuna inanmıram. Məşqdə və futbolçularla iki gün etdiyim söhbətlər zamanı mən bunu hiss etmədim».
KİM ÇEMPİON OLACAQ?
«Real danışsaq, ilk «altılıq»dakı bütün komandaların çempionluq şansı var. Çünki hər cür nəticə qeydə alınır. Mən şəxsən «Bakı»ya uduzacağımızı gözləmirdim. Amma uduzduq».
"Real"dan gedəcək?
Messidən sərt tələb
“Komandanın hazırkı vəziyyəti məni qane edir” - Rui Jorje
Qrizmann ilin ən yaxşı futbolçusu seçildi
34 yaşında karyerasını bitirdi
Azərbaycan millisi İraqla qarşılaşdı
Yığmamız Farer adalarına qalib gəldi
Yüksək maaşı İngiltərəyə dönüşünə mane olur
Yalnız ÇL-də çıxış edəcək kluba keçməyə hazırlaşır
"Xankəndi"nin evdəki ilk oyununa maraq necədir?
Azərbaycanın U-21 millisi Omana qalib gəldi
Vinisius baş məşqçidən narazı qaldı
“Mançester Yunayted” onu hədəfə aldı
“Araz-Naxçıvan”ın zədəli futbolçusundan xəbər var
Qazaxıstan millisinin baş məşqçisi ilə müqavilə uzadılmadı
Braziliya Sinqapura 7 qol vurdu
Nurmaqomedovlar həbsdən azad edildilər
Azərbaycan millisi seçmə mərhələdə ilk xalını qazandı
1-ci liqada oyunların saatı açıqlandı
Orsatonun gəlişindən sonra qayda pozuntularının sayı azalıb
Azərbaycanı dünya çempionatında təmsil edəcək şahmatçılar
Dünya çempionu vəfat etdi
Bu gün QOL.az saytının 18 yaşı tamam olur
"Arsenal" onunla razılaşdı
Gəncədə "Qarabağ"la oyuna böyük maraq var
1 qola görə mümkün pley-off-dan kənarda qaldıq
Millidə debüt matçında qol vuran Eşqin: "Çox xoşbəxtəm"
Bugünkü oyunları yayımlayacaq kanallar
Niderland millisindən tarixi antirekord
Başından top zərbəsi alan futbolçu vəfat etdi