Bu gün Çempionlar Liqasının 1/8 final mərhələsinin növbəti cavab görüşləri keçirilib. Qol.Az-ın məlumatına görə, ilk oyun günündə 2 qarşılaşma baş tutub.
Madridin "Real" klubu doğma azarkeşkəri önündə CSKA (Moskva) komandasını qəbul edib. Səfərdə rəqibi ilə 1:1 bərabərə qalan "Real" bu görüşün əsas favoriti hesab olunurdu. "Kral klubu" rəqibini 4:1 hesabı ilə məğlub etməklə növbəti mərhələyə vəsiqə qazanıb.
Günün digər qarşılaşması isə Londonda baş tutub. Burada yerli "Çelsi" klubu İtaliyanın "Napoli" klubu ilə qarşılaşıb. Səfərdə rəqibinə 1:3 hesabı ilə uduzan "Çelsi" evdə bu məğlubiyyətin əvəzini çıxmağa çalışacaqdı. Matçın 90 dəqiqəsi 3:1 hesabı ilə başa çatdığından əlavə hissəyə ehtiyac yaranıb. Burada daha bir dəfə fərqlənən "zadəganlar" növbəti mərhələyə adlayıblar - 4:1.
Qeyd edək ki, dünən keçirilən iki oyunla növbəti 1/4 finalçılar müəyyənləşib. "Barselona" (İspaniya), "Milan" (İtaliya), "Benfika" (Portulqaliya) və APOEL (Kipr) klubları ilə yanaşı, Fransanın "Marsel" və Almaniyanın "Bavariya" komandaları da adını 1/4 finala yazdırıblar.
14 mart
Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab görüşləri
23:45. "Real" (Madrid, İspaniya) - CSKA (Moskva, Rusiya) (ilk oyun - 1:1) - 4:1
Qollar: İquain, 26 (1:0), Ronaldo, 55 (2:0), 90+2 (4:1), Benzema, 70 (3:0), Toşiç, 77 (3:1)
23:45. "Çelsi" (İngiltərə) - "Napoli" (İtaliya) (İlk oyun - 1:3) - 4:1
Qollar: Droqba, 29 (1:0), Terri, 47 (2:0), İnler, 55 (2:1), Lempard, 75-pen (3:1), İvanoviç, 105 (4:1)
13 mart
"İnter" (İtaliya) - "Marsel" (Fransa) (ilk oyun - 0:1) - 2:1
Qollar: Milito, 75 (1:0), Brandao, 90 (1:1), Pazzini, 90+3-pen (2:1)
"Bavariya" (Almaniya) - "Bazel" (İsveçrə) (ilk oyun - 0:1) - 7:0
Qollar: Roben, 11 (1:0), Müller, 42 (2:0), Qomez, 45 (3:0), 50 (4:0), 61 (5:0), 67 (6:0), Roben, 81 (7:0)
"Real"dan gedəcək?
Messidən sərt tələb
“Komandanın hazırkı vəziyyəti məni qane edir” - Rui Jorje
Qrizmann ilin ən yaxşı futbolçusu seçildi
34 yaşında karyerasını bitirdi
Azərbaycan millisi İraqla qarşılaşdı
Yığmamız Farer adalarına qalib gəldi
Yüksək maaşı İngiltərəyə dönüşünə mane olur
Yalnız ÇL-də çıxış edəcək kluba keçməyə hazırlaşır
"Xankəndi"nin evdəki ilk oyununa maraq necədir?
Azərbaycanın U-21 millisi Omana qalib gəldi
Vinisius baş məşqçidən narazı qaldı
“Mançester Yunayted” onu hədəfə aldı
“Araz-Naxçıvan”ın zədəli futbolçusundan xəbər var
Qazaxıstan millisinin baş məşqçisi ilə müqavilə uzadılmadı
Braziliya Sinqapura 7 qol vurdu
Nurmaqomedovlar həbsdən azad edildilər
Azərbaycan millisi seçmə mərhələdə ilk xalını qazandı
1-ci liqada oyunların saatı açıqlandı
Orsatonun gəlişindən sonra qayda pozuntularının sayı azalıb
Azərbaycanı dünya çempionatında təmsil edəcək şahmatçılar
Dünya çempionu vəfat etdi
Bu gün QOL.az saytının 18 yaşı tamam olur
"Arsenal" onunla razılaşdı
Gəncədə "Qarabağ"la oyuna böyük maraq var
1 qola görə mümkün pley-off-dan kənarda qaldıq
Millidə debüt matçında qol vuran Eşqin: "Çox xoşbəxtəm"
Bugünkü oyunları yayımlayacaq kanallar
Niderland millisindən tarixi antirekord
Başından top zərbəsi alan futbolçu vəfat etdi