Əhalinin 95 faizi Olimpiya oyunlarının Bakıda keçirilməsini dəstəkləyir
“İldən-ilə Olimpiya oyunlarında medalların sayı artır və Azərbaycan idman dövləti kimi özünü dünyaya, dünya idman ictimaiyyətinə təqdim edir”.
APA-nın məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev Astara Olimpiya İdman Kompleksinin açılışı zamanı söyləyib.
Prezident Azərbaycanda beynəlxalq yarışların keçirilməsinin ənənəyə çevrildiyini deyi. Prezident qeyd edib ki, Azərbaycan 2020-ci ilin Olimpiya oyunlarının Bakıda keçirilməsi üçün müraciət edib, hazırda bu müraciətə baxılır. Onun sözlərinə görə, Bakı Olimpiya oyunlarının keçirilməsi üçün bütün imkanlara malikdir.
Bunu Azərbaycan vətəndaşlarının da istədiyini bildirən prezident qeyd edib ki, beynəlxalq qurumların keçirdiyi rəy sorğusuna görə, əhalinin 95 faizi Olimpiya oyunlarının Bakıda keçirilməsini dəstəkləyir.
Ölkədə təhlükəsizlik tədbirlərinin yüksək səviyyədə təmin edildiyini deyən ölkə başçısı bildirib ki, Azərbaycandakı sabitlik, ictimai-siyasi asayiş Olimpiya oyunlarının burda keçirilməsi üçün mühüm amildir: “Bakıda Olimpiya oyunlarının keçirilməsi üçün tam hazırıq və deyə bilərəm ki, bizim bu istəyimiz, eyni zamanda, ölkəmizin gücünü göstərir”.
Prezident ölkənin digər sahələrdəki uğurlarından, həyata keçirilən layihələrdən də danışıb.
Səfərdə olduğu Astara rayonunda son illər ərzində 20-dən çox məktəb tikildiyini, Mərkəzi Rayon Xəstəxanasının əsaslı təmirdən sonra açıldığını, Olimpiya Mərkəzi yaradıldığını, kənd yollarının qaydaya salındığını bildirib.
Ölkənin beynəlxalq mövqelərinin möhkəmləndiyini qeyd edən dövlət başçısı Azərbaycanın BMT Təhlükəsizlik Şurasına üzv seçilməsini dünya ictimaiyyətinin etimadı və rəğbəti olduğunu vurğulayıb.
Prezident hər bir bölgənin gələcək inkişafı ilə bağlı konkret planlar olduğunu, 2013-cü ilin sonuna qədər bütün bölgələrdə qazlaşdırma layihələrinin maksimum dərəcədə başa çatmasına nail olunmasının vacibliyini bildirib.
Hazırda Bakı-Astara magistral avtomobil yolunun inşa edildiyini deyən İlham Əliyev yaxın illərdə bu yolun açılacağını qeyd edib.
Prezident deyib ki, Azərbaycan müstəqil siyasət aparır, heç kimdən asılı deyil, bundan sonra da belə davam edəcək. Azərbaycanın bölgədə sabitləşdirici rol oynadığını vurğulayan dövlət başçısı dünya birliyi tərəfindən ölkəmizin fəaliyyətinin təqdirlə qarşılandığını bildirib.
"Qarabağ" Niderlanddan qələbə ilə qayıdır
Avropa Liqası: "Beşiktaş"dan qələbə, "Trabzonspor" büdrədi
"Ayaks" azarkeşlərindən etiraz
Şeydayev oynadı, komandası qalib gəldi
"Məni ən çox nankorluq narahat edir"
“Kayrat”dan ağır məğlubiyyət
Onlar da bugünkü oyunu buraxırlar - “Qarabağ”da yeni itkilər
“Qarabağ” “Tvente” ilə oyuna bu heyətlə çıxır
Ronaldinyo 46 yaşında karyerasını bərpa edir
London klubu azarkeşlərinə xəbərdarlıq etdi
“Bu forma üçün əlimdən gələni edəcəyəm”
Premyer Liqadakı ilk matçını buraxa bilər
“Karvan-Yevlax” nigeriyalı futbolçu ilə gücləndi
“Barselona” Kanselunu transfer etdi
Klub tarixinin ən gənc debütantı oldu
"Qarabağ"la oyun öncəsi "Tvente"də ayrılıq
"Barselona" Kundeyə qiymət qoydu
"Parma"dan "Benfika"ya - Rəsmi
"Qalatasaray" rus futbolçunun transferini elan etdi
Dünyanın ən bahalı futbol klubları – Siyahı
Azərbaycandan ayrılıb Polşa klubuna keçdi
La Liqada 400-cü oyun
Mourinyonun toxunulmazları
Simiç tarixə belə düşdü
"Sumqayıt"ın xəsarət alan futbolçusuna ağır cəza
"Barselona" "Fənərbaxça"nın qapıçısını istəyir
Brahim Konate Kipr klubunda
“Sabah”ın qapıçısı Qazaxıstan millisinə çağırıldı
"Tvente" - “Qarabağ” oyunu bu kanalda
“Sabah”ın bombardiri: “Stadionu doldurun!” - Video
“Milan” Dieqo Moreyranı transfer etdi
“Səbail” – “Sakaryaspor” oyununda kütləvi dava olub
“Hapoel” - “Sabah” oyununun - Videoicmalı
“Bir həftə ərzində səhvlərimizi düzəltməliyik” - Dambrauskas
"Bakıda yaxşı oyun keçirəcəyik” - “Hapoel"in baş məşqçisi
“Barselona” 48-ci dəfə “Joan Qamper” kubokunu qazandı
Kamilo Duran dubl etdi, "Seltik" qalib gəldi
"Sabah" "Hapoel"ə məğlub oldu
"Zirə" və "Neftçi" qalib gəldi, "Sumqayıt" uduzdu
Stadionda meyit tapıldı