Hafiz Məmmədov: "Bakı"nın çıxışı məni qane etmir"

Hafiz Məmmədov: "Bakı"nın çıxışı məni qane etmir"
GÜNDƏM 9 Mart 2012 / 12:02 2318
-  A +

“Bakı” klubunun prezidenti Hafiz Məmmədov komandasının Unibank Premyer Liqasındakı çıxışına münasibət bildirib.

Qol.Az-ın müxbiri ilə söhbətində Məmmədov komandasının çıxışının onu qane etmədiyini bildirib: “Komandamız qış fasiləsində bir sıra yaxşı transferlərə imza atdı. Bu gün “Bakı”nın çıxışı məni qətiyyən qane etmir. Baxmayaraq ki, komanda “Simurq” və “İnter” üzərində qələbə qazanıb. Bununla belə, klubun çıxışından narazıyam”.

Komandanın prezidenti baş məşqçi Aleksandr Starkovun mümkün istefasıyla bağlı da danışıb: “Starkov yaxşı insan və mütəxəssisdir. Mən özüm də Starkovun uğursuzluğunun səbəbini bilmirəm. Bəlkə də latviyalı məşqçi hələ komandaya tam uyğunlaşa bilməyib. Onun istefasıyla bağlı indi nəsə demək olmaz. Bu barədə çempionat bitdikdən sonra hər hansı fikir bildirmək mümkündür”.

Hafiz Məmmədov “Bakı” klubunun sabiq türkiyəli baş məşqçisi, hazırda Türkiyə Superliqasında "Karabükspor"u çalışdıran Bülənt Qorxmazın yenidən komandaya qayıtması barədə sualı da cavablandırıb: “Bülənt Qorxmaz yaxşı insandır. Onun kimi adama qapımız həmişə açıqdır”.

Daha çox


Son xəbərlər