Messi - özgə planetdən gələn adam!

GÜNDƏM 8 Mart 2012 / 21:25 3931
-  A +

İspaniya və Almaniya mətbuatı “Barselona”nın dünən Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyununda “Bayer”ə 7:1 hesabı ilə qalib gəlməsinə geniş yer ayırıblar.

Qol.Az-ın məlumatına görə, jurnalistlər bu boyükhesablı qələbə ilə yanaşı “Barsa”nın argentinalı hücumçusu Lionel Messinin beş qol vurması üzərində xüsusi dayanıblar.

“Messi fubolçu deyil, o, özgə planetdən gələn adamdır. Messi futbolda heç bir sərhəd tanımır” – deyə “Sport” qəzeti yazıb.

“Onun “Bayer”ə beş qol vurması başqaları üçün əlçatmaz bir rekorddur. Çempionlar Liqası tarixində hələ heç bir futbolçu belə göstəriciyə nail olmamışdı”. Bunu isə “El Mundo Deportivo” qəzeti yazıb.

Madrid qəzetləri də Messinin ünvanına xoş sözlər yazıblar. “El Pais” qəzeti “Qasırğa Messi” başlıqlı yazısında bunları qeyd edib: “Biz həmişə Messiyə minnatdar olmalıyıq ki, o, yoxlama və rəsmi oyunlar arasında heç bir fərq qoymur. Bütün oyunlara eyni peşəkarlıqla yanaşır. O, heç vaxt, hətta artıq oyunda hər şey həll olunanda belə əvəz olunmasını istəmir. O, həmişə - yaxşı və pis formada olanda da, “ev”də ya səfərdə çıxış edəndə də, çərşənbə və ya şənbə günü oynayanda da hamıdan çox özü özündən ən yaxşı oyunu tələb edir. Messi vurduğu hər qolu tamaşaya çevirə bilir”.

“Stadionda bu oyunu izləyən 75 min 632 tamaşaçının hər biri gələcəkdə qürürla deyə bilər: “Bəli, mən həmin oyunda olmuşam”. Onlar hər biri belə böyük hadisəni canlı izləmək şərəfinə nail olublar. Ölkəsində hesab edirlər ki, Leo artıq idmançı deyil, çox böyük insandır” - deyə “AS” qəzetinin yazısında bildirilir.

“Messi “Bayer”i təkbaşına məhv etdi” – bunu isə Almaniyanın “Kicker” nəşri yazıb: “Messi dahidir. O, təkrarolunmaz və qeyri-adidir”.

MESSİNİN “BAYER”Ə VURDUĞU QOLLAR


Daha çox


Son xəbərlər