“Simurq”dan ayrılan komandanın litvalı futbolçusu Robertas Poşkusun “Futbol+” qəzetinə müsahibəsində maraqlı açıqlamalar yer alıb.
Qol.Az saytı həmin müsahibəni təqdim edir.
- Hardasan?
- Litvada, ailəmin yanında. Bu gün səhər (dünən) gəlmişəm.
- Gec də olsa, komandaya qoşulmuşdun. Hətta “Kəpəz”lə qarşılaşmada meydanda oldun. “Simurq”dan ayrılmağın bir qədər gözlənilməz alındı.
- Yuranın gedişindən sonra qalmağın mənası yox idi. Guya qalıb nə edəcəkdim ki? Komandanın qarşısında hədəf yoxdusa, boş-boşuna oynamağa dəyməz. Yaxşı yerli futbolçular var, çıxıb özlərini göstərsinlər. Həm də ayağımda zədə var. Litvaya qayıdışımın bir səbəbi də zədəmi müalicə etdirməkdir.
- Belə çıxır, zədəni sağaldıb yenidən Azərbaycana qayıdacaqsan?
- Ola bilsin, üzümüzə gələn həftələrdə Bakıya yollanım. Ancaq “Simurq”da oynamayacağım dəqiqdi. Heç bir mənası yoxdu.
- Necə yəni oynamayacam? Müqavilən varsa, sona qədər “Simurq”un formasını geyməyə borclusan.
- Müqavilə deyəndə ki (fikirləşir) ... Belə baxanda, mən “Simurq”un yox, “İnter”in futbolçusuyam. Orda qarşılıqlı razılıq əsasında top qovurdum. Yuran xahiş etdi ki, komandaya kömək edim, mən də razılaşdım. Bu üzdən hansısa qanun pozuntusuna yol verdiyimi düşünmürəm. Perspektiv görmədiyimdən Litvaya qayıtdım.
- Bizdə olan məlumata görə, yayda Zaqatala təmsilçisiylə birillik müqavilə imzalamısan axı.
- Yalan söhbətdi. Belə olsaydı, deyərdim də. Mən ora komandaya kömək etmək üçün yollanmışdım. Hansısa rəsmi sənəddən söhbət gedə bilməz.
- Artıq sarı-qara formanı geyməyəcəyin dəqiqdi. Elədisə, “Simurq”da nələrin baş verdiyindən bizi xəbərdar edə bilərsən?
- Klub rəhbərliyi çətin və anlaşılmaz siyasət yürüdür. Sabah nəyin baş verəcəyini anlamaq olmur. Yurana işləmək üçün şərait yaradılmadı. Adi bir nümunə göstərim. Qış fasiləsində transfer olunan futbolçuların heç biri baş məşqçinin istəyinə uyğun deyildi. O, başqa futbolçuları istəyirdi. Yeniləri bir növ rəhbərlik gətirdi. Hiss olunurdu ki, bu məqam Yuranı narazı salıb. Üstəlik, komanda “altılığ”a vəsiqə qazana bilmədi deyə, rəhbərlik baş məşqçiylə yanaşı, bəzi futbolçularla yolları ayırmaq istəyirdi. Deyəsən, maaşları da azaltmaq fikirləri var. Bütün bunlar komandanın çıxışına təsir etdi.
- Maaşların azaldılacağını iddia edirsən. Maraqlıdı, bu günə qədər nəzərdə tutulan pulu almısan, yoxsa azalma var?
- (dərindən ah çəkir) Kefdən danışırsız, nə pul, nə maaş? Mən hələ də dekabrın məvacibini almamışam.
- Niyə?
- Onu rəhbərlikdən soruşun, mən hardan bilim? Vermirlər də. Yəqin imkanları yoxdu.
- Tək səndə belədi, yoxsa başqa futbolçular da eyni aqibətlə üzləşib?
- Onlara veriblər, deyəsən, təkcə mən qalmışam. Dekabr, yanvar və fevral aylarına görə bir qəpik də verməyiblər.
- Bu hardasa başadüşüləndi. Yanvar və fevralda, demək olar, vətənində olmusan.
- Nə olsun ki? Kefdən getməmişdim ki. Əvvəla, peşəkar klublarda belə anlayış yoxdu. Bu günə kimi fərqli komandalarda top qovmuşam. Hazırlıqda iştirak etmədiyim vaxtlar olub. Buna baxmayaraq, maaşımı almışam. Futbolçu üzürlü səbəbdən təlim-məşq toplanışında iştirak etmirsə, baş məşqçi ona fərdi məşq planı yazır və həmin plana uyğun hazırlıq keçirsən. Komandaya qayıdanda futbolçunun durumuna nəzər yetirilir, çəkisi yoxlanılır. Hər şey qaydasındadısa, məvacibini alır. Hansısa çatışmazlığı varsa, maaşından tutulur. Guya komanda ilə və ya fərdi məşq etməyin fərqi nədi? Əsas olanı kluba fayda vermək və qol vurmaqdı. Nə isə, onsuz da “Simurq”da belə şeylərə fikir verən yoxdu.
- Deməli, “Simurq”dan ayrılmağının bir səbəbi də maaş almamağındı.
- Hardasa elədi. Ancaq Yuran qalsaydı, pulsuz olsa belə komandaya kömək edəcəkdim. O gedəndən sonra qalmağın mənası yox idi.
- Birdən sabah zəng vurub “maaşını veririk, qayıt oyna” dedilər, onda necə?
- Klub prezidentiylə söhbətimiz oldu. Mənə söz verdi ki, dekabrın maaşını verəcəm. Çünki halal pulumdu, yanvara kimi meydanda can qoymuşam, qol vurmuşam. İnsafları varsa, verəcəklər.
- Karyeranı yenidən Azərbaycanda davam etdirmək istəyində olduğun deyilir.
- Bir-iki variant var. İndi elə vaxtdı ki, keçidim mümkün deyil. Bu üzdən üç ay gözləməliyəm. Mayda “İnter”lə müqaviləmin müddəti başa çatır. Yəqin ki, başqa klubla anlaşacam. İndi fikrimi fərdi məşqlərə və ailəmə ayırmağı düşünürəm. Futbolçu həyatı belədi də, sabah nə olacağını bilmirsən.
- Yəqin ki, yayda “Simurq”u seçməyin peşmanlığını çəkirsən.
- Nə edəsən, həyatın işi belədi. Dedim axi, sabah nə olacağını bilmirsən. Bundan da pis günlərim olub. Zədə üzündən iki ilə yaxın futbol oynamadım. Ancaq qayıdandan sonra yenə həmin Poşkus idim. Əsas odu ki, qaçmaq, qol vurmaq üçün yetərincə gücüm var.
- Yuran bu günə kimi, demək olar, heç bir komandada sona qədər çalışmayıb. Əsasən maliyyə problərinə görə istefa veribsə, bəzən də klub rəhbərliyi ilə yola getməyib. Səncə, məşqçi kimi özünü sübut edə bilməməsinin səbəbi nədi?
- Çətin sualdı. Bir şeyi dəqiq bilirəm ki, məşqçi kimi çox güclüdü. Legionerlərdən yox, zəng vurub “Simurq”dakı yerli uşaqlardan Yuranın necə mütəxəssis olduğunu soruşun. Maraqlı və adamı yormayan məşqlər keçirdi. Kəskin nizam-intizam tərəfdarıdı. Həm də yaxşı psixoloqdu. Sadəcə, onun bəxti gətirmir. Bu günə kimi qarşısına potensialına uyğun komanda çıxmayıb.
- Belə çıxır, ilk “altılıq”da yer alan klublarda rahat çalışa bilər.
- Azərbaycan futboluna yaxından bələd olan futbolçu kimi deyirəm ki, asanlıqla işləyər. Demirəm gələn kimi çempion olar. Hər halda, avrokuboklara vəsiqə verən yerlərdən birini tutar. Ona isti münasibət, normal şərait və 3-4 səviyyəli futbolçu lazımdı.
Uğursuz mövsüm "Nyukasl"a baha başa gələ bilər
Bu stadion Mirça Luçeskunun adını daşıyacaq
İspaniya çempionatı matçlarının yeri dəyişdirilir?
Millinin yeni baş məşqçisi bəlli oldu
DÇ-2026 matçlarını rekord sayda hakim idarə edəcək
Salah "Qalatasaray"a keçir?
“Bu matçın xeyrini gələcəkdə görəcəyik”
"Qızıl top" namizədləri: Keyn, Mbappe...
Azərbaycan millisi Gürcüstana uduzdu
ÇL-də həftənin rəmzi komandasında kimlər var?
Lider "Şəfanın" qələbəsindən - Video
"Yuventus" Spalletti ilə bağlı qərar verdi
ÇL-də həftənin ən yaxşı oyunçusu bilindi
Azərbaycan millisinin məşqçisi Norveç klubunun düşərgəsində
"Çelsi" baş məşqçini göndərə bilər
"Barselona" Avropada liderdir
1-ci liqada 2 turun oyun cədvəli açıqlandı
"Milan" Qoretzkaya müqavilə təklif etdi
Tahir Gözel "Azərsun Holdinq"in yeni rəhbəri oldu
Tərlan Quliyev mükafatlandırıldı
İki komandaya texniki məğlubiyyət verildi
“Karvan-Yevlax” - “Kəpəz” oyununun hakimləri açıqlandı
Andrey Demçenko cəzalandırıldı
AFFA-dan klublara cəza və cərimələr
1 açıqlama, 15 min manat cərimə - Video
Luis Enrike: "PSJ-ni "Enfild"də əzab-əziyyət gözləyir"
Arne Slotdan etiraf
Avrokubokların oyunları bu kanallarda
Arda Turandan "AZ Alkmaar" oyunu öncəsi - Açıqlama
20 il sonra “Kamp Nou”da
Rəşad Abdullayev: “Türkiyə futbolundan çox şey öyrənməliyik”
ÇL-də həftənin ən yaxşısı adına namizədlər
Oyun bitən kimi paltardəyişmə otağına qaçdı - Video
"Qalatasaray"ın qələbəsi - Video
UEFA yarışlarında Luçeskunun xatirəsinə ehtiram - Şəkillər
PSJ "Liverpul"a, "Atletiko" "Barselona"ya qalib gəldi
Avropa Liqasında 1/4 finala start verildi
Dünyanın ən yaxşı "tək klublu" futbolçuları kimlərdir?
“Barselona” bir matça görə 10 milyon qazana bilər
Klub futbolçusuna görə yığmanı FİFA-ya şikayət etdi
Çempionşip klubunun apellyasiya şikayəti rədd edildi
"Yuventus" "Liverpul"un qapıçısına göz dikdi