Bu gün Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyunları çərçivəsində növbəti görüşlər keçirilib. Qol.Az-ın məlumatına görə, ikinci oyun günündə daha 2 qarşılaşma baş tutub.
Bu mövsüm ÇL-in sürpriz komandalarından olan Kiprin APOEL klubu doğma azarkeşləri önündə Fransa "Lion"unu qəbul edib. İlk görüşdə rəqibinə 1:0 hesabı ilə qalin gələn "Lion" bu üstünlüyünü qorumağa çalışacaqdı. Lakin APOEL erkən qolla hesaba tarazlıq gətirib. Oyundan sonra penaltilər seriyasında daha dəqiq oynayan Kipr təmsilçisi növbəti mərhələyə adlayıb - 4:3.
Günün digər qarşılaşması isə Barselonada baş tutub. Burada yerli "Barselona" klubu Leverkuzenin "Bayer" komandasını qəbul edib. Səfərdə 3:1 hesabı ilə qalib gələn Kataloniya təmsilçisi bu görüşün də əsas favoriti hesab olunurdu. "Barselona" bu dəfə rəqibini biabır edib. Meydan sahiblərinin 7:1 hesabı ilə qalib gəldiyi oyunda Messi 5 qol vurmaqla diqqət çəkib.
Qeyd edək ki, dünən keçirilən cavab görüşlərindən sonra artıq iki komanda - "Milan" və "Benfika" klubları 1/4 finala vəsiqə qazanıblar.
7 mart
Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab oyunları
23:45. APOEL (Kipr) - "Lion" (Fransa) (ilk oyun - 0:1) - 1:0 (Penaltilər seriyası - 4:3)
"Lion": + + + - -
APOEL: + + + +
Qol: Manduka, 9 (1:0)
23:45. "Barselona" (İspaniya) - "Bayer" (Leverkuzen, Almaniya) (ilk oyun - 3:1) - 7:1
Qollar: Messi, 25 (1:0), 42 (2:0), 50 (3:0), 58 (5:0), 85 (7:0), Tello, 55 (4:0), 62 (6:0), Bellarabi, 90+1 (7:1)
6 mart
"Arsenal" (İngiltərə) - "Milan" (İtaliya) (ilk oyun - 0:4) - 3:0
Qollar: Kosielni, 7 (1:0), Rosiçki, 26 (2:0), Van Persi, 43-pen (3:0)
"Benfika" (Portuqaliya) - "Zenit" (Rusiya) (ilk oyun - 2:3) - 2:0
Qollar: Pereyra, 45 (1:0), Oliveyra, 90+2 (2:0)
"Real"dan gedəcək?
Messidən sərt tələb
“Komandanın hazırkı vəziyyəti məni qane edir” - Rui Jorje
Qrizmann ilin ən yaxşı futbolçusu seçildi
34 yaşında karyerasını bitirdi
Azərbaycan millisi İraqla qarşılaşdı
Yığmamız Farer adalarına qalib gəldi
Yüksək maaşı İngiltərəyə dönüşünə mane olur
Yalnız ÇL-də çıxış edəcək kluba keçməyə hazırlaşır
"Xankəndi"nin evdəki ilk oyununa maraq necədir?
Azərbaycanın U-21 millisi Omana qalib gəldi
Vinisius baş məşqçidən narazı qaldı
“Mançester Yunayted” onu hədəfə aldı
“Araz-Naxçıvan”ın zədəli futbolçusundan xəbər var
Qazaxıstan millisinin baş məşqçisi ilə müqavilə uzadılmadı
Braziliya Sinqapura 7 qol vurdu
Nurmaqomedovlar həbsdən azad edildilər
Azərbaycan millisi seçmə mərhələdə ilk xalını qazandı
1-ci liqada oyunların saatı açıqlandı
Orsatonun gəlişindən sonra qayda pozuntularının sayı azalıb
Azərbaycanı dünya çempionatında təmsil edəcək şahmatçılar
Dünya çempionu vəfat etdi
Bu gün QOL.az saytının 18 yaşı tamam olur
"Arsenal" onunla razılaşdı
Gəncədə "Qarabağ"la oyuna böyük maraq var
1 qola görə mümkün pley-off-dan kənarda qaldıq
Millidə debüt matçında qol vuran Eşqin: "Çox xoşbəxtəm"
Bugünkü oyunları yayımlayacaq kanallar
Niderland millisindən tarixi antirekord
Başından top zərbəsi alan futbolçu vəfat etdi
Xavi: “Bu, biabırçılıqdır”