“Mən hər zaman xüsusi olaraq vurğulayıram ki, medallarla bağlı proqnozlar vermək düzgün deyil. Olimpiya Oyunları elə idman yarışıdır ki, bir neçə dəfə dünya çempionu olmuş idmançılar da medalsız qayıda bilərlər. Amma biz bu məsələyə real yanaşsaq, Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsinin mütəxəssislərinin təhlilinə əsasən Olimpiya Oyunlarına 50-dən çox lisenziya qazanmalıyıq”.
Qol.Az-ın məlumatına görə, bu sözləri “Trend” agentliyinə müsahibəsində Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov deyib. O bildirib ki, bu günə qədər komandamız 30-dan çox lisenziya qazanıb: “Son lisenziyamız çaparımız Camal Rəhimovdan gəldi. Bizim açıq suda üzgüçülük, qılıncoynatma, velosiped idman növlərindən də lisenziyalarımız ola bilər. Biz əlbəttə istərdik ki, 50-dən çox lisenziya qazanaq, çünki olimpiadaya 50-dən çox idmançı ilə qatılan ölkələr böyük komandalar sayılır və biz də artıq özümüzü böyük komandalar sırasında görürük. Olimpiadada qazanılan medallara gəldikdə, Azərbaycan idmançıları 10-dan çox medal qazana bilər - buna real imkanımız var. Son illərdə keçirilən çox möhtəşəm yarışlarda bizim idmançılarımız öz səviyyələrini sübut ediblər. İdmançıların hazırlıq səviyyəsi də deməyə əsas verir ki, biz 10-dan çox medal qazana bilərik. Azərbaycanın iştirakçılar sırasındakı yerinə gəldikdə, hesab edirəm ki, MDB ölkələrində 3-4-cü yerdə, Avropa ölkələri arasında 15-16-cı yerdə və dünyada ilk 20 ölkə arasında qərarlaşa bilərik. Sadəcə onu demək kifayət edər ki, 2011-ci ildə Azərbaycan qazanılmış medalların sayına görə dünyada 16-cı yerdə qərarlaşıb”.
Azərbaycan idmançılarının olimpiadaya hazırlığı haqda danışan A.Rəhimov bunları deyib: “İdmançıların olimpiadaya hazırlığı üçün xüsusi proqram qəbul olunub və həmin proqrama əməl olunması üzrə bütün məsuliyyət məşqçilərin üzərindədir. Hazırda məşqçilərin icazəsi olmadan heç bir idmançı heç yerə gedə bilməz. Hətta biz Bakının 2020-ci il Olimpiya Oyunlarına ev sahibliyi etməsi üçün Beynəlxalq Olimpiya Komitəsinə "Sifariş kitabı" təqdim etmək üçün Lozannaya səfər edən zaman Elnur Məmmədli də bizimlə getməli idi. Lakin onun məşqçisi dedi ki, hazırlıqla əlaqədar Elnur Məmmədlinin səfər etməsi heç cür mümkün deyil. Yəni, hazırda bütün səylər olimpiadaya hazırlıqla bağlıdır. Eyni zamanda, mən çox istəyirəm ki, bizim idmançılar London olimpiadası zamanı təkcə yarış meydanında deyil, ondan kənarda da çox aktiv olsunlar, mətbuatla əlaqədə olsunlar. İdmançılarımız çoxsaylı xarici jurnalistlərə Azərbaycan, onun mədəniyyəti haqqında geniş məlumat versinlər”.
A.Rəhimov Azərbaycanda dövlət tərəfindən bir ildə idmana ayrılan vəsaitin 10 milyon manat olduğunu bildirib: “Bu məbləğə tikinti məsələləri aid deyil. Yəni ölkədə sırf idmana 9 milyon 700 min manat vəsait ayrılır. Bu il də sırf London Olimpiya Oyunlarına hazırlığa əlavə 5,7 milyon manat ayrılıb. Müqayisə etsək, görərik ki, 90-cı illərin əvvəllərində Gənclər və İdman Nazirliyinə ayrılan ümumi vəsait 200 min manat təşkil edirdisə, dövlətin idmançılara, idmana, gənclər sahəsinə ayırdığı vəsait neçə qat artıb. Mən xüsusi olaraq vurğulamaq istərdim ki, cənab Prezident İlham Əliyev hər bir idmançıya xüsusi diqqət, qayğı göstərir. Ölkə başçısı idmançıların hər birinin adı, onların uğurları, problemlərindən xəbərdardır”.
“Bakının 2020-ci il Olimpiya Oyunlarına namizədliyinin təsdiq olunması nə dərəcədə realdır” sualına A.Rəhimovun cavabı belə olub:
“Qeyd etmək istəyirəm ki, Barselona 1992-ci il olimpiadasını keçirənə kimi elə də məşhur şəhər deyildi. Məhz olimpiadadan sonra Barselona şəhəri diqqət mərkəzinə düşdü. Düşünürəm ki, Olimpiya Oyunlarını kiçik şəhərlərə, dünyada bir o qədər də tanınmayan şəhərlərə həvalə etmək lazımdır. Çünki məhz bu şəhərlərin deməyə sözü, təqdim etməyə yenilikləri var. Təbii ki, Tokio, Barselona, Doha, İstanbul kimi şəhərlərlə müqayisədə biz uduza da bilərik. Lakin Beynəlxalq Olimpiya Komitəsinə təqdim etdiyimiz "Sifariş kitabında" da qeyd etdiyimiz kimi, biz əminik ki, Bakı şəhəri Olimpiya Oyunlarını layiqincə təşkil edə bilər, bizim buna istəyimiz olduğu qədər, gücümüz də var. Xüsusi məqamlardan biri, hər bir layihədə MOK, GİN, federasiyaların birgə çalışmaq bacarığıdır. Mən dəfələrlə bir sıra ölkələrdə idman federasiyalarının prezidentlərinin biri-biri ilə və yaxud yerli Olimpiya komitəsi ilə yola getmədiklərinin şahidi olmuşam. Lakin Azərbaycan idmanının uğuru da məhz ondan ibarətdir ki, bizdə idman hərəkatına qoşulan bütün strukturlar vahid komanda şəklində çalışırlar. Məhz namizəd şəhər olaraq 2020-ci il üçün əbəs yerə devizi "Biz birlikdə bacararıq" seçməmişik”.
"Barselona" onunla yeni müqavilə imzaladığını açıqladı
"Qarabağ"ın Avstriyadakı oyununda 9 qol - Video
“Qarabağ” Ukrayna komandasına uduzdu
"Şamaxı" növbəti transferini rəsmən açıqladı
“Qalatasaray” - “Napoli” danışıqlarında son durum
“Karvan”dan yayın ilk transferi
"Zirə"də yeni müqavilə - Rəsmi
"Araz-Naxçıvan" Superliqanın 2 təmsilçisi ilə qarşılaşacaq
Misli Premyer Liqasının püşkü bu tarixdə atılacaq
"Zirə"nin rəqibinin ulduz futbolçusu karyerasını başa vurdu
"Sabah" - "Çelye" oyununa nə qədər bilet satılıb?
“İmişli”də yeni qapıçı
Teo Ernandesin transferi tamamlanmaq üzrədir
"Real" oyunun təxirə salınmasını istəyir
Azərbaycan Premyer Liqasında 12 klubdan 5-nin baş məşqçisi əcnəbidir - Bəs, İliç kimdir?
"Sumqayıt" yeni baş məşqçisini açıqladı
"Şamaxı"dan ayrılan futbolçu bu kluba keçdi
"Əl-Əhli"nin hədəfi Messidir
"Bakı və "Qarabağ" həmişə qəlbimdə yer alacaq" - Jezniçak
QOL.az-dan yeni imkanlar...
Mbappe "Real"da heç kimin bacarmadığını etdi
Millimiz Avropa çempionatında ikinci yeri tutdu
"Turan Tovuz" Türkiyəyə getdi
Kuboku yenə Meksika qazandı
Gürcüstan millisinin üzvü “Sportinq”də
Donnarumma ağır zədəyə səbəb olduqdan sonra şoka düşüb
Avropa çempionatında 1 gümüş, 2 bürünc medal
Millimizin qapıçısı sabiq klubuna qayıtdı
"Zirə"nin Boluda ilk məşqi - Şəkillər
"Fənərbaxça" yeni transferini açıqladı
"Atalanta" onu "Nyukasl"a buraxmır
Patrik Vieyra onun transferinin qarşısını aldı
"Mançester Yunayted"in yeni hədəfi bilindi
"Şamaxı"dan legioner transferi - Rəsmi
Yalnız "Tottenhem"i istəyir
"Arsenal" Gyökereşin transferinə yaxınlaşır
"Qarabağ" və "Zirə"dən daha çox transfer gözləntiləri var"
"Portu"nun yeni baş məşqçisi açıqlandı
Subimendi "Arsenal"da - Rəsmi