Qeyri-sabit və qarlı hava şəraiti Unibank Premyer Liqasının XXI turu çərçivəsində keçiriləcək “Qəbələ” – “Xəzər Lənkəran” matçının məkanının dəyişdirilməsinə səbəb olub.
Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Qəbələ Şəhər stadionu qar örtüyü altında qaldığına görə qarşılaşma Qəbələ Rayonu Böyük Əmili kənd meydançasında baş tutacaq.
Sözügedən süni ot örtüklü stadion “Qəbələ” klubu tərəfindən inşa olunub və bütün müasir standartlara cavab verir.
Qeyd edək ki, Unibank Premyer Liqasının təsnifat mərhələsinin ikinci dövrəsində keçirilən “Qəbələ” – “Sumqayıt Şəhər” matçı da eyni səbəbdən Böyük Əmilidə baş tutmuşdu.
Almaniya millisində itki
Messi 39 yaşında
Didye Deşama ağır itki
İngiltərə - Qana: Heyətlər
23 illik yaş fərqi ilə eyni meydanda
FİFA-dan pley-off mərhələsi üçün yeni penalti qaydası
Ronaldodan yeni rekord
"Qarabağ" Avstriya toplanışına start verdi - Video
"İpsviç Taun"da yeni baş məşqçi