Advokat Səmədovdan imtina etməsinin səbəbini açıqladı

Advokat Səmədovdan imtina etməsinin səbəbini açıqladı
GÜNDƏM 15 Fevral 2012 / 21:15 2874
-  A +

Rusiya millisinin baş məşqçisi Dik Advokat azərbaycanlı futbolçu Aleksandr Səmədovu fevralın 29-da Kopenhagendə Danimarka yığmasına qarşı keçiriləcək matça dəvət etməməsinin səbəbini açıqlayıb.

Qol.Az-ın məlumatına görə, Advokat qeyd edib ki, Səmədov hələ məyus olmamalıdır. O, Səmədovun "Avro-2012"yə gedəcək heyətə düşmək şansının olduğunu deyib.

"Biz bu dəfə milliyə Kokorini dəvət etmək qərarı verdik. Bundan başqa, sağ cinahda Arşavin və Zoqoyev də oynaya bilər. Hələlik fikir yürütmək tezdir. Millinin heyəti ölkə çempionatının oyunları zamanı müəyyənləşəcək" - deyə Advokat bildirib.

Daha çox


Son xəbərlər