Yenidən "Rəvan" klubunun baş məşqçisi təyin olunan Bəhmən Həsənov Qol.Az saytına müsahibə verib
- Bəhmən müəllim, əvvəla köhnə-təzə işiniz xeyirli olsun.
- Çox sağ olun, minnətdaram.
- Yenidən “Rəvan”ın baş məşqçisi vəzifəsinə çağırılmağınız kim tərəfindən təklif olundu?
- Klubun vitze-prezidenti Bəhruz Şirəliyev bu təklifi etdi. Rəhbərlik mənə etimad göstərdi. Düzü, komandanın baş məşqçi postunda müvəqqəti çalışmağım qərara alınıb.
- Rəhbərliyiniz altında komanda yaxşı nəticələr qazandı, postunuzda uzun müddət qala bilərsiniz?
- Əlbəttə hər şey ola bilər. Qala da bilərəm, qalmaya da. Durub indi mətbuatda özümü tərifləməyin, boş vədlər verməyin mənası yoxdur. Yaxşı bilirsiniz ki, mənim işim uşaq futboluna rəhbərlik etməkdir. Orada da, çox böyük işlər görürük.
- Köməkçiləriniz kim olacaq? Yeniləriylə çalışmaq qərarına gəlmisiniz, yoxsa?
- Mən Vladislav Qədirovun vaxtında işləyən köməkçilərə dəyməmişəm. Yalnız köməkçi məşqçi Vaqif Hidayətovla yollarımızı ayırmışıq. Onun yerinə əvəzedici komandadan Aşiq Qəmbərov gətirilib. Demək olar ki, komandanın bütün heyəti yerindədir. Sözün düzü, onların hamısını komandaya mən dəvət etmişdim. İstər Ramil Əliyev, Ceyhun Əliyev, istərsə də həkimindən tutmuş masajistinə qədər hamısı mənim dövrümdə komandaya götürülüblər.
- Yenidən “Rəvana” qayıdacağınızı heç düşünürdünüz?
- Əvvəla, futbol təhsilimi artırmaq üçün rəhbərlik mənə həm maddi, həm də, mənəvi dəstək olur. Hazırda Pro kateqoriyalı kursları bitirmək istəyirəm. Əslində, yenidən “Rəvan”ın baş məşqçi postuna qaytarılacağıma ümidim yox idi. Ancaq nə vaxtsa, fərqi yoxdur hansı klubda olursa-olsun, baş məşqçi işləyəcəyimə inanırdım. Lakin “Rəvan”a qayıdacağımı gözləmirdim. Çünki mən məhz nəticə verə bilmədiyim üçün komandadan ayrılmışdım. Çox sevindim ki, komandada yarımçıq qalmış missiyamı davam etdirəcəyəm. Çünki o vaxt söz vermişdim ki, “Rəvan” ilk “altılıq”da yer alacaq. Komandamın heyəti demək olar ki, heç dəyişməyib.
- Nəyə görə Vladislav Qədirovun “Rəvan”dan uzaqlaşdırdığı iranlı futbolçular Davud və Natiq Kərimini yenidən komandaya qaytardınız?
- Yadıma gəlir ki, onlar mənim barəmdə mətbuata açıqlama vermişdi. Qardaşlardan biri - Natiq Kərimi məndən narazı olduğunu demişdi. Onun əla futbolçu olduğuna heç bir şübhəm yoxdur. Əksinə, mənim onun oyunundan çox xoşum gəlirdi. Lakin necə oldusa, mən ona şans vermədim. Çünki həmin mövqedə bizdə Tağım Novruzov və Samuel Baralay oynayırdı. Ona gənc olduğunu və qarşıdakı oyunlarda şansını gözləməyi məsləhət bildirdim. Hətta bir dəfə komandadan getmək istədiyini dedi. Mən də etiraz etmədim. Sonradan fikirimi dəyişərək klubda qalmağı məsləhət bildim. Və ona bildirdim ki, qarşıdakı görüşlərdə sənə şans verəcəyəm. İş elə gətirdi ki, Tağım Novruzov dörd oyunluq cəza aldı. Və bundan sonra Natiq Kəriminin ulduzu parladı. Elə oldu ki, onun oynaması Vladislav Qədirovun dövrünə düşdü. Bir neçə oyun meydana çıxsa da, sonradan Qədirov ona etimad göstərmədi. Dediyim odur ki, Natiq Kəriminin oynadığı oyunlarda ”Rəvan” bir çox komandaya qalib gəlmişdi.
- Vladislav Qədirovun istefaya göndəriıməsi sizin üçün nə dərəcədə gözlənilməz oldu?
- Klubun prezidentinin verdiyi qərarı mən müzakirə edə bilmərəm. Sadəcə olaraq, həmin gün “Rəvan” –“Sumqayıt” oyununa baxdıqdan sonra mən evə yollandım. Sonradan klubun vitze-prezidenti Bəhruz Şirəliyev məni çağıraraq, rəhbərlik tərəfindən komandanın baş məşqçisi vəzifəsinə təyin edildiyimi bildirdi.
- “Sumqayıt”la oyundan öncə Vladislav Qədirovun istefaya göndəriləcəyindən xəbəriniz var idi?
- Yox. Belə olacağını hardan bilə bilərdim? Ümumiyyətlə, mən özüm də məhz “Sumqayıt”la oyundan sonra istefaya göndərilmişdim.
- Onda belə çıxır ki, “Sumqayıt”la hər oyun “Rəvan”ın baş məşqçiləri üçün lənətlənib?
- Nə bilim, vallah, dəyəsən, belədir (gülür).
- Deyilənə görə, Vladislav Qədirov Davud və Natiq Kərimi qardaşlarını oyun alqı-satqısında əli olduqları üçün komandadan uzaqlaşdırıbmış. Siz necə düşünürsünüz?
- Şəxsən mən buna inanmıram. Heç bir futbolçunun hərəkətini şübhə altına ala bilmərəm. Mən inanmıram ki, klubun çörəyini yeyən bir insan haramçılıq etsin. Haram bir tikə halalı da aparar. Biz belə adamların taleyinin şahidi olmuşuq. Siz özünüz yaxşı bilirsiniz ki,belə futbolçular olub. İndi həmin insanlar tamamilə işsizdilər. Futbol ictimaiyyəti və çoxları həmin insanları tanıyır. Mən futbolçularıma hər zaman güvənmişəm. Və inanmıram ki, belə işlə məşğul olsunlar.
- İlk “altılığ”a vəsiqə qazanmaq şanslarınızı necə görürsünüz?
- Birinci oyunlardan çox şey asılıdır. Biz “Turan”la, “Qəbələ” isə Zaqatalada “Simurq"la qarşılaşacaq. Özünüz də bilirsiniz ki, “Simurq” güclü komandalardandır. Belə götürəndə “Qəbələ” ilə bizim aramızda elə də böyük xal fərqi yoxdur. Altıncı pillədən bizi cəmi dörd xal ayırır. Ümumiyyətlə qarşıda bizi çox çətin oyunlar gözləyir. “Turan”dan sonrakı rəqiblərimiz “Neftçi” “İnter” və “Qəbələ” olacaq. Bizimlə bərabər rəqiblərimiz də çətin çınaq qarşısında olacaqlar.
Əli HƏYATİ
"Qarabağ" Niderlanddan qələbə ilə qayıdır
Avropa Liqası: "Beşiktaş"dan qələbə, "Trabzonspor" büdrədi
"Ayaks" azarkeşlərindən etiraz
Şeydayev oynadı, komandası qalib gəldi
"Məni ən çox nankorluq narahat edir"
“Kayrat”dan ağır məğlubiyyət
Onlar da bugünkü oyunu buraxırlar - “Qarabağ”da yeni itkilər
“Qarabağ” “Tvente” ilə oyuna bu heyətlə çıxır
Ronaldinyo 46 yaşında karyerasını bərpa edir
London klubu azarkeşlərinə xəbərdarlıq etdi
“Bu forma üçün əlimdən gələni edəcəyəm”
Premyer Liqadakı ilk matçını buraxa bilər
“Karvan-Yevlax” nigeriyalı futbolçu ilə gücləndi
“Barselona” Kanselunu transfer etdi
Klub tarixinin ən gənc debütantı oldu
"Qarabağ"la oyun öncəsi "Tvente"də ayrılıq
"Barselona" Kundeyə qiymət qoydu
"Parma"dan "Benfika"ya - Rəsmi
"Qalatasaray" rus futbolçunun transferini elan etdi
Dünyanın ən bahalı futbol klubları – Siyahı
Azərbaycandan ayrılıb Polşa klubuna keçdi
La Liqada 400-cü oyun
Mourinyonun toxunulmazları
Simiç tarixə belə düşdü
"Sumqayıt"ın xəsarət alan futbolçusuna ağır cəza
Avropa Liqasında 12 oyun
"Barselona" "Fənərbaxça"nın qapıçısını istəyir
Brahim Konate Kipr klubunda
“Sabah”ın qapıçısı Qazaxıstan millisinə çağırıldı
"Tvente" - “Qarabağ” oyunu bu kanalda
“Sabah”ın bombardiri: “Stadionu doldurun!” - Video
“Milan” Dieqo Moreyranı transfer etdi
“Səbail” – “Sakaryaspor” oyununda kütləvi dava olub
“Hapoel” - “Sabah” oyununun - Videoicmalı
“Bir həftə ərzində səhvlərimizi düzəltməliyik” - Dambrauskas
"Bakıda yaxşı oyun keçirəcəyik” - “Hapoel"in baş məşqçisi
“Barselona” 48-ci dəfə “Joan Qamper” kubokunu qazandı
Kamilo Duran dubl etdi, "Seltik" qalib gəldi
"Sabah" "Hapoel"ə məğlub oldu
"Zirə" və "Neftçi" qalib gəldi, "Sumqayıt" uduzdu
Stadionda meyit tapıldı
Qırmızı vərəqə ona baha başa gəldi
Premyer Liqadan getdi, ərəb klubuna keçdi