Bu gün qadın voleybolçular arasında Çempionlar Liqasının 1/8 final mərhələsi başa çatacaq. Qol.Az-ın məlumatına görə, bu mərhələnin sonuncu oyun günündə Bakının “Rabitə” klubu “Atom”la (Polşa) cavab matçına çıxacaq.
Oyunun gərgin keçəcəyini əvvəlcədən proqnozlaşdırmaq olar. Çünki Sopotda baş tutan ilk matçda gözlənilmədən 1:3 hesabı ilə məğlub olan dünya çempionları “Sərhədçi” Olimpiya Mərkəzində bunun qisasını almağa çalışacaqlar. Lakin rəqib də ciddi itkilərə baxmayaraq, özünü sübut üçün meydana çıxacaq.
Amma “Atom”la müqayisədə voleybolçularımızın 1/4 finala yüksəlmək şansı daha yüksəkdir. Çünki paytaxtda məğlubedilməz olan “Rabitə”nin polşalılar qarşısında büdrəyəcəyi inandırıcı deyil. Əsas hədəfi Çempionlar Liqasının qızıl medalını qazanmaq olan bakılılar cavab görüşündə öz gücünü göstərəcəyi gözləniləndir.
Düzdür, hesab bərabərləşdikdən sonra cütün taleyinə “Qızıl set”də aydınlıq gələcək. Bu “lotereya”da isə şanslar bərabər olsa da, azarkeş amili məhz “Rabitə”nin xeyrinədir.
Çempionlar Liqası
1/8 final mərhələsinin cavab oyunu
9 fevral
17:00. “Rabitə” (Azərbaycan) – “Atom” (Polşa)
Hakimlər: Gennadi Kondakov (Ukrayna), Yuri Bakunoviç (Belarus)
“Sərhədçi” Olimpiya Mərkəzi
Arne Slotdan etiraf
20 il sonra “Kamp Nou”da
Dünyanın ən yaxşı "tək klublu" futbolçuları kimlərdir?
“Barselona” bir matça görə 10 milyon qazana bilər
Klub futbolçusuna görə yığmanı FİFA-ya şikayət etdi
Çempionşip klubunun apellyasiya şikayəti rədd edildi
"Yuventus" "Liverpul"un qapıçısına göz dikdi
“Cəbrayıl”ın 3 qollu qələbəsindən - Video