"Bakı"nın yeni transferi danışdı (VİDEO)

"Bakı"nın yeni transferi danışdı (VİDEO)
GÜNDƏM 6 Fevral 2012 / 00:15 3195
-  A +

"Bakı"nın yeni transferi Serxio Kontreras klubun "fcBTv" teleziviyasına müsahibə verib. Qol.Az-ın məlumatına görə, "Koke" ləqəbli futbolçu "Bakı"nın uğuru üçün əlindən gələni edəcəyini bildirib: Koke 1983-cü ilin 27 aprel tarixində Malaqada (İspaniya) anadan olub. Peşəkar futbol karyerasını 2001-ci ildə "Malaqa"nın B komandasında başlayıb. Tədricən, əsas heyətdə yer alan Koke 2003-cü ilə qədər doğma şəhərinin klubunda oynayıb. 2004-cü ildə Fransanın iddialı klublarından sayılan "Marsel"ə transfer olunan Kontreras 43 oyunda meydana çıxıb və 6 qola imza atıb. 2006-cı ildə icarə əsasında Portuqaliyanın "Sportinq" klubunun şərəfini qoruyub. Ardından Kokenin Yunanıstan karyerası başlayıb. 2006-2011-ci illər ərzində "Aris" forması geyən forvard 132 oyuna 28 qol vurub. 2011-ci ilin əvvəllərində Amerika Birləşmiş Ştatlarının "Xyuston Dinamo" klubunun heyətində yer alan Koke 7 oyun keçirib. Son mövsüm yenidən İspaniyaya qayıdan hücumçu "Rayo Valekano" ilə anlaşıb. laliqada 5 oyuna çıxan Koke 1 qola imza atıb.


Daha çox


Son xəbərlər