Bakının "Neftçi" klubu Çeçenistan Respublikasının mərhum prezidenti Əhməd Kadırovun xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə bu gün son görüşünü keçirib.
Qol.Az-ın məlumatına görə, son Azərbaycan çempionu III yer uğrunda Rusiyanın "Terek" klubu ilə qarşılaşıb.
Qrup mərhələsi çərçivəsində Ukraynanın "Metallist" klubuna uduzan "Neftçi" turnirin üçüncüsü ola bilərdi. Bunun üçün də Böyükağa Hacıyevin komandası "Terek"i məğlub etməli idi ki, bunu da bacarıb.
Qeyd edək ki, oyun Bakı vaxtı ilə saat 13:00-da başlayıb.
3 fevral
III yer uğrunda oyun
13:00. "Neftçi" - "Terek" - 3:0
Qollar: Slavço Georgiyevski, 18 (1:0), Cavid İmamverdiyev, 48 (2:0), Cavid Hüseynov, 66 (3:0)
"Neftçi"nin start heyəti: Rauf Mehdiyev, Alessandro Viana da Silva, İqor Mitreski, Cavid İmamverdiyev, Slavço Georgiyevski, Cavid Hüseynov, Mirhüseyn Seyidov, Rəşad Abdullayev, Denis Silva, Ruslan Əmircanov, Bahodir Nasimov.
"Terek"in start heyəti: Y.Qodzyur, D.Yatçenko, B.Georgiyev, S.Essame, A.Pavlenko,M.Mguni, O.Vlasov, P.Poldzak, M.Jiranek, O.İvanov, İ.Lebedenko
Qeyd edək ki, "Neftçi" oyuna itkilərlə çıxıb, Rail Məlikovla, Ruslan Abışov zədəli olmaları səbəbindən meydana çıxa bilməyib. Bu futbolçuların Unibank Premyer Liqasının XIX turu keçiriləcək "Bakı" - "Neftçi" matçında oynayıb-oynamayacaqları da sual altındadır.
Oyun başladı
10. Matçın ilk 10 dəqiqəsi geridə qaldı. "Terek"in ərazi üstünlüyü azacıq da olsa nəzərə çarpır. Amma hələ ki hesab açılmayıb.
12. "Neftçi"nin əks hücumü təhlükəli alındı. Qapıçının irəli çıxdığını görən Rəşad Abdullayev uzaq məsafədən zərbə endirdi. Bu epizodda top azacıq qapının üstündən keçdi
18. Slavço Georgiyevskinin möhtəşəm zərbəsindən sonra top düz doqquzluqdan qapıya daxil oldu...."Neftçi" 1-0 hesabı ilə irəlidədir.
22. Rəşad Abdullayevin cərimə zərbəsindən sonra qapıçı topu tutur
25. "Neftçi"nin daha bir hücümü təhlükəli alına bilərdi amma "Terek"in futbolusu Bahadır Nəsimovun qarşısını kobudluqla alır. Bu da azmış kimi hakim simulyasiyaya görə Nəsimova sarı vərəqə göstərir
33. Mirhüseyn Seyidovun cərimə zərbəsindən sonra qapıçı topu tutur
36. B.Georgiyevin cərimə zərbəsi zamanı, qapı dirəyi "Neftçi"ni qoldan xilas edir
44. Georgiyev yenidən diqqət mərkəzinə düşür. Bu dəfə onun zərbəsini Rauf Mehdiyev zərərsizləşdirir, təkrar zərbə isə qapı tirinə tuş gəlir
İlk hissə başa çatdı
İkinci hissə başlandı...
"Neftçi"nin heyətində bir dəyişiklik var. Qapıçı Rauf Mehdiyev, Saşa Stamenkoviçlə əvəzlənir
48. Bahadır Nəsimov rəqib müdafiəçilərlə mübarizədən qalib ayrılıb topu boş mövqedə olan Cavid İmamverdiyevə ötürür. O da öz növbəsində qapını dəqiq nişan alır - 2:0.
52. "Neftçi" 3-cü topu vura bilərdi. Mirhüseyn Seyidovun təxminən 30 metr məsafədən vurduğu topu qapıçı çətinliklə tutdu
64. Rəqibin heyətində Georgiyevin zərbəsi qapının üstündən keçdi
66. Cavid Hüseynovdan fantastik bir zərbə. Məhz onun zərbəsindən sonra top qapının doqquzluğundan tora daxil oldu - 3:0.
70. Bahadır Nəsimov 4-cü topu rəqib qapısına vurur. Təəssüf ki, hakimin bayrağı havadadır.Oyundan kənar vəziyyət. Ümumiyyətlə bu qarşılaşmada hakimin bir çox qərarları şübhə doğurur
76. "Terek"in hücumu təhlükəli alındı amma bu dəfə top qapının yanından keçdi
77. Cavid Hüseynovun zərbəsi gözəl alınır amma qapıçı komandasını 4-cü qoldan xilas edir
Yeri gəlmişkən oyunu izləyənlə arasında "Terek" klubunun prezidenti Maqomed Daudov və "Anji" klubunun keçmiş baş məşqçisi Hacı Hacıyev də var
78. Cavid İmamverdiyev meydanı tərk edir. Onun yerinə oyuna gənc Kənan Manaflı daxil olur
85. "Neftçi"nin daha bir gənc üzvü İlham Allahverdiyev, Bahadır Nəsimovu əvəzləyir
Oyun başa çatdı. "Neftçi" "Terek"i 3:0 hesabı ilə məğlub etdi.
"Qarabağ" Niderlanddan qələbə ilə qayıdır
Mahir Emreli Konfrans Liqasında yenə qol vurdu
Avropa Liqası: "Beşiktaş"dan qələbə, "Trabzonspor" büdrədi
"Ayaks" azarkeşlərindən etiraz
Şeydayev oynadı, komandası qalib gəldi
"Məni ən çox nankorluq narahat edir"
“Kayrat”dan ağır məğlubiyyət
Onlar da bugünkü oyunu buraxırlar - “Qarabağ”da yeni itkilər
“Qarabağ” “Tvente” ilə oyuna bu heyətlə çıxır
Ronaldinyo 46 yaşında karyerasını bərpa edir
London klubu azarkeşlərinə xəbərdarlıq etdi
“Bu forma üçün əlimdən gələni edəcəyəm”
Premyer Liqadakı ilk matçını buraxa bilər
“Karvan-Yevlax” nigeriyalı futbolçu ilə gücləndi
“Barselona” Kanselunu transfer etdi
Klub tarixinin ən gənc debütantı oldu
"Qarabağ"la oyun öncəsi "Tvente"də ayrılıq
"Barselona" Kundeyə qiymət qoydu
"Parma"dan "Benfika"ya - Rəsmi
"Qalatasaray" rus futbolçunun transferini elan etdi
Dünyanın ən bahalı futbol klubları – Siyahı
Azərbaycandan ayrılıb Polşa klubuna keçdi
La Liqada 400-cü oyun
Mourinyonun toxunulmazları
Simiç tarixə belə düşdü
"Sumqayıt"ın xəsarət alan futbolçusuna ağır cəza
Avropa Liqasında 12 oyun
"Barselona" "Fənərbaxça"nın qapıçısını istəyir
Brahim Konate Kipr klubunda
“Sabah”ın qapıçısı Qazaxıstan millisinə çağırıldı
"Tvente" - “Qarabağ” oyunu bu kanalda
“Sabah”ın bombardiri: “Stadionu doldurun!” - Video
“Milan” Dieqo Moreyranı transfer etdi
“Səbail” – “Sakaryaspor” oyununda kütləvi dava olub
“Hapoel” - “Sabah” oyununun - Videoicmalı
“Bir həftə ərzində səhvlərimizi düzəltməliyik” - Dambrauskas
"Bakıda yaxşı oyun keçirəcəyik” - “Hapoel"in baş məşqçisi
“Barselona” 48-ci dəfə “Joan Qamper” kubokunu qazandı
Kamilo Duran dubl etdi, "Seltik" qalib gəldi
"Sabah" "Hapoel"ə məğlub oldu
"Zirə" və "Neftçi" qalib gəldi, "Sumqayıt" uduzdu
Stadionda meyit tapıldı
Azərbaycan klublarının yay transferləri - Yenilənir
Qırmızı vərəqə ona baha başa gəldi
Premyer Liqadan getdi, ərəb klubuna keçdi