"Qəbələ" Xorvatiya klubunu məğlub etdi

GÜNDƏM 2 Fevral 2012 / 21:29 4748
-  A +

"Qəbələ" klubu bu gün Antalyada keçirdiyi toplanış çərçivəsində 5-ci – sonuncu oyununa çıxıb.

Qol.Az-ın məlumatına görə, komandamız Xorvatiya təmsilçisi RNK “Split” klubu ilə qarşılaşıb.

90 dəqiqənin sonunda qalibi müəyyənləşdirmək mümkün olmayıb: 2:2.

"Qəbələ"nin qollarına Aleksandr Çertoqanov və Lyubo Baranin imza atıblar.

Daha sonra tərəflər penaltilər seriyasında qüvvələrini sınayıblar. 

Penaltilər seriyasını daha dəqiq yerinə yetirən "Qəbələ" rəqibinə qalib gəlib.


Daha çox


Son xəbərlər
11.01.26  10:54

Ciddədə "El Klasiko"

10.01.26  13:12

2 ay Mbappe, 2 ay Yamal