"Neftçi" klubu bu gün Çeçenistan Respublikasının ilk prezidenti Əhməd Kadırovun xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə üçüncü oyununu keçirib.
Qol.Az-ın məlumatına görə, “ağ-qaralar”ın qrupdakı son rəqibi Özbəkistanın "Paxtakor" klubu olub.
Finala çıxmaq üçün "Neftçi" mütləq qələbə qazanmalı idi. "Ağ-qaralar" eyni zamanda digər oyunda "Poloniya"nın "Metallist"ə qalib gəlməsinə ümid etməli idi ki, bu da baş tutmayıb.
Rəqibini 3:0 hesabı ilə məğlub edən "Neftçi" finala adlaya bilməyib. Buna səbəb isə digər oyunda "Metallist"in "Poloniya"ya 4:0 hesabı ilə qalib gəlməsidir. Beləliklə finala məhz Ukrayna təmsilçisi vəsiqə qazanıb.
Qeyd edək ki, qrupda hər iki oyun Baxı vaxtı ilə saat 17:00-da başlayıb.
1 Fevral
17:00. "Neftçi" - "Paxtakor" - 3:0
Qollar: Rəşad Abdullayev, 4 (1:0), Bahadır Nəsimov, 45 (2:0), 65 (3:0)
17:00. "Metallist" - "Poloniya" - 4:0
"Neftçi"nin start heyəti: Rauf Mehdiyev, Rail Məlikov, İqor Mitreski, Ruslan Abışov, Slavço Georgiyevski, Cavid Hüseynov, Mirhüseyn Seyidov, Rəşad Abdullayev, Denis Silva, Ruslan Əmircanov, Bahadır Nəsimov.
"Paxtakor"un start heyəti: A.Lobanov, Y.Krimets, A.Nikolayev, S.Oraxavec, A.Xolmurodov, G.Uronov, F.Tadjiyev, S.Andreyev, D.Şarafetdinov, İ.Klimaşvili, N.Şabimura.
Hakimlər briqadası Rusiyadandır. Baş hakim Aleksey Nikolayevdir.
Oyun başladı
Qarşılaşmaya "Neftçi" daha fəal başladı.
3. Bahodir Nasimov qapıçı ilə təkbətək çıxsa da hesabı açmaq mümkün olmadı
4. "Neftçi"nin Azərbaycansayağı künc zərbəsi zamanı Rəşad Abdullayev son nöqtəni qoyur - 1:0
15. "Paxtakor" hesabı bərbərləşdirə bilərdi amma bu epizodda Rauf Mehdiyev komandanı qoldan xilas etdi.
"Neftçi" 2-ci qolu vurmaq üçün irəli atılıb. Yeri gəlmişkən qrupun digər matçında Ukraynanın "Metallist" klubu Polşanın "Poloniya" komandasını 2:0 hesabı ilə məğlub edir
37. Hakim Bahadır Nəsimova qarşı kobudluğa görə "Paxtakor"un qapısına penalti təyin edir. Topa yaxınlaşan Mirhüseyn Seyidovun zərbəsindən sonra qapıçı komandasını qoldan xilas etdi
40. Rail Məlikovun yerinə meydana gənc Elvin Yunuszadə çıxır
45. Bahadır Nəsimov, Rəşad Abdullayevin sağ cinah ötürməsini qola çevirdi - 2:0.
İlk hissə başa çatdı
İkinci hissə başladı
59. Mirhüseyn Seyidovun əvəzinə meydana Cavid İmamverdiyev daxil olur
65. Böyükağa Hacıyev bu oyunda da gənc Emin Mehdiyevə şans verdi.Emin, Cavid Hüseynovun əvəzinə meydana çıxır
67. Cavid İmamverdiyevin ideal ötürməsini Bahodir Nasimov qola çevirdi - 3:0.
71. Dubl etmiş Nəsimovun yerinə meydana Fərid Quliyev çıxır
77. "Neftçi"nin heyətində daha bir gənc futbolçu meydana daxil olur. Elvin Yunuszadə yerini Kərim Diniyevə verir
82. Slavço Georgiyevski meydanı tərk edir. Onun əvəzinə meydana 17 yaşlı Kənan Manaflı daxil olur.Rəşad Abdullayev isə Alessandro Viana da Silva ilə dəyişdirilir
Oyun başa çatdı
"Real"dan gedəcək?
Messidən sərt tələb
“Komandanın hazırkı vəziyyəti məni qane edir” - Rui Jorje
Qrizmann ilin ən yaxşı futbolçusu seçildi
34 yaşında karyerasını bitirdi
Azərbaycan millisi İraqla qarşılaşdı
Yığmamız Farer adalarına qalib gəldi
Yüksək maaşı İngiltərəyə dönüşünə mane olur
Yalnız ÇL-də çıxış edəcək kluba keçməyə hazırlaşır
"Xankəndi"nin evdəki ilk oyununa maraq necədir?
Azərbaycanın U-21 millisi Omana qalib gəldi
Vinisius baş məşqçidən narazı qaldı
“Mançester Yunayted” onu hədəfə aldı
“Araz-Naxçıvan”ın zədəli futbolçusundan xəbər var
Qazaxıstan millisinin baş məşqçisi ilə müqavilə uzadılmadı
Braziliya Sinqapura 7 qol vurdu
Nurmaqomedovlar həbsdən azad edildilər
Azərbaycan millisi seçmə mərhələdə ilk xalını qazandı
1-ci liqada oyunların saatı açıqlandı
Orsatonun gəlişindən sonra qayda pozuntularının sayı azalıb
Azərbaycanı dünya çempionatında təmsil edəcək şahmatçılar
Dünya çempionu vəfat etdi
Bu gün QOL.az saytının 18 yaşı tamam olur
"Arsenal" onunla razılaşdı
Gəncədə "Qarabağ"la oyuna böyük maraq var
1 qola görə mümkün pley-off-dan kənarda qaldıq
Millidə debüt matçında qol vuran Eşqin: "Çox xoşbəxtəm"
Bugünkü oyunları yayımlayacaq kanallar
Niderland millisindən tarixi antirekord
Başından top zərbəsi alan futbolçu vəfat etdi
Xavi: “Bu, biabırçılıqdır”