Hazırlıqlarını Türkiyənin Antalya şəhərində davam etdirən "Simurq" klubu bu gün növbəti yoxlama matçına çıxıb.
Qol.Az-ın məlumatına görə, Zaqatala təmsilçisi bu dəfə Almaniya klubu "Offenbax"la qarşılaşıb.
Görüş Almaniya təmsilçisinin qələbəsi ilə başa çatıb. Fasiləyə 2 top fərqi ilə məğlub yollanan "Simurq" ikinci hissədə bir qolun əvəzini çıxsa da, bu yetərli olmayıb - 1:2.
Qeyd edək ki, ilk görüşündə Qazaxıstanın "Kaysar" klubu ilə qarşılaşan Sergey Yuranın komandası matçdan 1:1-lik bərabərliklə ayrılmışdı. Eyni hesab Gürcüstanın "Torpedo" klubu ilə keçirilən görüşdə də qeydə alınmışdı.
Arne Slotdan etiraf
20 il sonra “Kamp Nou”da
Dünyanın ən yaxşı "tək klublu" futbolçuları kimlərdir?
“Barselona” bir matça görə 10 milyon qazana bilər
Klub futbolçusuna görə yığmanı FİFA-ya şikayət etdi
Çempionşip klubunun apellyasiya şikayəti rədd edildi
"Yuventus" "Liverpul"un qapıçısına göz dikdi
“Cəbrayıl”ın 3 qollu qələbəsindən - Video