Ötən gün Rusiyada keçirilən ənənəvi "Birlik kuboku" turnirinə yekun vurulub.
Qol.Az-ın məlumatına görə, Sankt-Peterburqda keçirilən yarışın final görüşündə Rusiya və Belarusun 21 yaşlılardan ibarət yığma komandaları qarşılaşıb.
Bu oyun rusların 2:0 hesablı qələbəsi ilə başa çatıb. Bununla da, daha bir həmyerlimiz "Birlik kuboku"nun qalibi adını qazanıb. Azərbaycan milli komandasına namizəd olan "Spartak" (Moskva) klubunun yarımmüdafiəçisi Emin Mahmudov Rusiya yığması ilə turnirin qalibi olub.
Qeyd edək ki, oyunu əvəzlənmədən keçirən Mahmudov matçın 87-ci dəqiqəsində sarı vərəqə ilə cəzalandırılıb.
Arne Slotdan etiraf
20 il sonra “Kamp Nou”da
Dünyanın ən yaxşı "tək klublu" futbolçuları kimlərdir?
“Barselona” bir matça görə 10 milyon qazana bilər
Klub futbolçusuna görə yığmanı FİFA-ya şikayət etdi
Çempionşip klubunun apellyasiya şikayəti rədd edildi
"Yuventus" "Liverpul"un qapıçısına göz dikdi
“Cəbrayıl”ın 3 qollu qələbəsindən - Video