"Xəzər Lənkəran" yeni transferindən imtina etdi

"Xəzər Lənkəran" yeni transferindən imtina etdi
GÜNDƏM 28 Yanvar 2012 / 15:14 4163
-  A +

"Xəzər Lənkəran" klubu bir müddət öncə transfer etdiyi malili hücumçu Siriman Maqassoubanın xidmətindən imtina edib.

Bu barədə Qol.Az-a açıqlamasında klubun vitse-prezidenti Tuyqun Nadirov məlumat verib.

T.Nadirov bildirib ki, Maqassoubanın fiziki durumu onları qane etmədiyindən futbolçu ilə yollarını ayırıblar: "Bir müddət öncə transfer etdiyimiz 3 malili futbolçu tibbi müayinədən keçdi. İki futbolçunun fiziki durumu qaydasında olsa da, Maqassoubanın vəziyyəti bizi qane etmədi və onun xidmətindən imtina etdik".

Daha çox


Dünya Çempionatı 2026
Son xəbərlər
25.06.26  18:04

"Səbail"ə qayıtdı

topaz banner