Bu gün Yunanıstan Superliqasında XIX turun oyunlarına start verilib.
Qol.Az-ın məlumatına görə, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Araz Abdullayevin şərəfini qoruduğu "Panionios" klubu növbəti matçına çıxıb.
A.Abdullayevin komandası doğma azarkeşləri önündə "Kerkura" ilə qarşılaşıb. Son turda səfərdə PAOK-a 0:1 hesabı ilə uduzan "Panionios"u bu oyunda yalnız qələbə razı sala bilərdi.
Fasiləyə qolsuz yollanan komandaların oyununda hesab ikinci hissədə açılıb. Fasilədən sonra iki dəfə fərqlənən "Panionios" oyundan 2:0 hesabı ilə qalib ayrılıb.
Qeyd edək ki, "Olimpiakos" ilə kubok matçında ehtiyatda qalan Arazın bu görüşdə meydana çıxacağı gözlənilirdi. Lakin baş məşqçi bu görüşdə də Araza şans verməyib.
28 yanvar
Yunanıstan Superliqasında XIX turun oyunları
19:15. "Panionios" - "Kerkura" - 2:0
Qollar: Kuqi, 71 (1:0), Şembri, 88 (2:0)
Arne Slotdan etiraf
20 il sonra “Kamp Nou”da
Dünyanın ən yaxşı "tək klublu" futbolçuları kimlərdir?
“Barselona” bir matça görə 10 milyon qazana bilər
Klub futbolçusuna görə yığmanı FİFA-ya şikayət etdi
Çempionşip klubunun apellyasiya şikayəti rədd edildi
"Yuventus" "Liverpul"un qapıçısına göz dikdi
“Cəbrayıl”ın 3 qollu qələbəsindən - Video