«Coca-Cola» şirkətinin sponsorluğuyla AFFA-nın təşkil etdiyi U-13 liqasının təşkilatçılığının çox bərbad vəziyyətdə olduğu üzə çıxıb.
Qol.Az-ın əldə etdiyi məlumata görə, AFFA-nın qərarıyla bu mövsümdən, konkret olaraq, oktyabrın 15-dən etibarən U-13 liqasının paytaxt zonası üzrə yarışlarının (eləcə də U-11 və U-14) oyunları Mərdəkandakı «Dalğa» arena stadionunun ehtiyat meydançasında keçirilir.
AFFA-nın rəsmi saytında yer almış məlumatda deyilir ki, bu zona üzrə yarışda 16 komanda iştirak edir. Artıq cari U-13 liqasında iki tur arxada qalıb və çempionatda iştirak edən komandaların demək olar ki, hamısı təşkilatçılığın çox aşağı səviyyədə olmasından şikayətlənirlər.
Həmin çatışmazlıqlara toxunmazdan öncə zəruri bir məlumatı oxucuların diqqətinə çatdırmaq istəyirik. Hələ bu il iyun ayının 22-də AFFA-nın rəsmi saytı belə bir xəbər yayıb ki, federasiya ilə «Coca Cola» şirkəti arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Həmin müqavilənin şərtlərinə görə, «Coca Cola» U-13 liqasının və məktəbli kubokunun 5 il müddətinə sponsorluğunu öz üzərinə götürür və buna görə şirkət AFFA-ya 1 milyon 75 min dollar ödəyəcək.
Bəli, məhz bu müqavilə imzalandıqdan sonra AFFA U-13 liqasının paytaxt regionu üzrə yarışlarının öz balansında olan «Dalğa» arenanın ehtiyat meydançasında keçirmək qərarı verir. Buna qədər isə oyunlar «Neftçi»nin Bakının mərkəzi hissəsində yerləşən köhnə bazasında keçirilirdi. Bu bazada oyunlar keçirilərkən komandaların təşkilatçılığa ciddi bir narazılığı olmayıb. Hər halda yeniyetmə futbolçuların ixtiyarına meydançayla yanaşı, soyunub-geyinmə otağı, duş və s. verilib. Amma «Dalğa» arenada işlər biabırçı səviyyədə qurulur. Konkret olaraq, burada komandaların heç biri soyunub-geyinmə otağıyla təmin olunmur. Tualet pis vəziyyətdə. Hələ onu demirik ki, güclü külək dənizin qumunu da stadiona və ətrafa yayır. Yeniyetmə futbolçular oyundan sonra yuyuna da bilmirlər və tərli, quma bulaşmış halda Mərdəkandan öz evlərinə qayıdırlar.
Yeri gəlmişkən, oyunların Mərdəkandakı stadionda keçirilməsi də narazılıqları xeyli artırır. Həftə sonları burada təşkil edilən turun ilk oyunu saat 9.00-da başlanır. İndi təsəvvür edin, Bayıl qəsəbəsində yaşayan bir yeniyetmə futbolçu Mərdəkana getmək üçün səhər tezdən yuxudan durmalı və şəhərin bu başından o biri başına getmək üçün nə qədər vaxt sərf etməlidir. Qeyd edək ki, U-13 liqasının sponsorunun olmasına baxmayaraq, AFFA komandalardan heç biri üçün avtobus ayırmır. Klublar yalnız öz vəsaitləri hesabına futbolçularını Mərdəkəna göndərir. Belə olan halda, ortaya sual çıxır: sponsorun ödədiyi pulu AFFA hara xərcləyir? Bir tək balansında olan «Dalğa» arenanın ehtiyat meydançasınamı?
Oyunların hansı meydanda keçirmək AFFA-nın işidir. Amma, görəsən, federasiyanın rəhbərliyində oturan cənabların Azərbaycanın gələcəyi olan bu yeniyetmə futbolçulara niyə yazığı gəlmir?
Aşağıda sizi təqdim etdiyimiz şəkillərə diqqətlə baxın. Bir şəkildə AFFA-nın baş katibi Elxan Məmmədov qurumun isti konfrans zalında «Coco-Cola»yla 1 milyon 75 min dollarlıq müqaviləyə imza atır, digər şəkildə yeniyetmə futbolçular oktyabr ayında, yəni payızın bu soyuğunda dənizin qırağında yerləşən «Dalğa Arena»nın ehtiyat meydançasında paltarlarını dəyişmək üçün yer axtarırlar və tapırlar da: kimisi tribinanın altına, kimisi də elə tribunanın özünə üz tutur.
Görəsən, AFFA bu faktdan utanırmı?
Əgər federasiya adicə bir soyunub-geyinmə otağını da futbolçulara çox görürsə və sponsorun ayırdığı puldan onlara xərcləməyi qıymırsa, onda sponsor kimə və nəyə lazımdır? Bu federasiya bir-iki kənd komandasına dəyəri 2-3 manatdan artıq olmayan forma almaqla kimin başını aldadır?
AFFA-ya U-13 liqasının yarışını normal səviyyədə keçirmək üçün pul ayırıblar. Bəs, hanı nəticəsi? O boyda stadionda yüksək səviyyəli soyunub-geyinmə otağı olduğu halda nəyə görə bu uşaqlar bu soyuqda paltarını çöldə-bayırda dəyişməlidir? Və ya budurmu, neçə ildir Azərbaycanın uşaq futboluna qayğı göstərdiyini iddia edən Elxan Məmmədovun yeniyetmə futbolçulara diqqəti?
"Real”ın futbolçusu sıradan çıxdı
Haalandın bombardirlər arasında da rekordu var
"Portuqaliya mən gələnədək heç nə qazanmamışdı"
"Qarabağ" - "Neftçi" matçının biletləri satışa çıxır
“Qarabağ”la oyunda zədələnən Laviya uzun müddət oynamayacaq
“Ayaks” baş məşqçisi ilə yollarını ayırdı
"Fiziki cəhətdən zəif təsir bağışladıq" - Yevgeni Kukseviç
Lukmanla baş məşqçi arasında soyuq küləklər əsir
Futzal millimiz məğlub oldu
Fransa yığmasının Azərbaycanla oyun üçün heyəti açıqlandı
“Araz-Naxçıvan”ın 1/8 finaldakı rəqibi müəyyənləşdi
Mourinyo: "Mən hakimi sevmirəm, o da məni"
Şimal derbisində 6 qol, "Zaqatala"dan qələbə
Millimizdən İslamiadada növbəti qələbə
Lovğa-lovğa gələn “Çelsi”ni tapdayıb keçdilər
"Qarabağ"da şok itki
Türkiyə klublarının bugünkü oyunlarını yayımlayacaq kanallar
Murad Musayev Rusiyada ən yaxşı seçildi
"Çelsi"yə qalib gələ də bilərdik" - Marko Yankoviç
“Kayrat” azarkeşlərindən “Qarabağ”a möhtəşəm dəstək - Video
Türkiyə klubunun üzvü millimizin heyətindən çıxarıldı
Avrokuboklarda 200-cü oyun, 250-ci qol
Naci Şensoy bu klubun baş məşqçisi oldu
AFFA bu klubları cərimələdi
Azərbaycan derbisinə doğru: Baş məşqçilər
Misli Premyer Liqası: "Zəfər turu"nun hakim təyinatları
“Avropa klublarından maraq ola bilər” - Elvin Cəfərquliyev
ÇL-də həftənin ən yaxşısı adına namizədlər
UEFA-da xalımızın üstünə xal gəldi
“Kiçik büdcə ilə böyük xəyallar quranların gecəsi” - Şəkil
İslandiya millisinin Azərbaycanla oyun üçün heyəti açıqlandı
Osimhenin het-triki, "Qalatasaray"ın səfər qələbəsi - Video
"Qarabağ"ın "Çelsi" ilə tarixi heç-heçəsi - Video
"Heç-heçə ədalətli nəticədir" - Bəhlul Mustafazadə
"Qarabağ" Çempionlar Liqasında neçəncidir?
AFFA prezidenti "Qarabağ"ı təbrik etdi