Yaponiya Braziliyaya qalib gəldi

Yaponiya Braziliyaya qalib gəldi
DÜNYA FUTBOLU 14 Noyabr 2026 / 16:12 240
-  A +

Yaponiya millisi yoxlama oyununda Braziliya yığmasını məğlub edib.

QOL.az xəbər verir ki, bu gün keçirilən qarşılaşma yaponların 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Oyunda hesabı 15-ci dəqiqədə Takefusa Kubo açıb. 19-cu dəqiqədə Keyto Nakamura fərqi artırıb. Braziliya millisi Vinisiusun 33-cü və 75-ci dəqiqələrdə vurduğu qollarla tarazlığı bərpa edib.

Lakin görüşün 90+1-ci dəqiqəsində Tatsuhiro Sakamoto Yaponiya yığmasına qələbə qazandıran qolu vurub.

Qeyd edək ki, matçın 90+2-ci dəqiqəsində Braziliya millisinin futbolçusu Rafinya qırmızı vərəqə alıb.


Qarabağ FK
Son xəbərlər
topaz banner