"Turan Tovuz" hesabı açdı, "Neftçi" "Kəpəz"ə qarşı - Yenilənir

"Turan Tovuz" hesabı açdı, "Neftçi" "Kəpəz"ə qarşı - Yenilənir
PREMYER LİQA 6 Noyabr 2026 / 19:41 5656
-  A +

Bu gün Misli Premyer Liqasında 11-ci tura start verilib.

QOL.az xəbər verir ki, ilk oyun gününə nəzərdə tutulan 2 görüşdən 1-i artıq başlayıb.

Turun mərkəzi matçlarından biri "Azersun Arena"da keçirilir. Burada "Qarabağ" "Turan Tovuz"u qəbul edir.  "Qarabağ" hazırda 19 xalla 3-cü, "Turan Tovuz" isə 18 xalla 4-cüdür. Komandaların turnir cədvəlindəki mövqeyi matça marağı bir qədər də artırır.

Günün ikinci oyununda isə lider "Neftçi" əzəli rəqiblərindən olan və 5-ci pillədə qərarlaşan "Kəpəz"i qəbul edəcək.

Qeyd edək ki, Vətən müharibəsində şanlı qələbəmizin 6-cı ildönümü ilə əlaqədar olaraq Misli Premyer Liqasının noyabrın 6-8-də keçiriləcək 11-ci turu Peşəkar Futbol Liqası tərəfindən “Zəfər turu” elan edilib. 

6 noyabr (cümə)

18:00.“Qarabağ” – “Turan Tovuz” - 0:1 (İkinci hissə)

Qol: Roderik Miller, 80 (0:1)
Hakimlər: Fərid Hacıyev, Asiman Əzizli, Rəhman İmami, Vüqar Həsənli
VAR: Tural Qurbanov 
AVAR: Tərlan Talıbzadə
“Azersun Arena"

20:00.“Neftçi” – “Kəpəz” 
Hakimlər:
Rəşad Əhmədov, Kamran Bayramov, Teymur Teymurov, Niyaz Əhmədov
VAR: Əli Əliyev 
AVAR: Zöhrab Abbasov
“Palms Sports Arena”

7 noyabr (şənbə)

“Şəfa” – “Araz-Naxçıvan” 

“Zirə” – “Qəbələ” 

8 noyabr (bazar)

“İmişli” – “Sumqayıt”

“Sabah” – “Şamaxı”

Bombardirlər:

Breno Almeyda ("Neftçi") - 9 qol

Coy-Lens Mikels ("Sabah") - 6 qol

Aleksey Kaşuk ("Qarabağ") - 4 qol

Joarlem Santos ("Turan Tovuz") - 4 qol

Ağadadaş Salyanski ("Araz-Naxçıvan") - 4 qol

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner