Vitse-prezident istefa verdi - İnfantinoya görə

Vitse-prezident istefa verdi - İnfantinoya görə
DÜNYA FUTBOLU 29 Oktyabr 2026 / 12:20 307
-  A +

Yaponiya Futbol Assosiasiyasının vitse-prezidenti Takeşi Okada dünya çempionatının kommersiya hüquqlarının satılması ilə bağlı yaranan qalmaqala görə vəzifəsindən ayrılıb.

QOL.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

Okada istefasının səbəbini futbol üzrə dünya çempionatı ilə bağlı son hadisələrin onun prinsipləri ilə ziddiyyət təşkil etməsi ilə izah edib.

“Mən həmişə idmanı nəcib fəaliyyət hesab etmişəm və onun cəmiyyət üçün əhəmiyyətini yüksək qiymətləndirmişəm. Lakin dünya çempionatı ilə bağlı son hadisələr mənim inanclarımla atılan addımlar arasında ciddi ziddiyyət yaradıb. Bir idmançı kimi bunu qəbul edə bilmədim və bu səbəbdən belə qərar verdim”, – deyə o bildirib.

Qeyd edək ki, daha əvvəl Asiya Futbol Konfederasiyası (AFC) FİFA prezidenti Canni İnfantinonu dəstəklədiyini açıqlayıb.

Avqust ayında AFC rəhbəri FİFA-nın dünya çempionatının kommersiya hüquqlarının bir hissəsini özəl investorlara satmaq planından imtina etməsini dəstəkləyib. “The Times” nəşrinin məlumatına görə, İnfantino mundialın idarəçiliyini özündə birləşdirməli olan yeni strukturda pay satmağı planlaşdırıb.


Qarabağ FK
Son xəbərlər
topaz banner