Eldəniz və Sənan dünya çempionu oldu

Eldəniz və Sənan dünya çempionu oldu
GÜLƏŞ 25 Oktyabr 2026 / 19:30 3893
-  A +

Qazaxıstanın paytaxtı Astanada keçirilən güləş üzrə dünya çempionatı davam edir.

QOL.az xəbər verir ki, yarışın ikinci günündə Azərbaycanın iki güləşçisi qızıl medal qazanıb.

55 kq çəki dərəcəsində dünya çempionu Eldəniz Əzizli finalda iranlı Payam Əhmədiyə 3:1 hesabı ilə qalib gələrək beşqat dünya çempionu olub.

77 kq-da isə Sənan Süleymanov həlledici görüşdə Moldova təmsilçisi Aleksandrin Qutuya qalib gələrək dünya çempionu olub.

Bundan başqa bu gün Azərbaycanın 3 yunan-Roma güləşçisi mübarizəyə qoşulacaq.

72 kq çəki dərəcəsində Ülvi Qənizadə ilk mərhələdən azaddır. 97 kq-da Murad Əhmədiyev Cənubi Koreya təmsilçisi Çon Bin Kvonla, 130 kq-da isə Sərxan Məmmədov braziliyalı Gilyerme Evanjelista Diasla qarşılaşacaq.

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner