Bravo, “Sabah”!

Bravo, “Sabah”!
ÇEMPİONLAR LİQASI 13 Oktyabr 2026 / 22:39 6265
-  A +

Bu gün UEFA Çempionlar Liqasının Liqa mərhələsində 2-ci tura start verilib.

QOL.az xəbər verir ki, Azərbaycan çempionu “Sabah” turnirdə ilk ev oyununa çıxıb. Azərbaycan çempionu Praqa “Slaviya”sını qəbul edib. Bakı Olimpiya Stadionunda keçirilən matçı avstriyalı hakimlər idarə edib. Görüş "Sabah"ın 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, 2-ci turun ilk 2 oyunundan sonra “Sabah” 3 xalla 17-ci yeri tutur.

Xatırladaq ki, ilk turda “Sabah” səfərdə “Mançester Yunayted”ə (0:4), “Slaviya” isə öz meydanında “Lans”a (2:3) uduzub. 

UEFA Çempionlar Liqası

Liqa mərhələsi, II tur

13 oktyabr

20:45. “Sabah” (Azərbaycan) - “Slaviya” (Çexiya) - 2:0

Qollar: Kahim Perris, 49, Coy Lens Mikels, 88
Hakimlər: Sebastian Qishamer, Roland Ridel, Santino Şrayner, Valter Altmann, Alan Kiyas (VAR), Josef Spurni (AVAR)
Bakı Olimpiya Stadionu

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner