“Sabah”ın UEFA Çempionlar Liqasının Liqa mərhələsinə yüksəlməsi klub tarixinin ən böyük uğurlarından biri olmaqla yanaşı, Avropa futbolunda da diqqət çəkib.
QOL.az xəbər verir ki, “Euronews” Bakı klubunun uğuruna geniş məqalə həsr edib. Yazıda “Sabah”ın baş məşqçisi Valdas Dambrauskasın da fikirlərini yer verilib.
Həmçinin oxuyun: "Bizi “Moneyball” fəlsəfəsi ruhlandırdı" - Maqsud Adıgözəlov
Məqalədə Dambrauskasın məşqçilik karyerasına gedən qeyri-adi yolundan bəhs olunur. 2002-ci ildə o, Litvada yayımlanan “Kim milyonçu olmaq istəyir?” televiktorinasında böyük məbləğdə pul mükafatı qazanıb. Litvalı mütəxəssis həmin vəsaitdən İngiltərəyə köçmək və UEFA-nın məşqçilik kurslarında təhsil almaq üçün istifadə edib.
Dambrauskas heç vaxt peşəkar səviyyədə futbol oynamayıb. Məşqçilik kurslarının xərcini ödəmək üçün müxtəlif vaxtlarda dayə, satıcı və qəzet paylayan kimi çalışıb. Daha sonra “Fulhem”, “Brentford” və “Mançester Yunayted”in gənclər akademiyalarında fəaliyyət göstərib. “Sabah” onun məşqçilik karyerasında çalışdığı 10-cu klubdur.
Dambrauskas “Euronews”a açıqlamasında keçdiyi yol barədə belə deyib: “Bəzən çətin olurdu. Çox işləməli və bəzən hətta özüm özümdən şübhələnəndə, ətrafımdakı insanlar da mənə inanmayanda özümə inanmalı idim. Mən bu uğuru mühüm mərhələ kimi qəbul edirəm və düşünürəm ki, yol nəticədən daha vacibdir. Qarşıda başqa arzular var və mən heç də dayanmaq fikrində deyiləm”.
Litvalı mütəxəssis televiktorina ilə bağlı hekayənin bir qədər şişirdildiyini də bildirib: “Mənə elə gəlir ki, televiktorina ilə bağlı hekayə bir qədər şişirdilib”.
Baş məşqçi ÇL-də Liqa mərhələsində düşmələrinə baxmayaraq, Azərbaycan çempionatının əhəmiyyətini xüsusi vurğulayıb: “Hamı Çempionlar Liqasından danışır, amma orada oynamaq hüququnu bizə məhz Azərbaycan çempionatı verir. Diqqəti itirməmək və hər oyunumuza hazırlaşmaq çox vacibdir. Bizim heyrətamiz beynəlxalq komandamız var. Tez-tez start heyətində 11 müxtəlif milliyyətdən olan 11 futbolçu meydana çıxır. Belə bir mühitdə fəlsəfəmizin qurulduğu əsas söz hörmətdir”.
“Trabzonspor”dan inamlı qələbə
“Yuventus”dan heç-heçə, “Bayer” qalib gəldi
La Liqada səfər azarkeşləri üçün yeni qərar
"Karvan-Yevlax" belə məğlub oldu - Video
"Beşiktaş" - "Kristal Pelas": Heyətlər
Bruno Fernandeş tənqidinə görə cəzalanacaq?
“Bavariya”nın futbolçusu sıradan çıxdı
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı
UEFA-dan Fəridə Lütfəliyevaya təyinat
"Gəncəbasar"ın 7 qollu qələbəsindən - Video
Çempionlar Liqasında həftənin oyunçusu bəlli oldu
1-ci liqada 6-cı tura yekun vuruldu
Sergen Yalçın rəsmən Türkiyə millisində - Video
"Keyn İngiltərə tarixinin ən yaxşısıdır"
UEFA “Trabzonspor”u cərimələdi və cəzalandırdı
"Mançester Yunayted"dən Kerrik qərarı
"Qalatasaray" - "Fənərbaxça" matçı ona tapşırıldı
Kurtuadan yeni müqavilə açıqlaması
Mourinyo "El-Klasiko"dan danışdı
"Sabah" "Qarabağ"dan bir addım irəlidədir" - Mütəxəssis rəyi
Misli Premyer Liqası: 9-cu turun hakimləri
İspaniya kralı Messini şam yeməyinə dəvət etdi
Skaloni razılıq verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
Fernandeş taktikanı tənqid etdi, Kerrik futbolçuları
"Real"ın böyükhesablı qələbəsi - Video
Çempionlar Liqasında həftənin oyunçusu kim olacaq?
“Şahdağ Qusar” “Səbail”i belə məğlub etdi - Video
“Sabah” 3 turdan sonra ÇL-də neçəncidir?
"Real" və "İnter"dən qələbə, Münhendə qalib aşkarlanmadı
“Qalatasaray”dan 4 qollu qələbə - Video