“Sabah”ın prezidenti Maqsud Adıgözəlov klubun UEFA Çempionlar Liqasının Liqa mərhələsinə yüksəlməsinin arxasında dayanan prinsiplərdən danışıb.
QOL.az xəbər verir ki, klub rəhbəri “Euronews”a açıqlamasında “Sabah”ın maliyyə imkanlarına görə bir çox Avropa klubu ilə rəqabət apara bilmədiyini, buna görə fərqli inkişaf yolunun seçildiyini bildirib: “Biz maliyyə baxımından yaxşı qurulmuş bir çox Avropa klubu ilə rəqabət apara bilməzdik. Buna görə öz rəqabət üstünlüklərimizi tapmalı idik.
Bizi “Moneyball” fəlsəfəsi ruhlandırdı. Bu yanaşma göstərdi ki, məlumatlardan düzgün istifadə və düşünülmüş seleksiya klubun maliyyə imkanlarından qat-qat yüksək səviyyədə rəqabət aparmasına şərait yarada bilər”.
Adıgözəlov bununla yanaşı, klubun fəaliyyətində insan amilinin əsas yerlərdən birini tutduğunu vurğulayıb: “Futbolçular ilk növbədə insandırlar, yalnız bundan sonra aktiv və ya statistik göstəricidirlər. Biz oyunçular üçün məşq və yaşayış baxımından əla şərait yaratmağa, onlara və ailələrinə hörmətlə yanaşmağa çalışırıq”.
“Sabah” prezidenti Çempionlar Liqasına vəsiqənin klubda uzun illər ərzində görülən işlərin nəticəsi olduğunu bildirib: “Çempionlar Liqası bu gün hamının gördüyü nəticədir. Amma bizi xüsusilə sevindirən 9 il ərzində kənardan görünməyən sistem, mədəniyyət və zəhmətdir”.
Adıgözəlov tarixi uğurun Azərbaycan futboluna mümkün təsirindən də danışıb: “Tribunada oturub “Barselona”nın və ya Dortmund “Borussiya”sının “Sabah”a qarşı oynadığını izləyən oğlan və ya qız futbol haqqında başqa cür xəyal qurmağa başlaya bilər. Əgər bu uğur sayəsində daha çox uşaq futbola gəlsə, daha çox ailə stadionlara üz tutsa və Azərbaycan futboluna inam artsa, onun təsiri təkcə “Sabah”ın uğurundan qat-qat böyük olacaq”.
“Trabzonspor”dan inamlı qələbə
“Yuventus”dan heç-heçə, “Bayer” qalib gəldi
La Liqada səfər azarkeşləri üçün yeni qərar
"Karvan-Yevlax" belə məğlub oldu - Video
"Beşiktaş" - "Kristal Pelas": Heyətlər
Bruno Fernandeş tənqidinə görə cəzalanacaq?
“Bavariya”nın futbolçusu sıradan çıxdı
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı
UEFA-dan Fəridə Lütfəliyevaya təyinat
"Gəncəbasar"ın 7 qollu qələbəsindən - Video
Çempionlar Liqasında həftənin oyunçusu bəlli oldu
1-ci liqada 6-cı tura yekun vuruldu
Sergen Yalçın rəsmən Türkiyə millisində - Video
"Keyn İngiltərə tarixinin ən yaxşısıdır"
UEFA “Trabzonspor”u cərimələdi və cəzalandırdı
"Mançester Yunayted"dən Kerrik qərarı
"Qalatasaray" - "Fənərbaxça" matçı ona tapşırıldı
Kurtuadan yeni müqavilə açıqlaması
Mourinyo "El-Klasiko"dan danışdı
"Sabah" "Qarabağ"dan bir addım irəlidədir" - Mütəxəssis rəyi
Misli Premyer Liqası: 9-cu turun hakimləri
İspaniya kralı Messini şam yeməyinə dəvət etdi
Skaloni razılıq verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
Fernandeş taktikanı tənqid etdi, Kerrik futbolçuları
"Real"ın böyükhesablı qələbəsi - Video
Çempionlar Liqasında həftənin oyunçusu kim olacaq?
“Şahdağ Qusar” “Səbail”i belə məğlub etdi - Video
“Sabah” 3 turdan sonra ÇL-də neçəncidir?
"Real" və "İnter"dən qələbə, Münhendə qalib aşkarlanmadı
“Qalatasaray”dan 4 qollu qələbə - Video