20 yaşadək kişilər arasında futbol üzrə dünya çempionatının 2027-ci ildə Azərbaycanda keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin iclasında müzakirə edilib.
QOL.az AFFA-ya istinadən xəbər verir ki, 20 yaşadək kişilər arasında futbol üzrə dünya çempionatının 2027-ci ildə Azərbaycanda keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin iclası keçirilib. Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 27 iyul tarixli Sərəncamı ilə FİFA U-15 Dünya Çempionatı və Festivalının təşkili məsələlərinin də həmin Təşkilat Komitəsinə həvalə edildiyi nəzərə alınaraq, iclasda əvvəlcə sözügedən tədbirə hazırlığın mövcud vəziyyəti və qarşıda duran vəzifələr müzakirə olunub.
Azərbaycan Respublikası Baş nazirinin müavini, Təşkilat Komitəsinin sədri Samir Şərifov iclası açaraq qeyd etmişdir ki, FİFA U-15 Dünya Çempionatı və Festivalı 2026-cı il oktyabrın 22-dən 31-dək Azərbaycanda keçiriləcək. Dünya futbol tarixində ilk dəfə keçiriləcək belə mötəbər və irimiqyaslı beynəlxalq idman tədbirinin keçirilməsinin ölkəmizə həvalə olunması Azərbaycana göstərilən yüksək etimadın növbəti təzahürüdür. Bu etimad Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin idmanın inkişafına, beynəlxalq idman tədbirlərinin yüksək səviyyədə təşkilinə və ölkəmizin qlobal idman məkanındakı mövqeyinin möhkəmləndirilməsinə göstərdiyi davamlı diqqət və dəstəyin məntiqi nəticəsidir.
Əlavə olaraq qeyd olunub ki, tədbirdə 175-dən artıq ölkənin hər biri 20 nəfərdən ibarət nümayəndə heyəti ilə olmaqla iştirakı gözlənilir. FİFA bayrağı altında ilk dəfə keçiriləcək bu Gənclər Yarışının əsas məqsədi istedadların inkişafının ən yüksək beynəlxalq səviyyədə təmin edilməsidir.
İclasda FİFA U-15 Dünya Çempionatı və Festivalı ilə bağlı idman obyektlərinin yarışlara hazırlığı, tikinti və infrastruktur işlərinin gedişi, həmçinin, digər təşkilati məsələlər müzakirə olunub.
Daha sonra 20 yaşınadək kişilər arasında FIFA Dünya Çempionatının 2027-ci ildə Azərbaycanda və Özbəkistanda keçirilməsi ilə bağlı hazırlıq məsələlərinə baxılıb. Qeyd olunub ki, çempionatda 24 ölkənin milli komandası iştirak edəcək. Açılış və final oyunlarının, habelə digər oyunların təşkil olunacağı şəhərlərin müəyyənləşdirilməsi istiqamətində Azərbaycan Futbol Federasiyaları Assosiasiyası, FIFA və Özbəkistan Futbol Federasiyası ilə sıx əməkdaşlıq və müzakirələr davam etdirilir.
İclasda FIFA U-20 Dünya Çempionatı ilə bağlı təşkilati məsələlər ətraflı müzakirə olunub.
Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarından irəli gələn vəzifələrin vaxtında və yüksək səviyyədə icrasının təmin edilməsi məqsədilə aidiyyəti dövlət qurumlarına müvafiq tapşırıqlar verilib. Hər iki beynəlxalq tədbirlə bağlı qurumlararası əlaqələndirmənin gücləndirilməsi və təşkilati məsələlərin operativ həlli ilə bağlı konkret vəzifələr müəyyənləşdirilib.
“Trabzonspor”dan inamlı qələbə
“Yuventus”dan heç-heçə, “Bayer” qalib gəldi
La Liqada səfər azarkeşləri üçün yeni qərar
"Karvan-Yevlax" belə məğlub oldu - Video
"Beşiktaş" - "Kristal Pelas": Heyətlər
Bruno Fernandeş tənqidinə görə cəzalanacaq?
“Bavariya”nın futbolçusu sıradan çıxdı
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı
UEFA-dan Fəridə Lütfəliyevaya təyinat
"Gəncəbasar"ın 7 qollu qələbəsindən - Video
Çempionlar Liqasında həftənin oyunçusu bəlli oldu
1-ci liqada 6-cı tura yekun vuruldu
Sergen Yalçın rəsmən Türkiyə millisində - Video
"Keyn İngiltərə tarixinin ən yaxşısıdır"
UEFA “Trabzonspor”u cərimələdi və cəzalandırdı
"Mançester Yunayted"dən Kerrik qərarı
"Qalatasaray" - "Fənərbaxça" matçı ona tapşırıldı
Kurtuadan yeni müqavilə açıqlaması
Mourinyo "El-Klasiko"dan danışdı
"Sabah" "Qarabağ"dan bir addım irəlidədir" - Mütəxəssis rəyi
Misli Premyer Liqası: 9-cu turun hakimləri
İspaniya kralı Messini şam yeməyinə dəvət etdi
Skaloni razılıq verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
Fernandeş taktikanı tənqid etdi, Kerrik futbolçuları