"Qəbələ" yoxlama matçı çərçivəsində "Şamaxı"ya 1:2 hesabı ilə məğlub olub.
QOL.az xəbər verir ki, oyundan sonra "Qəbələ"nin baş məşqçisi Kaxaber Sxadadze komandasının oyununu, hazırlıq prosesini və transfer işlərini dəyərləndirib:
“Hazırda yeni mövsümə heç 70 faiz də hazır ola bilmərik. Çünki bir çox futbolçular komandaya gec qoşuldular. Bir qədər vaxt lazımdır ki, funksional hazırlıqları yüksəlsin və komanda oyunu oturuşsun. Təəssüf ki, vaxtımız az qalıb, çempionat başlayır. Düşünürəm ki, formaya düşəcəyik. Bu gün də birinci hissə ilə ikinci arasında böyük fərq gördük. Hələ ki, transfer işlərini başa vurmamışıq. Bir çox komandalarda da vəziyyət eynidir. Bizdə yeni transferlərdən yalnız Mabea və Monzanqo hazırlığa başlayanda gəldi. Digər yeni futbolçularımız bizə gec qoşuldular. Ən vacibi heyəti tam komplektləşdirməliyik".
Sonda Sxadadze çempionatın ilk turunda qarşılaşacaqları rəqiblə bağlı fikirlərini bölüşüb:
"Komanda üç günlük istirahətə buraxılacaq, daha sonra isə “Turan Tovuz”la oyunun hazırlığına başlayacağıq. “Turan Tovuz” çox güclü, möhkəm komandadır. Lakin çalışacağıq ki, uğurlu nəticə əldə edək".
“Trabzonspor”dan inamlı qələbə
“Yuventus”dan heç-heçə, “Bayer” qalib gəldi
La Liqada səfər azarkeşləri üçün yeni qərar
"Karvan-Yevlax" belə məğlub oldu - Video
"Beşiktaş" - "Kristal Pelas": Heyətlər
Bruno Fernandeş tənqidinə görə cəzalanacaq?
“Bavariya”nın futbolçusu sıradan çıxdı
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı
UEFA-dan Fəridə Lütfəliyevaya təyinat
"Gəncəbasar"ın 7 qollu qələbəsindən - Video
Çempionlar Liqasında həftənin oyunçusu bəlli oldu
1-ci liqada 6-cı tura yekun vuruldu
Sergen Yalçın rəsmən Türkiyə millisində - Video
"Keyn İngiltərə tarixinin ən yaxşısıdır"
UEFA “Trabzonspor”u cərimələdi və cəzalandırdı
"Mançester Yunayted"dən Kerrik qərarı
"Qalatasaray" - "Fənərbaxça" matçı ona tapşırıldı
Kurtuadan yeni müqavilə açıqlaması
Mourinyo "El-Klasiko"dan danışdı
"Sabah" "Qarabağ"dan bir addım irəlidədir" - Mütəxəssis rəyi
Misli Premyer Liqası: 9-cu turun hakimləri
İspaniya kralı Messini şam yeməyinə dəvət etdi
Skaloni razılıq verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
Fernandeş taktikanı tənqid etdi, Kerrik futbolçuları